Previous Next
Bağla

“Azexport” təcrübəsinin Pakistanda tətbiqi müzakirə olunub

19-05-2026 12:44
“Azexport” təcrübəsinin Pakistanda tətbiqi müzakirə olunub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikasının Pəncab əyalətinin Baş nazirinin süni intellekt və xüsusi təşəbbüslər üzrə müşaviri Ali Darın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Xeberler.az bildirir ki, nümayəndə heyətinin tərkibində Pakistanın yüksəkrütbəli dövlət rəsmiləri, aparıcı sahibkarları və Pakistanda fəaliyyət göstərən Azərbaycan Ticarət Evinin rəhbəri iştirak ediblər. Pakistan nümayəndə heyətinə İİTKM-in operatoru olduğu "Azexport.az" portalının fəaliyyət mexanizmləri, onun qlobal elektron ticarət platformaları ilə inteqrasiyası və yerli sahibkarların məhsullarının beynəlxalq bazarlara çıxarılması istiqamətində yaradılan imkanlar barədə məlumat verilib.

Pəncab əyalətinin Baş nazirinin müşaviri Ali Dar bildirib ki, Azərbaycan və Pakistan arasında elektron ticarət sahəsində əlaqələrin dərinləşdirilməsi, hər iki ölkənin iqtisadi potensialının rəqəmsal müstəvidə reallaşması üzrə əməkdaşlıqda maraqlıdırlar.

Xüsusilə bu sahədə qabaqcıl layihələrdən olan “Azexport” təcrübəsinin Pakistanda tətbiqi istiqamətində addımlar atılacaq.

"Azexport" portalının rəhbəri Ayxan Qədəşov Pakistanın son illərdə rəqəmsal həllər, texnoloji innovasiyalar və insan kapitalının inkişafı sahəsində əldə etdiyi beynəlxalq miqyaslı uğurları yüksək qiymətləndirib. O, Azərbaycanın elektron ticarət infrastrukturunun qurulması və institusional mexanizmlərin formalaşdırılması sahəsindəki təcrübəsini Pakistan tərəfi ilə bölüşməyə hər zaman hazır olduqlarını ifadə edib.

Görüşdə İİTKM-in digər innovativ layihəsi olan "Enterprise Azerbaijan" portalı da
nümayəndə heyətinə təqdim edilib. Portalın rəhbəri İsa Qasımov platformanın ölkədə startap ekosisteminin inkişafı, investisiyaların cəlb edilməsi və gənc sahibkarlara dəstək istiqamətindəki fəaliyyəti barədə məlumat verib.

Qeyd edək ki, Prezident İlham Əliyev mayın 17-də Pakistan İslam Respublikasının Pəncab əyalətinin Baş naziri Məryəm Nəvaz Şərifin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycan və Pakistan süni intellekt üzrə əməkdaşlığı müzakirə ediblər

25-04-2026

“Azexport” portalının Pakistan və Türkiyə şirkətləri ilə əməkdaşlığı müzakirə olunub

01-03-2025

“Azexport” Qazaxıstanın dövlət qurumları ilə layihələr keçirəcək

31-10-2025

“TurkicExport” portalının layihəsi təqdim edilib

19-02-2024

Beynəlxalq Ticarət Mərkəzi Azexport.az-a dəstək verəcək

07-11-2017

Pakistanda “ASAN xidmət” konsepsiyası tətbiq ediləcək

11-09-2025

Azərbaycan və Pakistanın beyin mərkəzləri əməkdaşlıq edəcək

06-05-2021

“Azexport.az” portalı Türkiyənin rəqəmsal ticarət platforması ilə əməkdaşlığa başlayır

19-11-2021

Pakistanda ilk “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb

15-01-2026

“Azexport” Qazaxıstanın rəqəmsal ixrac ekosisteminin qurulmasına dəstək verəcək

28-01-2026

“ASAN xidmət”in Pakistanda tətbiqi ilə bağlı işlər sürətlənləndirilir

18-11-2025

“Azexport” və “QazTrade” arasında Anlaşma Memorandumu imzalanıb

30-10-2025

“Azexport”un nümayəndə heyəti Türkiyədə bir sıra görüşlər keçirib

06-10-2025

“Azexport” portalı Özbəkistanda təqdim edilib

06-11-2024

Vüsal Qasımlı Özbəkistan nümayəndə heyətini qəbul edib

18-09-2024

“Elektron ticarət: Azərbaycan və Rusiyanın ən yaxşı təcrübəsi” mövzusunda müzakirə keçirilib

24-07-2020

“Azexport” və “Alibaba” tərəfdaşlığı yeni mərhələyə daxil olur

23-04-2025

“Azexport” Azərbaycan məhsullarının Yaponiyaya ixracını genişləndirir

18-03-2026

Azexport regional e-ticarət platformasına qoşuldu

01-06-2017

“Azexport” portalı vasitəsilə Yaponiyaya ixrac müzakirə olunub

17-02-2026

“ASAN xidmət”in Pakistanda tətbiqi müzakirə olunub

03-03-2025

"Azexport" "Hannover Impuls"la beynəlxalq ticarət imkanlarını müzakirə edib

10-10-2025

Pakistanda “ASAN xidmət”in tətbiqi üzrə əməkdaşlığa dair Saziş təsdiqlənib

04-11-2025

Dünya Ticarət Mərkəzləri Assosiasiyası və Azexport arasında memorandum imzalandı

22-10-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə