«TikTok» rəsmiləri Azərbaycanda səfərdədir

06-10-2022 / 15:36

Çinin «TikTok» sosial şəbəkəsinin təmsilçiləri Azərbaycanda səfərdədir. 

Xeberler.az məlumat verir ki, «TikTok» rəsmiləri ölkəmizdə rəsmi qurumların nümayəndələri və sahəvi ekspertlərlə görüşüblər. 

Şirkətin nümayəndə heyətinə «TikTok»un Şərqi Avropada dövlət qurumları və korporativ məsələlər üzrə məsul nümayəndələri Aleksandr Strax və Sergey Sokolov daxildir. 

Azərbaycan İnternet ForumununPrezidenti, İKT üzrə ekspert Osman Gündüz də «TikTok» rəsmilərinin görüşdüyü ekspertlərdəndir. 

Görüşdə Azərbaycanda «TikTok»-un rəsmi olaraq müvəqqəti bloklanması və bu platformanın Azərbaycanın milli informasiya mühitində yeri müzakirə edilib. 

«Belə anladım ki, onların ölkəmizə səfəri TikTok-un bloklanmasından öncə planlanıb.

Görüşdə TikTok-un ölkəmizdə gələcək fəaliyyəti, bu sosial platformada zərərli və qanuna zidd kontentin yayılmasının qarşısının alınması və azərbaycandilli faydalı kontentin yaradılması imkanları, xüsusilə gənclər üçün təhsil və intellektual yönümlü kontentin yaradılması imkanları, valideynlərin rəqəmsal savadlılığının artırılması və s. istiqamətdə fikir mübadiləsi aparılıb»-deyə ekspert bildirib.

Eləcə də «TikTok»  nümayəndələri ilə görüşdə ölkəmizin startap ekosisteminin və biznesin gələcəkdə TikTok-dan, onun marketinq alətlərindən biznes və tanıtım üçün effektiv istifadəsi ətrafında da fikir mübadiləsi olub. 

Uşaqların və yeniyetmələrin TikTok-da təhlükəsizliyinin qorunması yolları ətrafında da müzakirələr aparılıb.

«TikTok» rəsmiləri bir neçə dövlət qurumları ilə bu sosial platformanın Azərbaycanda gələcək fəaliyyəti ilə bağlı məsləhətləşmələr də aparıblar.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə