Previous Next
Bağla

İdeyadan Biznesə layihəsi Bakı Dövlət Universitetində

04-10-2018 10:19
İdeyadan Biznesə layihəsi Bakı Dövlət Universitetində

«İdeyadan Biznesə» layihəsi çərçivəsində ali təhsil ocaqlarını əhatə edən startap turu  Bakı Dövlət Universitetində təşkil olunub.

Xeberler.az  bildirir ki, tədbirdə çıxış edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin şöbə müdiri  Rəşad Əzizov «İdeyadan Biznesə» layihəsi barədə ətraflı məlumat verərək bildirib ki, layihə innovativ ideyaların müəyyən edilərək biznesə çevrilməsinə xidmət edir. O, layihənin həyata keçirildiyi müddət ərzində artıq 20-dən çox ideyanın qalib seçildiyini diqqətə çatdırıb.
«Bu təşəbbüsə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə yanaşı, Heydər Əliyev Fondunun «Regional İnkişaf» İctimai Birliyi, Azərbaycan Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı,  «Microsoft» və «Azercell» şirkətləri dəstək verir»- deyə R.Əzizov qeyd edib.

Azərbaycan Gənclər Fondunun nümayəndəsi Ramil Məmmədov isə çıxışı zamanı təmsil etdiyi qurum tərəfindən gənclərə dəstək məqsədi ilə bir çox layihənin həyata keçirildiyini və tələbələrin bu imkanlardan yararlana biləcəyini vurğulayıb.
Daha sonra Bakı Dövlət Universitetinin tələbələrinə startap komandalarının formalaşması, layihə təqdimatının düzgün hazırlanması, investorlara layihənin satışı yolları, bazarın araşdırılması kimi məsələləri əhatə edən təlim keçirilib.
Təlimdən sonra mentorlar tərəfindən ideyası olan iştirakçılardan ibarət 7 komanda formalaşdırılıb və onlar müsabiqəyə hazırlanıb.

Müsabiqə mərhələsində hər komanda 3 dəqiqə ərzində öz layihəsini  münsiflər heyəti qarşısında təqdim edib. Münsiflər layihələri «İdeya», «İnnovasiyalar», «Texnologiyalar» və «Mümkünlük» kriteriləri üzrə qiymətləndiriblər.
Müsabiqədə I yeri «Xilaskar braslet», II yeri «Yoldaş»,  III yeri isə «Mayak» komandası tutub. Tədbirin yekununda qaliblər mükafatlandırılıb və 8 oktyabrda Bakıda keçiriləcək Milli Finalda iştirak hüququ qazanıblar.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Dünyanın ən bahalı brendləri məlum oldu

01-07-2020

Azərbaycanda «iPhone 12»lərin qiyməti məlum olub

02-11-2020

Azərbaycan startapı xaricdən 100 min dollarlıq yatırım alıb

25-01-2023

Nazir: Region dövlətlərinin rabitə operatorları TASİM layihəsinə ciddi maraq göstərir

20-12-2010

Nazirlikdən İnformatika fənni ilə bağlı açıqlama

07-08-2017

«Twitter»dən istifadə pullu olacaq

27-07-2020

«TikTok» rəsmiləri Azərbaycanda səfərdədir

06-10-2022

Yeni nəsil Wi-Fi 6 simsiz rabitə təqdim edilib

05-10-2018

Süni intellekt qrammatik səhvləri düzəldəcək

22-08-2019

«Aztelekom» gələn il beynəlxalq danışıq tariflərini azaltmaq istəyir

30-12-2010

Növbəti startap turunun qalibləri bəlli olub

03-10-2018

GoldenPay fəaliyyətini genişləndirməkdə davam edir

18-08-2009

«Azərpoçt» kuryer və əşya çatdırılma xidmətləri bazarına keçir-Sədr açıqladı

19-07-2022

Azərbaycanda “Trendyol”a rəqib rəqib gəlir

28-04-2023

Gəncədə İdeyadan Biznesə çevriləcək layihələr seçildi

05-10-2018

«Smart Technologies Solutions»un vəziyyəti məlum oldu

30-06-2022

Elektron xidmətlərin sayı artır

27-07-2012

«Aztelekom» İstehsalat Birliyi «Evə zəng» danışıq sisteminin testləşdirilməsini dayandırıb

04-03-2009

Məşhurlar öz klonlarından pul qazana biləcək

17-07-2019

Avtomobillərə etibarnamə telefon vasitəsilə veriləcək

15-10-2019

«Azercell» korporativ tariflərini yeniləyir

03-08-2024

Gömrükdə tutulan telefonlar və əşyalar satışa çıxarıldı

11-04-2019

Azərbaycan elektrik maşınları üçün enerji stansiyalarının istehsalına başlayıb

13-03-2023

Azərbaycanlıların hazırladığı tətbiq «Zoom», «Tik-Tok», «Facebook» və «Youtube»u - GERİDƏ QOYDU

07-12-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə