Previous Next
Bağla

“Asan İmza” Rusiyada təqdim ediləcək

14-09-2016 11:02
“Asan İmza” Rusiyada təqdim ediləcək

Cari ilin 14-16 sentyabr tarixlərində Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində bu ölkənin Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyinin təşkilatçılığı ilə açıq açar infrastrukturu (PKI) və elektron imza mövzularına həsr edilmiş  XIV Beynəlxalq PKI Forumu keçirilir.

Builki forumun əsas işçi mövzuları açıq açar infrastrukturuna etimad, PKI infrastrukturunda perspektivli texnologiyaların tətbiqi, PKI və elektron imza sahəsində standartlaşdırma, sertifikasiya mərkəzlərinin fəaliyyəti, elektron imza texnologiyalarının qarşılıqlı əlaqəsi və s. ibarətdir. Ümumilikdə tədbirdə Belarus, Qazaxstan, Azərbaycan, Polşa, Rusiya Federasiyası, Özbəkistan və digər ölkələrdən 300-dən artıq nümayəndə iştirak edir.

Xeberler.az-ın məlumatına görə, forumda ilk dəfə olaraq “Asan İmza” mobil elektron imza xidmətinin yaradıcısı və operatoru olan B.EST Solutions şirkətinin təsisçisi Yana Krimpe də iştirak edir. Tədbir zamanı baş tutacaq mobil identitet və PKI mövzusunda çıxışında Y.Krimpe açıq açar infrastrukturu əsasında fəaliyyət göstərən “Asan İmza” texnologiyası haqda ətraflı məlumat verəcək, Azərbaycanda “Asan İmza” texnologiyasının elektron hökumətdən mobil hökumətə keçid prosesində tətbiqi barədə danışacaq.

“Asan İmza” texnologiyası bütün dövlət və özəl elektron xidmətlərə məhdudiyyətsiz giriş imkanı təmin edir və qanunvericilik baxımından elektron mühitdə ümummilli vətəndaş pasportu ilə bərabər hüquqlar təqdim edir.  Elektron xidmət təminatçıları üçün tətbiqinin asanlığı və əhali üçün kütləvi istifadə baxımından əlçatan olması kimi üstünlüklərə görə “Asan İmza” texnologiyası hazırda Azərbaycanda vətəndaşlar və sahibkarlar arasında artan populyarlığa malikdir və mobil hökumətin başlıca komponentini təşkil edir.

Çıxış zamanı tədbir iştirakçılarına Azərbaycan Vergilər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Elektron Hökumət və  “Asan Ödəniş” portallarının, eləcə də maliyyə sektorunun “Asan İmza” ilə mümkün olan innovativ elektron xidmətləri təqdim ediləcək.

Qeyd etmək lazımdır ki, cəlbedici ixrac potensialına malik olan “Asan İmza” texnologiyası mütəmadi olaraq bu kimi müxtəlif beynəlxalq sahəvi tədbirlərdə “Made in Azerbaijan” şüarı altında təmsil edilir. B.EST Solutions şirkəti qabaqcıl mobil identitet və imza texnologiyasının tətbiqi və istifadəsi, eləcə də mobil imza xidmətinin dövlət və özəl elektron sistemlərlə qarşılıqlı əlaqəsi sahəsində Azərbaycanın əldə etdiyi nailiyyətlərin təqdim edilməsi məqsədilə bu kimi beynəlxalq tədbirlərdə fəal iştirak edir. 

“Asan İmza” Azərbaycanda vahid elektron hökumət konsepsiyasının mühüm komponentini təşkil etməklə yanaşı, özəl sektorun elektron xidmətlərinin göstərilməsində də istifadə olunur. Hazırda ölkədə bir çox banklar, sığorta şirkətləri, onlayn ödəniş portalları öz elektron sistemlərində mobil imza xidmətindən fəal şəkildə yararlanır.

 

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Asan İmza” Londonda nüfuzlu tədbirdə təqdim edilib

14-05-2016

Azərbaycanla Ukrayna ilk dəfə “Asan İmza” ilə sənəd imzaladı

07-10-2016

“Asan İmza” Daşkənddə təqdim edilib

22-09-2016

“Asan İmza” Fransa ağıllı texnologiyalar həftəsində

28-09-2016

“Asan İmza” Rusiyada keçirilən müsabiqədə qalib oldu-Foto

15-09-2016

“Asan İmza” Parisdə təqdim edilib

16-11-2016

“Asan İmza” Londonda təqdim ediləcək

03-05-2016

“Asan İmza” Polşada təqdim ediləcək

02-06-2016

Koreya Azərbaycanın “Asan İmza” təcrübəsini öyrənəcək

23-08-2016

Xarici mütəxəssislər “Asan İmza” texnologiyası ilə tanış olub

14-11-2016

“Asan İmza” Romada təqdim edildi

06-05-2015

“Asan İmza” Polşada təqdim edilib

12-06-2015

“Asan İmza” Haaqada təqdim ediləcək

13-06-2016

Asan imza ağıllı texnologiyalar həftəsində təqdim edilib

17-09-2015

Azərbaycanda yeni mobil rəqəmli imza texnologiyası tətbiq edilir

15-03-2013

Asan İmza ödənişsiz oldu

22-05-2020

İKT şirkətlərimiz beynəlxalq tenderdə iştirak edir

24-05-2016

Əfqanıstan nümayəndə heyəti “Asan İmza” ilə tanış olub

06-12-2016

İT şirkətimiz beynəlxalq assosiasiyaya üzv seçilib

21-07-2016

“Asan İmza” AICT 2016 konfransında təqdim edilib- Fotolar

13-10-2016

Ölkəmiz e-imza ilə bağlı beynəlxalq konfransda təmsil edilib

16-09-2017

“Asan İmza” Kann şəhərində təqdim olunub

01-12-2016

“Asan İmza” Ukraynada müzakirə olunub

15-02-2017

Sim-Sim abunəçiləri də “Asan İmza”dan istifadə edə biləcək

18-04-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə