Previous Next
Bağla

“2016-cı il dərin iqtisadi islahatlar ilidir”

30-04-2016 11:08
“2016-cı il dərin iqtisadi islahatlar ilidir”

“Sosial məsələlərin həlli üçün güclü iqtisadi imkanlar olmalıdır. Azərbaycan bu istiqamətdə də liderlik göstərir. Dünya miqyasında iqtisadi artım templərinə görə biz ön plandayıq".

 Xeberler.az-ın məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev aprelin 29-da Ağsu Rayon Mərkəzi Xəstəxanasının yeni binasının açılışında deyib.

Dövlət başçısı qeyd edib ki, 2016-cı il ölkədə dərin iqtisadi islahatlar ilidir:

“İslahatlar dərinləşir, biznes mühiti yaxşılaşır. İlin əvvəlindən 30 mindən çox yeni iş yeri açılıbdır. İşsizliyə qarşı mübarizə aparılır və yeni müəssisələr, sənaye sahələri, zavodlar, fabriklər açılır. Gələcəkdə sənaye potensialımızın artırılması, kənd təsərrüfatının inkişafı, əlbəttə ki, yeni bir vəziyyət yaradacaqdır.Sahibkarlıqla bağlı çox ciddi addımlar atılıbdır. Biznes mühitinin yaxşılaşdırılması, özəl sektorun inkişafı, ixrac potensialımızın artırılması və idxaldan asılılığımızın azaldılması istiqamətində çox ciddi işlər gedir”.

“İndi neftin qiymətinin aşağı düşməsi ilə bağlı bizim valyuta gəlirlərimiz azalıb, bu, təbiidir. Əgər neftin qiyməti 4 dəfə düşürsə, - yaxud indi 3 dəfə, misal üçün, bir az qalxıb, - demək, gəlir 3-4 dəfə azalır. Biz bu gəliri ixracyönümlü məhsullarla kompensasiya etməliyik. Onların içərisində pambıq ən əlverişli məhsuldur, çünki dünya birjalarında satılır, satışla bağlı da heç bir problem yoxdur. Ona görə, Ağsuda pambıqçılıq inkişaf etməlidir. Biz Sovet dövrünün səviyyəsinə qalxmalıyıq, qalxacağıq”, deyə prezident İ.Əıiyev bildirib.

Dövlət başçısı bildirib ki, kənd təsərrüfatı, emal sənayesi, sənaye müəssisələrinin yaradılması, turizm imkanlarının genişləndirilməsi - bütün bu məsələlərə kompleks şəkildə yanaşıılır:

“Ona görə Azərbaycan neftin qiymətinin aşağı səviyyəyə düşməsi şəraitində neftlə zəngin olan bütün başqa ölkələrdən bəlkə də daha gözəl nəticələr göstərir. Çünki düşünülmüş siyasət aparılır. İqtisadiyyatın şaxələndirilməsi prosesi gedir və qeyri-neft sektoru inkişaf edir. İndi əsas vəzifə yerli istehsalın artırılması, kənd təsərrüfatının inkişafıdır. Biz yeni əkin sahələrini dövriyyəyə buraxmalıyıq. Suvarmanı daha yaxşı səviyyədə təşkil etməliyik. Biz gərək ənənəvi olan kənd təsərrüfatı sahələrini canlandıraq, bərpa edək. Beləliklə, insanların rifah halı daha da yaxşılaşacaq və ölkəmiz neftdən asılılığını daha da aşağı səviyyəyə salacaqdır".

Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“2016-cı il dərin iqtisadi islahatlar ili olacaq”

10-04-2016

“Qeyri-neft sektorunun inkişafı diqqət mərkəzində olacaq”

10-01-2017

“Neftin ucuzlaşması İKT-yə sərmayə yatırmaq baxımından fürsət idi”

14-02-2016

Özbəkistan Azərbaycanın kənd təsərrüfatının rəqəmsallaşdırılması təcrübəsini öyrənir

05-07-2023

“Azərbaycanda internet azaddır, senzura yoxdur”

09-06-2016

“Qeyri-neft sektorunun inkişafına daha çox diqqət göstəriləcək”

25-11-2015

“Neft gəlirləri azalır, daha çox innovasiyalara üstünlük verilməlidir”

08-09-2015

Kənd təsərrüfatının rəqəmsal gələcəyi müzakirə edilib

20-04-2018

“Forumun işində ölkəmizin iqtisadi nailiyyətlərinə maraq böyük olub”

12-09-2015

Pakistanda yaşıl texnologiyalar əlçatan deyil

04-10-2024

Uğursuz İT layihələr üçün məsul şəxslərdən hesabat tələb olunacaqmı?

09-04-2019

"Səhvlərə yol verə bilmərik. Hər şey düzgün, şəffaf olmalıdır"

12-08-2022

“Lazımsız dövlət qurumları ya birləşdirilməli, ya da ləğv olunmalıdır”

18-01-2016

Rayonlarda “E-kənd təsərrüfatı” informasiya sistemi tətbiq edilir

26-11-2015

“İnformasiya və rabitə xidmətlərinin həcmi 15,1 faiz artıb”

12-01-2015

İtaliya səfiri: "Azərbaycana aqrar texnologiyaların gətirilməsinə töhfə verə bilərik"

16-10-2023

“Bu il daha 3 “ASAN xidmət” mərkəzi açılacaq”

10-04-2015

Prezident: “Biz yeni texnologiyalara, innovasiya layihələrinə sərmayə qoyuruq”

12-01-2015

Azərbaycanda bu il startapların sayı ötən illə müqayisədə 3 dəfə çoxdur

30-11-2023

Kənd təsərrüfatı məhsullarının qiymətləri elektron açıqlanacaq

06-04-2015

Nazirlər Kabinetinin 2018-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib

11-01-2019

Bizə qarşı informasiya müharibəsi aparılır.

17-04-2012

Barama-2020: qarşıda duran vəzifələr respublika müşavirəsi keçirilib

15-09-2019

Azərbaycan və Avstriya texnika, texnologiya sahələri üzrə müzakirə aparacaq

16-05-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə