Previous Next
Bağla

“Azercell Biznes” tətbiqinin funksional imkanları genişləndirildi

16-02-2024 15:48
“Azercell Biznes” tətbiqinin funksional imkanları genişləndirildi

Yenilənmiş “Azercell Biznes” ilə korporativ nömrələrə mərkəzləşdirilmiş nəzarət indi daha asan oldu!

Abunəçilərinə ən yaxşı müştəri təcrübəsi təqdim etməyi hədəfləyən lider mobil operator “Azercell Biznes” tətbiqində özünəxidmət funksiyalarını genişləndirir. Korporativ abunəçilərin məsul şəxsləri tərəfindən idarəolunan bu tətbiq vasitəsilə nömrələr üzərində aparılan əməliyyatları indi daha rahat və operativ şəkildə həyata keçirmək mümkündür.

Rəqəmsal yenilikləri hər kəs üçün əlçatan etməyə çalışan şirkət bu platforma çərçivəsində mühüm yenilik təqdim edir. Belə ki, artıq görmə qabiliyyəti məhdud olan şəxslər də tətbiqdən rahatlıqla yararlana bilərlər. Bunun üçün Android cihazlarda “TalkBack”, iPhone-larda isə “VoiceOver” funksiyasını aktivləşdirmək kifayət edir.

Eyni zamanda, korporativ yönümlülüyü, funksionallığı və innovativ dizaynı ilə seçilən “Azercell Biznes” bir çox yeni xidmət çeşidini təklif edir:

-          Mükəmməl istifadəçi təcrübəsi üçün “Qaranlıq rejim”dən yararlanmaq imkanı;

-          Ödəniş tarixçəsinin əldə edilməsi və qruplaşdırılması imkanı;

-          Hədiyyə qismində göndərilən balans (“Paycell”) tarixçəsinin əldə edilməsi və qruplaşdırılması imkanı;

-          Zənglərin yönləndirilməsi xidmətindən yararlanmaq imkanı;

-          “Gizlicell”/”Gizlətcell” xidmətlərindən yararlanmaq imkanı;

-          Bildirişləri aktiv etmək və idarə etmək imkanı – tətbiq çərçivəsində daxil olan bildirişləri silmək, “oxunmuş” kimi işarələmək, bildirişləri aktiv/deaktiv etmək və s. mümkündür;

-          Korporativ nömrələrdə müxtəlif əməliyyatların yerinə yetirilməsi üçün tələb olunan məktub nümunələrinin yüklənilməsi imkanı;

-          Rəqəmsal jurnal vasitəsilə xüsusi təkliflər, ən son yeniliklər barədə daima xəbərdar olmaq, məlumatları birbaşa tətbiqdən digərləri ilə paylaşmaq və yükləmək imkanı;

-          Tətbiqin “Kömək və dəstək” bölümündə “Tez-tez verilən suallar”a cavablarla tanış olmaq, korporativ abunəçilər üçün ayrılmış xüsusi dəstək bölümü və onlayn müştəri xidmətləri ilə əlaqə saxlamaq imkanı.

Xatırladaq ki, platforma müştəri məlumatlarının məxfiliyini və əməliyyatların təhlükəsizliyini yüksək səviyyədə təmin edir. Belə ki, tətbiq daxilində paylaşılan bütün mesajlar, ödəniş detalları, fayllar və məlumatlar ən müasir şifrləmə texnologiyası vasitəsilə qorunur. Müxtəlif istifadəçi bazasına xidmət edən rəqəmsal platforma Azərbaycan, rus və ingilis dillərini dəstəkləyir.

Korporativ nömrələri vahid məkandan idarə etmək imkanı verən “Azercell Biznes” tətbiqini ödənişsiz əsaslarla "AppStore", "Google Play" və "AppGallery"dən yükləmək mümkündür.

Tətbiqin bütün funksiyaları ilə Azercell Biznes səhifəsinə keçid edərək tanış ola bilərsiniz.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Azercell Biznes” tətbiqi artıq “AppStore” və “Google Play”də!

12-09-2023

“Azercell Biznes” tətbiqi artıq “AppStore” və “Google Play”də!

12-09-2023

“Azercell” tətbiqində abunəçilərə özəl təkliflər!

10-01-2025

Azercell Biznes “Mobil Cihazların İdarə Edilməsi” həllini təqdim edir

25-07-2024

“Azercell Biznes” rəqəmsal sənədləşmə imkanını təqdim edir

05-11-2024

Azercell yenilənmiş “Premium” tarif paketlərini təqdim edir

03-10-2024

"Azercell" mobil tətbiqləri artıq “Kabinetim”də!

19-08-2020

Azercell Biznes yenilənmiş “Biznesim” tarif planlarını və “Biznesim Klubu” loyallıq proqramını təqdim edir

28-04-2021

“Azercell” tətbiqinə yeni "Qonaq Girişi" funksiyası əlavə olunub

17-01-2025

“Kabinetim” ilə yeniliklərdən ilk sən xəbərdar ol

11-08-2021

“Azercell Biznes” şirkətlər üçün yeni rəqəmsal həll təqdim edir

28-07-2025

Azercell ilə sevilən filmləri izləmək artıq daha asandır

08-10-2019

Azercell “Kabinetim” mobil tətbiqinin yeni versiyasını təqdim edib

14-05-2020

Azercell “Telegram Bot” xidmətini təqdim edir

04-06-2020

Azercell rəqəmsal kartının növbəli aktivasiyasına start verdi!

21-09-2022

Azercell rabitə bazarında yeni biznes istiqamətini təqdim edir

04-07-2022

Azercell NNTV xidmətini təqdim edir

18-01-2019

ƏDV-ni “Kabinetim”də topla!

17-02-2022

Azercell “AI Chat Bot” xidmətini təqdim edir

20-12-2024

Azercell-lə Mobil Musiqi limitsiz oldu

11-03-2020

Azercell Biznes-in yeni “İnfoHUB” xidməti ilə biznesinizin məlumat bazası və cavablarınız bir mərkəzdə!

19-09-2024

Azercell “AI Chat Bot” artıq iOS istifadəçilərinin də xidmətində

23-01-2025

Azercell-dən yeni smartfon kampaniyası

02-05-2017

Azercell fərdi və korporativ müştəriləri üçün rəqəmsal imkanları genişləndirir

14-05-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə