Previous Next
Bağla

“Forumun işində ölkəmizin iqtisadi nailiyyətlərinə maraq böyük olub”

12-09-2015 10:15
“Forumun işində ölkəmizin iqtisadi nailiyyətlərinə maraq böyük olub”

Çin Xalq Respublikasının Dalyan şəhərində Dünya İqtisadi Forumunun Asiya sammiti keçirilib.

Xebreler.az-ın məlumatına görə, Yay Davosu adlandırılan sammitdə 90-dan çox ölkədən 1700-ə yaxın nümayəndə, o cümlədən dövlət və hökumət başçıları, nazirlər, beynəlxalq və regional təşkilatların rəhbərləri, biznes aləminin nüfuzlu liderləri, vətəndaş cəmiyyətinin təmsilçiləri iştirak ediblər.

Azərbaycanı Yay Davosu-nda rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun başçılığı ilə nümayəndə heyəti ilə təmsil edib.

Sammitin davam etdiyi günlərdə keçirilmiş müxtəlif bölmə iclaslarında, “dəyirmi masa”larda dünyanı əhatə edən aktual mövzular, o cümlədən iqtisadi inkişaf prosesləri, maliyyə bazarlarının qeyri-stabilliyi, internetin gələcəyi kimi məsələlər ətrafında müzakirələr aparılıb.

Yay Davosu həmçinin qərar qəbul edən şəxslər, dinamik inkişaf edən şirkətlərin strateqləri və liderləri arasında fikir mübadiləsi aparmaq üçün əlverişli imkandır.

Dalyandakı Beynəlxalq Konfrans Mərkəzində təşkil olunan sammitin açılış mərasimində Çinin Dövlət Şurasının sədri (baş nazir) Li Keçyan, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı direktoru Klaus Şvab çıxış ediblər.

Azərbaycan nümayəndə heyətinin üzvləri iştirak etdikləri sessiyalarda Azərbaycanın iqtisadi vəziyyəti, qazanılan uğurlar, həyata keçirilən islahatlar barədə danışıblar.

Müzakirələrdə neftin qiymətinin kəskin aşağı düşməsi, bunun bir çox ölkələrin iqtisadiyyatına mənfi təsiri barədə məsələlərə toxunulub. Azərbaycan nümayəndə heyətinin üzvləri diqqətə çatdırıblar ki, iqtisadi və maliyyə böhranına baxmayaraq, Prezident İlham Əliyevin rəhbərliyi altında, düşünülmüş strategiya əsasında ölkənin iqtisadi inkişafı təmin edilib. İqtisadiyyatında neftin xüsusi payı olan bir çox ölkələrdən fərqli olaraq, neftin qiymətinin kəskin aşağı düşməsinin Azərbaycana az təsiri olub.

Qeyd olunub ki, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı ilə bağlı bu günə qədər atılan addımlar Azərbaycanın belə bir vəziyyətdən minimum itkilərlə çıxmasına kömək edib. Hökumət ölkədə bütün sosial proqramların, sosial infrastruktur layihələrinin icrasını davam etdirir. Bir çox ölkələrdə iqtisadi tənəzzülün müşahidə olunduğu bu dövrdə Azərbaycanda ümumi daxili məhsul 6 faiz, qeyri-neft sektoru 9 faiz, kənd təsərrüfatı 7,3 faiz artıb.

Nümayəndə heyətinin üzvləri Azərbaycanda uzun illər düşünülmüş iqtisadi siyasət əsasında aparılan islahatların, qazanılan uğurların beynəlxalq təşkilatlar, maliyyə qurumları tərəfindən yüksək qiymətləndirilməsi barədə sammit iştirakçılarını məlumatlandırıblar.

Sammit barədə təəssüratlarını bölüşən nazir Əli Abbasov deyib ki, Azərbaycanın Dünya İqtisadi Forumunun iclaslarında fəallığı diqqəti cəlb edir:

“Prezident İlham Əliyevin Forumun illik iclaslarında iştirakı, Azərbaycanın Dünya İqtisadi Forumun keçirilməsinə verdiyi töhfələr yüksək qiymətləndirilir. Budəfəki müzakirələr zamanı qlobal maliyyə və iqtisadi böhrandan çıxış yollarının tapılmasında əsas istiqamətlərdən biri kimi elmi, innovativ və texnoloji inkişafın daha da sürətləndirilməsi göstərilib.  Azərbaycan nümayəndə heyəti ölkəmizdə bu istiqamətdə dövlət siyasətinin əsas istiqamətlərini açıqlayıb, beynəlxalq təşkilatların Azərbaycanda bu sahədə inkişafa verilən qiymətə izahatlar verib. Forumun işində ölkəmizin iqtisadi nailiyyətlərinə maraq böyük olub”.

Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Qeyri-neft sektorunun inkişafı diqqət mərkəzində olacaq”

10-01-2017

Nazir Dünya İqtisadi Forumunun sammitində iştirak edib

25-05-2015

“2016-cı il dərin iqtisadi islahatlar ili olacaq”

10-04-2016

Azərbaycan Rəqabətlilik Forumu 2018 keçirilib

07-09-2018

Nazirlər Kabineti: makroiqtisadi sabitlik qorunacaq

10-03-2020

Vüsal Qasımlı USAİD nümayəndə heyətini qəbul edib

29-11-2018

Dövlət Agentliyi Dünya İqtisadi Forumunda təmsil olunub

24-01-2020

Koreya Azərbaycanın İKT sahəsinə maraq göstərir

20-11-2015

ABB Davos Forumu ilə tərəfdaşlığa başlayır

23-04-2025

Azərbaycan SPECA İqtisadi Forumunda təmsil olunub

22-01-2026

Strateji araşdırma və rəqəmsallaşma sahəsində qlobal trendlər müzakirə edilib

18-01-2024

“Bu il daha 3 “ASAN xidmət” mərkəzi açılacaq”

10-04-2015

Nazir Rəşad Nəbiyev Dünya İqtisadi Forumunun prezidenti ilə görüşüb

24-02-2022

Azərbaycan nümayəndə heyəti Beynəlxalq Nəqliyyat Forumunun Sammitində iştirak edib

28-05-2019

“2016-cı il dərin iqtisadi islahatlar ilidir”

30-04-2016

Azərbaycan İKT sahəsində 143 ölkə arasında 9-cu oldu

02-11-2015

“İnformasiya və rabitə xidmətlərinin həcmi 15,1 faiz artıb”

12-01-2015

Azərbaycan və Koreya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın ikinci iclası keçirilib

07-02-2020

“Qeyri-neft sektorunun inkişafına daha çox diqqət göstəriləcək”

25-11-2015

Azərbaycan BCG ilə rəqəmsal transformasiyanın iqtisadi strategiyaya təsirini müzakirə edib

20-01-2026

ASAN xidmət Mərakeşdə keçirilən forumda iştirak edir

22-06-2018

Nazirlik sammitdə iştirak etdi

29-05-2018

“Lazımsız dövlət qurumları ya birləşdirilməli, ya da ləğv olunmalıdır”

18-01-2016

Prezident İranın rabitə və informasiya texnologiyaları nazirini qəbul edib

03-08-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə