Previous Next
Bağla

“ASAN bot” tətbiqi istifadəyə verilib

18-03-2020 15:39
“ASAN bot” tətbiqi istifadəyə verilib

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi dövlət xidmətləri haqqında məlumatların vətəndaşlara daha rahat şəkildə ötürülməsi məqsədilə Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən hazırlanmış “ASAN bot” sistemi istifadəyə verilib. “ASAN bot” bir süni intellekt məhsulu olan çatbotdur. İlkin olaraq pilot versiyada istifadəyə verilmiş “ASAN bot”un Beta versiyası vətəndaşların “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində göstərilən xidmətlər ilə bağlı, həmçinin bir sıra digər layihələr ilə əlaqədar sualları cavablandırmağa xidmət edəcək. Belə ki, “ASAN bot” vasitəsilə vətəndaşlar artıq istədikləri vaxt, 247 rejimində və istənilən yerdən dövlət xidmətləri barədə suallarına operativ şəkildə cavab əldə edə biləcəklər.

Xeberler.az bildirir ki, “ASAN bot”un bir sıra digər kommersiya botlarından əsas fərqi onun vətəndaşların daxil etdikləri mətni rahat başa düşməsindədir ki, bu da Süni İntellekt texnologiyasına əsaslanır. Çatbot vətəndaşın ilkin müraciətini başa düşməkdə çətinlik çəkdiyi halda isə ona seçim etməsi üçün menyu təklif edir, müraciətə daha detallı yanaşır.

“ASAN bot”un ilkin olaraq Teleqram tətbiqi üzərindən istifadəyə verilməsi nəzərdə tutulub. Beta versiyasında fəaliyyətə başlayacaq botun gələcəkdə daha da təkmilləşdirilməsi və tətbiq sahəsinin genişləndirilməsi nəzərdə tutulur. Bu sistem gələcəkdə digər dövlət qurumlarının da bənzər xidmətlərinin göstərilməsi üçün tətbiq ediləcəkdir.

“ASAN Bot” vasitəsilə, həmçinin günümüzün aktual məsələsi olan Koronavirus pandemiyası haqqında da məlumat almaq, qorunma üsulları barədə maariflənmək mümkündür.

Tətbiqə keçid: https://t.me/aze_asan_bot

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanda hərraclar artıq elektron şəkildə həyata keçiriləcək

21-05-2020

"UNEC"in rəsmi "Telegram Bot"u istifadəyə verilib

21-07-2025

“ASAN Kommunal” necə fəaliyyət göstərəcək?

05-05-2016

"ASAN Viza" portalının türkmən dilində versiyası istifadəyə verilib

13-03-2026

İki yeni ASAN xidmət mərkəzinin tikintisinə 6 milyon manat ayrılıb

06-04-2019

5 ASAN Xidmət, 1 ASAN Kommunal mərkəzi istifadəyə veriləcək

01-04-2019

Sabah ASAN xidmət mərkəzləri işləməyəcək

19-01-2017

"ASAN xidmət" mərkəzlərində qeyri-iş günü olacaq

07-03-2026

“ASAN Wi-Fi” hava limanında istifadəyə verildi

13-03-2017

ASAN xidmət mərkəzləri 1 gün işləməyəcək

07-11-2017

ASAN xidmət mərkəzləri 3 gün işləməyəcək

30-08-2017

"ASAN xidmət" mərkəzləri noyabrın 8 və 9-da işləməyəcək

07-11-2025

“ASAN xidmət” və “ASAN kommunal”ın bayram günlərində iş qrafiki açıqlanıb

28-12-2024

"ASAN xidmət" modelinin tətbiqi üçün 30 ölkə ilə əməkdaşlıq edilir

02-12-2025

ASAN xidmət-in saytı yeniləndi

25-07-2017

ASAN xidmət və ASAN Kommunal sabah işləməyəcək

08-05-2017

ASAN xidmət və ASAN Kommunal mərkəzləri işə daha erkən başlayacaq

14-08-2018

9 noyabr ASAN xidmət və ASAN Kommunal mərkəzlərində qeyri - iş günüdür

08-11-2018

“ASAN ödəniş” terminalları ictimai yerlərdə də quraşdırıldı

24-04-2015

Yaponiya nümayəndə heyəti ASAN xidmətdə

26-07-2019

Zəngilanda vətəndaşlara səyyar ASAN xidmət göstərilib

06-08-2025

ASAN xidmət mərkəzləri xüsusi iş rejimində fəaliyyət göstərəcək

14-03-2020

Səyyar ASAN xidmət regionlarda fəaliyyətini davam etdirir

02-10-2025

“ASAN xidmət” beynəlxalq sertifikata layiq görülüb

10-12-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə