Previous Next
Bağla

Azərbaycanda hərraclar artıq elektron şəkildə həyata keçiriləcək

21-05-2020 16:37
Azərbaycanda hərraclar artıq elektron şəkildə həyata keçiriləcək

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi, Respublika Xammal və Əmtəə birjası, həmçinin aidiyyəti dövlət qurumlarının birgə əməkdaşlığı çərçivəsində “Elektron Hərrac” sistemi yaradılıb və pilot olaraq istifadəyə verilib.

Xeberler.az bildirir ki, artıq hərraclar eherrac.gov.az portalı üzərindən həyata keçiriləcək. Sistemin yaradılması hərracların keçirilməsi zamanı şəffaflığın təmin edilməsi, hərrac iştirakçılarının rahat və məhdudiyyətsiz şəkildə hərraclarda iştirakına şərait yaradacaqdır. Hərracda iştirak etmək istəyən, lakin uzaq məsafə səbəbindən hərraca qatıla bilməyən şəxslər də bundan sonra yeni sistem üzərindən onlayn olaraq hərraclarda iştirak edə biləcəklər. Sistemin yaradılması, eyni zamanda əmlak bazarının inkişafına da töhfəsini verəcəkdir.

“Elektron Hərrac”dan yeni istifadə qaydaları aşağıdakı qaydada təşkil olunacaq:

• Elektron hərracda iştirak etmək istəyən şəxs eherrac.gov.az portalına daxil olaraq “ASAN Login” vasitəsilə sistemə giriş edir;

• Elektron hərrac prosesində tələb olunan müvafiq iştirak haqqı və depozit (beh) ödənişləri onlayn şəkildə “ASAN ödəniş” sistemi vasitəsi ilə ödənilir;

• Elektron hərrac başladıqdan sonra iştirakçılar qalib olmaq üçün təkliflər edirlər;

• Qalib iştirakçı haqqında sistem tərəfindən protokol tərtib olunur. Bu protokollar müvafiq qaydada Elektron Hökumət İnformasiya Sistemi (EHİS) üzərindən Ədliyyə Nazirliyinə, Daxili İşlər Nazirliyinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin informasiya sistemlərinə ötürülür.

Xatırladaq ki, ölkə ərazisində xüsusi karantin rejimi dövründə Dövlət Agentliyi tərəfindən bir sıra innovativ layihələr həyata keçirilib və əhalinin istifadəsinə verilib.

Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzi və Daxili İşlər Nazirliyinin birgə əməkdaşlığı ilə “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi” yaradılıb.

Dövlət xidmətləri haqqında məlumatların vətəndaşlara daha rahat şəkildə ötürülməsi məqsədilə Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən “ASAN bot” tətbiqi istifadəyə verilib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
“Elektron hərrac bu sahəyə marağı daha da artırıb”

“Elektron hərrac bu sahəyə marağı daha da artırıb”

25-12-2017
Elektron hərrac portalı istifadəyə verilib

Elektron hərrac portalı istifadəyə verilib

03-12-2024
Növbəti elektron hərrac keçiriləcək

Növbəti elektron hərrac keçiriləcək

16-10-2017
İlk elektron hərrac keçirilib

İlk elektron hərrac keçirilib

05-07-2017
“Elektron Hərrac Portalı” ilə 140 əmlak realizə edilib

“Elektron Hərrac Portalı” ilə 140 əmlak realizə edilib

13-06-2025
“ASAN Login” sistemində 1 000 000 istifadəçi qeydiyyatdan keçib

“ASAN Login” sistemində 1 000 000 istifadəçi qeydiyyatdan keçib

18-04-2020
Qazaxıstan Azərbaycanın icazə sistemini tətbiq edir

Qazaxıstan Azərbaycanın icazə sistemini tətbiq edir

30-04-2020
Etibarnamələrin elektron qaydada verilməsinə başlanılıb

Etibarnamələrin elektron qaydada verilməsinə başlanılıb

02-12-2019
“Elektron Hərrac Portalı” vasitəsilə 600-ə yaxın hərrac keçirilib

“Elektron Hərrac Portalı” vasitəsilə 600-ə yaxın hərrac keçirilib

22-11-2025
26 dövlət əmlakına 5-i elektron olmaqla 40 sifariş verildi

26 dövlət əmlakına 5-i elektron olmaqla 40 sifariş verildi

19-06-2019
Mənzili tərk etmədən əmlak sahibi olmaq imkanı

Mənzili tərk etmədən əmlak sahibi olmaq imkanı

02-10-2017
“ASAN bot” tətbiqi istifadəyə verilib

“ASAN bot” tətbiqi istifadəyə verilib

18-03-2020
Elektron hərrac və onlayn sifariş investorların marağını artırır

Elektron hərrac və onlayn sifariş investorların marağını artırır

07-08-2019
“SİMA İmza” herrac.gov.az portalına inteqrasiya edilib

“SİMA İmza” herrac.gov.az portalına inteqrasiya edilib

04-02-2025
Onlayn hərrac keçiriləcək

Onlayn hərrac keçiriləcək

25-06-2018
Elektron hökumət sahəsində səlahiyyətlər yenidən bu nazirliyə qaytarıldı

Elektron hökumət sahəsində səlahiyyətlər yenidən bu nazirliyə qaytarıldı

24-11-2022
Olduğun məkandan hərracda iştirak: onlayn sifariş və elektron hərrac

Olduğun məkandan hərracda iştirak: onlayn sifariş və elektron hərrac

01-05-2019
“İcazələr” sistemi “myGov” portalına inteqrasiya olunub

“İcazələr” sistemi “myGov” portalına inteqrasiya olunub

27-02-2020
10 dövlət əmlakına 49 sifariş verildi

10 dövlət əmlakına 49 sifariş verildi

13-11-2018
Növbəti hərrac keçirildi: hansı əmlaklar rəqabət yaratdı?

Növbəti hərrac keçirildi: hansı əmlaklar rəqabət yaratdı?

22-01-2019
60 saniyədə əmlak sahibi olun

60 saniyədə əmlak sahibi olun

16-01-2018
ASAN E-gov modeli Tallin E-hökumət 2018 konfransında iştirak edib

ASAN E-gov modeli Tallin E-hökumət 2018 konfransında iştirak edib

30-05-2018
Azercell “İcazələrin Alınması və Monitorinqi Sistemi” nin təşkilinə dəstək verib

Azercell “İcazələrin Alınması və Monitorinqi Sistemi” nin təşkilinə dəstək verib

21-04-2020
Elektron hərracda necə iştirak etmək olar?

Elektron hərracda necə iştirak etmək olar?

11-05-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə