Previous Next
Bağla

“Azərpoçt” vasitəsi ilə 2 gündə Türkiyəyə 255 min ABŞ dolları göndərilib

09-02-2023 17:22
“Azərpoçt” vasitəsi ilə 2 gündə Türkiyəyə 255 min ABŞ dolları göndərilib

Fevralın 6-7-si tarixlərində Azərbaycan vətəndaşları tərəfindən Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkən insanlara Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində olan “Azərpoçt” MMC üzərindən beynəlxalq pulköçürmələri sistemləri vasitəsilə 255 min ABŞ dolları məbləğində vəsait göndərilib.

Bu barədə Xeberler.az-a Nazirlikdən məlumat verilib.

Bildirilir ki, bu gündən adıçəkilən qurumun bütün ölkə üzrə poçt şöbələrində yardımların qəbuluna və göndərilməsinə başlanılır.

Göndərişlərə görə heç bir xidmət haqqı alınmır. Bununla belə bağlamaların qəbulu və qablaşdırılması adi poçt göndərişi qaydasında həyata keçirilir, yəni göndərilən mallar vətəndaşın iştirakı ilə siyahıya alınır və qablaşdırılır.

Vətəndaşlardan yardımların hazırlanması zamanı Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) qoyduğu tələblərə riayət etmələri xahiş olunur. Qeyd olunur ki, istifadə olunmuş geyimlər və əşyalar gigiyenik şərtlər və epidemiya riski baxımından qəbul olunmur.

Bundan əlavə, tez xarab olan və daşınması mümkün olmayan məhsullar göndəriş üçün qəbul edilmir.

Nazirlik yardım məqsədilə aşağıdakı geyim və əşyaların göndərilməsi tövsiyə edir:

Geyimlər: palto, plaş, papaq, şərf, əlcək, qış ayaqqabıları, isti üst geyimləri, alt paltarları

Digər əşyalar: çadır, döşək, yorğan, yastıq, termos, uşaq bezləri, əl fənəri, generator.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Azərpoçt” bütün şöbələrində Türkiyəyə yardım qəbuluna başlayıb

09-02-2023

“Azərpoçt” Türkiyədəki zəlzələ ilə bağlı AFAD-a edilən ianələrdən komissiya tutmayacaq

08-02-2023

NEQSOL Holding Türkiyəyə humanitar yardım göstərməyə davam edir

15-03-2023

Azerconnect Türkiyəyə 5 milyon TL dəstək göstərdi

10-02-2023

NEQSOL Holding-dən Türkiyəyə 14 milyon TL məbləğində yardım

10-02-2023

Yüksək Texnologiyalar Parkı Türkiyə üçün yardım kampaniyasına qoşulub

16-02-2023

"Ziraat Bank Azərbaycan"da “AFAD”ın rəsmi hesabları açılıb - FOTO

09-02-2023

Türkiyədə zəlzələdən zərərçəkənlər üçün Bakıda yardımların toplandığı ünvan dəyişib

08-02-2023

"Azərpoçt" yeni layihə həyata keçirir

21-10-2021

“Azərkosmos”un ixrac gəlirləri 17 faiz azalıb

03-04-2024

"Azərkosmos”un ixrac gəlirləri 28 faiz azalıb

24-06-2023

"Azərkosmos"un ixrac gəlirləri azalıb

28-11-2025

DİN: Ötən gün bank kartlarından 20 min manatdan çox vəsait oğurlanıb

13-06-2025

“Azərkosmos”un gəliri 26% azalıb

30-11-2023

“Azərpoçt”-da elektron ticarətlə bağlı platforma hazırlanır

01-06-2015

“Azərpoçt” adından əhaliyə saxta məktublar göndərilir

17-02-2022

"Azərkosmos"un ixrac gəlirləri azalıb

30-12-2025

"Azərkosmos"un ixrac gəlirləri azalıb

29-08-2025

Türkiyədə zəlzələdən zərərçəkənlərə edilən elektron ödənişlərdən vergi tutulmur-RƏSMİ

08-02-2023

"Azərkosmos”un ixrac gəlirləri 28 faiz azalıb

27-07-2023

"Azərkosmos"un ixrac gəlirləri 22%-dən çox azalıb

29-02-2024

Azərbaycan elektromobil idxalını 9 dəfədən çox artırıb

15-02-2023

Azərpoçt beynəlxalq poçt göndərişlərinin qəbulunu müvəqqəti dayandırıb

16-03-2020

“Azərpoçt” İspaniyadan sifarişlərin çatdırılmasını həyata keçirəcək

07-02-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə