Previous Next
Bağla

Vüsal Qasımlı Özbəkistan nümayəndə heyətini qəbul edib

18-09-2024 12:22
Vüsal Qasımlı Özbəkistan nümayəndə heyətini qəbul edib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Prof. Dr. Vüsal Qasımlı Özbəkistan Respublikası Prezidentinin müşavirinin müavini, İqtisadi Araşdırmalar və İslahatlar Mərkəzinin direktoru Obid Hakimovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Xeberler.az bildirir ki, V. Qasımlı Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri zamanı imzalanan “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” ilə iki ölkə arasında əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu qeyd edərək iqtisadi, ticarət və investisiya əlaqələrinin cari vəziyyəti və gələcək inkişaf istiqamətləri barədə qonaqlara məlumat verib. Eyni zamanda “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi ilə Özbəkistanın İnvestisiyalar, Sənaye və Ticarət Nazirliyi arasında iqtisadi-ticarət və investisiya əməkdaşlığının daha da genişləndirilməsi üzrə 2024-2025-ci illər üçün Praktiki Fəaliyyət Planı”nın (“Yol xəritəsi”) icrasına İİTKM-in töhfəsi ilə bağlı potensial layihə təkliflərini təqdim edib.

İİTKM-in icraçı direktoru bildirib ki, ötən il Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsinin həcmi 180 milyon ABŞ dollarına yaxın olub. 2024-cü ilin ilk beş ayında isə bu göstərici 70 milyon dollara çatıb. Bu rəqəmləri daha da artırmaq, mövcud potensialı reallaşdırmaq üçün qarşılıqlı təmasların, müxtəlif formatlarda görüşlərin keçirilməsi zəruridir. Vüsal Qasımlı energetika sahəsində əməkdaşlıq, xüsusilə Mərkəzi Asiyadan Avropaya elektrik enerjisinin ixracı bağlı qarşıda duran hədəflərdən söz açaraq bu istiqamətdə əsas prioritetləri diqqətə çatdırıb. O həmçinin İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə Özbəkistanın İqtisadi Tədqiqatlar və İslahatlar Mərkəzi arasında 2021-ci ildə imzalanmış Memorandumu xatırladaraq həmin sənəd çərçivəsində son illər həyata keçirilmiş mühüm layihələri vurğulayıb.

Özbək nümayəndə heyətinin rəhbəri, Özbəkistan Respublikası Prezidentinin müşavirinin müavini, İqtisadi Araşdırmalar və İslahatlar Mərkəzinin direktoru Obid Hakimov Azərbaycanın nail olduğu dinamik iqtisadi inkişafı yüksək qiymətləndirib və bu məqsədlə İİTKM ilə əməkdaşlığın vacibliyini və Özbəkistanın sosial-iqtisadi inkişafına dəstək verən təcrübələrin öyrənilməsində maraqlı olduqlarını qeyd edib. O, iki ölkə arasında ticarət, investisiya və strateji tərəfdaşlıqlar sahələrində əlaqələrin mühüm əhəmiyyət daşıdığını və ticarət dövriyyəsinin artırılması, qarşılıqlı investisiyaların təşviqi və iqtisadi inteqrasiyanın dərinləşdirilməsi ilə bağlı əməkdaşlığa hazır olduqlarını bildirib.

Sonra İİTKM-in proqram idarəetməsi modulları, o cümlədən “azranking.az”, “Azexport”, Rəqəmsal Ticarət Qovşağı (dth.az), “EnterpriseAzerbaijan” portalları barədə təqdimatlar olub.

“Azexport.az” portalının rəhbəri Ayxan Qədəşov, “B.EST Solutions” şirkətinin təsisçisi Yana Krimpe, “EnterpriseAzerbaijan” portalının rəhbəri Mətanət Musayeva, İİTKM-in əməkdaşları Günay Quliyeva və Səbinə Cumazadə təqdimatlarla çıxış ediblər.

Sonra tərəflər ticarət və investisiya sahələrində birgə layihələrin həyata keçirilməsi və iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi üçün gələcək addımlar barədə razılığa gəliblər.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Vüsal Qasımlı USAİD nümayəndə heyətini qəbul edib

Vüsal Qasımlı USAİD nümayəndə heyətini qəbul edib

29-11-2018
Azərbaycan və Pakistanın beyin mərkəzləri əməkdaşlıq edəcək

Azərbaycan və Pakistanın beyin mərkəzləri əməkdaşlıq edəcək

06-05-2021
Koreya azad olunmuş ərazilərdə sərmayə yatırmaqda maraqlıdır

Koreya azad olunmuş ərazilərdə sərmayə yatırmaqda maraqlıdır

05-04-2022
Türkdilli Dövlətlərin Əməkdaşlıq Günü ərəfəsində İİTKM-də ortaq fəaliyyət müzakirə olunub

Türkdilli Dövlətlərin Əməkdaşlıq Günü ərəfəsində İİTKM-də ortaq fəaliyyət müzakirə olunub

03-10-2024
Pakistan iş adamları Azərbaycana sərmayə yatırmaqda maraqlıdır

Pakistan iş adamları Azərbaycana sərmayə yatırmaqda maraqlıdır

04-09-2024
Beynəlxalq Ticarət Mərkəzi Azexport.az-a dəstək verəcək

Beynəlxalq Ticarət Mərkəzi Azexport.az-a dəstək verəcək

07-11-2017
İİTKM BP ilə anlaşma memorandumu imzaladı

İİTKM BP ilə anlaşma memorandumu imzaladı

15-10-2018
İİTKM-də informasiya texnologiyaları şirkətlərinin rəhbərləri ilə görüş keçirilib

İİTKM-də informasiya texnologiyaları şirkətlərinin rəhbərləri ilə görüş keçirilib

15-03-2021
Özbəkistan nümayəndə heyəti 4SİM-də olub

Özbəkistan nümayəndə heyəti 4SİM-də olub

19-09-2024
Ötən il “Azexport” portalı ixracatçılara 61 ədəd sərbəst satış sertifikatı təqdim edib

Ötən il “Azexport” portalı ixracatçılara 61 ədəd sərbəst satış sertifikatı təqdim edib

22-01-2025
Vüsal Qasımlı OECD nümayəndələrini qəbul edib

Vüsal Qasımlı OECD nümayəndələrini qəbul edib

30-10-2025
İsveçrənin Əməkdaşlıq İdarəsinin regional direktoru İİTKM-də olub

İsveçrənin Əməkdaşlıq İdarəsinin regional direktoru İİTKM-də olub

16-03-2021
“Azexport” və “QazTrade” arasında Anlaşma Memorandumu imzalanıb

“Azexport” və “QazTrade” arasında Anlaşma Memorandumu imzalanıb

30-10-2025
Azərbaycanla Özbəkistan sənaye parkları sahəsində əməkdaşlıq edə bilər

Azərbaycanla Özbəkistan sənaye parkları sahəsində əməkdaşlıq edə bilər

22-08-2023
Azexport regional e-ticarət platformasına qoşuldu

Azexport regional e-ticarət platformasına qoşuldu

01-06-2017
"Enterprise Azerbaijan" Özbəkistan Ticarət və Sənaye Palatasında təqdim olunub

"Enterprise Azerbaijan" Özbəkistan Ticarət və Sənaye Palatasında təqdim olunub

05-06-2026
Vüsal Qasımlı Azərbaycan portalını Silikon vadisində təqdim edib

Vüsal Qasımlı Azərbaycan portalını Silikon vadisində təqdim edib

28-09-2018
Vüsal Qasımlı UNESCAP-ın koordinatoru təyin olundu

Vüsal Qasımlı UNESCAP-ın koordinatoru təyin olundu

30-06-2021
Vüsal Qasımlı VİSA şirkətinin nümayəndə heyətini qəbul edib

Vüsal Qasımlı VİSA şirkətinin nümayəndə heyətini qəbul edib

18-04-2019
İİTKM-də Tacikistan nümayəndə heyəti ilə görüş keçirilib

İİTKM-də Tacikistan nümayəndə heyəti ilə görüş keçirilib

17-11-2025
Rəqəmsal Ticarət Qovşağına yeni rəhbər təyin olunub

Rəqəmsal Ticarət Qovşağına yeni rəhbər təyin olunub

04-11-2020
Azərbaycan Estoniya ilə kibertəhlükəsizliyi müzakirə edib

Azərbaycan Estoniya ilə kibertəhlükəsizliyi müzakirə edib

15-11-2022
“Azexport” təcrübəsinin Pakistanda tətbiqi müzakirə olunub

“Azexport” təcrübəsinin Pakistanda tətbiqi müzakirə olunub

19-05-2026
Vüsal Qasımlı: "Azərbaycan rəqəmsal ticarətin asanlaşması üzrə ilk pillədədir"

Vüsal Qasımlı: "Azərbaycan rəqəmsal ticarətin asanlaşması üzrə ilk pillədədir"

14-04-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə