Previous Next
Bağla

Barama-2020: qarşıda duran vəzifələr respublika müşavirəsi keçirilib

15-09-2019 18:04
Barama-2020: qarşıda duran vəzifələr respublika müşavirəsi keçirilib

Zərdab rayonunda “Barama-2020: qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib.

Xeberler.az bildirir ki, Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, Heydər Əliyev Mərkəzində keçirilən müşavirədə nazirliyin Aparatının nümayəndələri, müxtəlif rayonların icra hakimiyyəti strukturlarının məsul şəxsləri, nazirliyin tabeli qurumlarının və Dövlət Aqrar İnkişaf Mərkəzlərinin direktorları, Elmi-Tədqiqat İnstitutlarının nümayəndələri, Azərbaycanın  38 rayonunda barama istehsalı ilə məşğul  olan kümçülər iştirak edib.

Zərdab rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev son illərdə rayonun sosial-iqtisadi inkişafı istiqamətində görülən işlər barədə məlumat verib. İcra hakimiyyətinin başçısı bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı sayəsində ölkəmizin bütün bölgələri kimi Zərdab rayonunda da abadlıq-quruculuq işləri həyata keçirilib: “Aqrar sahənin inkişafı ilə bağlı dövlət başçısı tərəfindən imzalanmış sərəncamların, verilmiş tapşırıqların icrası istiqamətində də Zərdab rayonunda xeyli işlər görülüb. Taxıl, pambıq, çəltik, şəkər çuğunduru və digər kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində yüksək nəticələr əldə edilib. Ölkə başçısının 27 noyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üzrə Dövlət Proqramı”nın icrası istiqamətində rayonda həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində baramaçılıq sahəsində yüksək nailiyyətlər əldə edilib. Belə ki, 2019-cu il ərzində rayon üzrə yay baraması ilə birlikdə barama tədarükü 2016-cı ilə nisbətən 12,5 dəfə artaraq 71 ton 539 kiloqram təşkil edib ki, bu da respublika göstəricisinin 11,2 faizini təşkil edir. Zərdab rayonu barama tədarükü sahəsində son 4 ildə yüksək nəticələrə nail olmaqla respublikada liderliyini qoruyub saxlayıb”. 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Torpaqların Elektron Kadastr Uçotu işlərinin nəticələri Masallı rayonunda istifadəyə verildi

25-12-2018

Nazirlər Kabinetinin 2018-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib

11-01-2019

Xızıda KOB dostu fəaliyyətə başlayıb

11-08-2022

Ekspert Azercell-in açıqlamasına münasibət bildirib

05-07-2019

Nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair iclas keçirilib

21-02-2025

Ağdaş rayonunda elektron kadastr uçotu bitdi

06-03-2019

Barama İnnovasiya Mərkəzi yeni ofisini istifadəyə verdi

23-05-2019

Məmurlarla iş adamları bir arada

03-02-2020

Elektron Hökumət üzrə İcra Qrupunun üçüncü görüşü keçirilib

12-11-2019

Daha bir rayonda torpaqlar elektron qeydiyyata alınır

20-04-2018

“Demo Day – Barama” çərçivəsində 5 uğurlu startapın təqdimatı keçiriləcək

31-05-2021

İİTKM-də süni intellekt strategiyası ilə bağlı indikativ planlaşma aparılıb

14-05-2025

Regionlarda müasir telekommunikasiya xidmətləri təşkil edilir

02-02-2016

Azercell-in Barama mərkəzi PAŞA Bank ilə memorandum imzalayıb

07-10-2015

Azercell-dən sahibkar xanımlara dəstək

02-02-2019

Azercell BDU-un Barama Media Mərkəzinə verilən dəstəyi dayandırıb

26-09-2019

Nar Azərbaycanda yaşıl enerji və aqrar texnologiyaların tətbiqini dəstəkləyir

11-12-2018

Barama Mərkəzi “Ən yaxşı tərəfdaş” seçilib

01-03-2017

“Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” üzrə “Bootcamp” keçirilib

15-09-2025

Azercell-in dəstəyi ilə Big Data Day tədbiri keçirilib

18-05-2016

RYTN tərəfindən illik hesabat nəşr olunub

22-07-2015

Nazir Ucarda vətəndaşlarla görüşəcək

09-07-2015

Kənd təsərrüfatı texnologiyaları üzrə startapların akselerasiya proqramının təqdimat mərasimi keçirilib

08-01-2019

Torpaqların Elektron Kadastr Uçotu işlərinin nəticələri Daşkəsən rayonunda istifadəyə verildi

18-12-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə