Previous Next
Bağla

“Azexport” və “QazTrade” arasında Anlaşma Memorandumu imzalanıb

30-10-2025 15:21
“Azexport” və “QazTrade” arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstan arasında ticarət və rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlığın gücləndirilməsi məqsədilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “Azexport.az” portalı və Qazaxıstan Respublikasının “QazTrade” Ticarət Siyasətinin İnkişafı Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb.

Xeberler.az bildirir ki, sənədin məqsədi iki ölkə arasında ticarət və iqtisadi əlaqələrin inkişaf etdirilməsi, elektron ticarət və rəqəmsal iqtisadiyyat sahəsində birgə layihələrin həyata keçirilməsi, ixrac potensialının artırılması, həmçinin Azərbaycan və Qazaxıstan məhsullarının qarşılıqlı şəkildə rəqəmsal ticarət platformalarına çıxışının təmin edilməsidir.

Memorandum çərçivəsində tərəflər ticarətin təşviqi, rəqəmsal ticarətin inkişafı, ixracı
dəstəkləyən tənzimləmələr və normativ baza üzrə məlumat mübadiləsi, eləcə də ortaq təşəbbüslərin reallaşdırılması barədə razılığa gəliblər.

“QazTrade” təşkilatının ixracın inkişafı üzrə direktoru Aynur Amirbekova bildirib ki, imzalanan sənəd iki ölkənin rəqəmsal ticarət sahəsində əməkdaşlığını yeni mərhələyə daşıyacaq: “Azərbaycan və Qazaxıstan iqtisadiyyatları bir-birini tamamlayan strukturlara malikdir. Bu əməkdaşlıq həm “QazTrade”, həm də “Azexport” üçün təcrübə və bilik mübadiləsi baxımından böyük imkanlar açır. Rəqəmsal ticarətin inkişafı sahəsində ortaq təşəbbüslər regionda bizneslərin rəqabət qabiliyyətini artıracaq və ixrac proseslərinin daha çevik şəkildə idarə olunmasına şərait yaradacaq.”

“Azexport.az” portalının rəhbəri Ayxan Qədəşov isə qeyd edib ki, bu sənəd iki ölkə arasında iqtisadi əməkdaşlığın rəqəmsal müstəvidə daha da genişlənməsi baxımından əhəmiyyətlidir: “QazTrade” ilə imzalanan Anlaşma Memorandumu Azərbaycanın və Qazaxıstanın ortaq maraqlarına əsaslanır. Məqsədimiz sahibkarların rəqəmsal bazarlara çıxışını asanlaşdırmaq, yeni elektron ticarət modelləri üzrə təcrübə mübadiləsini təşviq etmək və iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığı genişləndirməkdir. Biz inanırıq ki, bu tərəfdaşlıq həm dövlət qurumları, həm də biznes icmaları üçün real nəticələr doğuracaq”.

Memorandum çərçivəsində tərəflər birgə rəqəmsal sərgi və ticarət platformalarının yaradılması, ortaq ixrac təşviqi tədbirlərinin təşkili, startap ekosisteminin inkişafı, eləcə də rəqəmsal iqtisadiyyat üzrə təlim və seminarların keçirilməsi istiqamətlərində əməkdaşlıq etməyi planlaşdırırlar.

Qeyd edək ki, “Azexport.az” portalı həmçinin “Avrasiya Françayzinq Forumu – Bakı 2025” tədbirinin tərəfdaşlarından biridir. Forum çərçivəsində portalın rəhbəri Ayxan Qədəşov spiker qismində çıxış edərək elektron ticarət həlləri, rəqəmsal sərgi zalının fəaliyyəti və regional əməkdaşlıq imkanları barədə iştirakçılara məlumat verib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Azexport” Qazaxıstanın rəqəmsal ixrac ekosisteminin qurulmasına dəstək verəcək

28-01-2026

“Azexport” Qazaxıstanın dövlət qurumları ilə layihələr keçirəcək

31-10-2025

“Azexport” və “Alibaba” tərəfdaşlığı yeni mərhələyə daxil olur

23-04-2025

Rəqəmsal transformasiya və e-ticarət forumu keçirilib

21-06-2023

“Azexport.az” portalı Türkiyənin rəqəmsal ticarət platforması ilə əməkdaşlığa başlayır

19-11-2021

Azexport regional e-ticarət platformasına qoşuldu

01-06-2017

“Azexport” Azərbaycan məhsullarının Yaponiyaya ixracını genişləndirir

18-03-2026

“Azərkosmos” kosmik təhsil sahəsində yeni əməkdaşlığa imza atıb

25-04-2025

Rəqəmsal Transformasiya və Texnologiya Zirvəsi Forumu keçiriləcək

07-06-2023

“Azərpoçt” və “Azexport" elektron - Anlaşma Memorandumu İmzalayıb

01-06-2021

“Elektron ticarət: Azərbaycan və Rusiyanın ən yaxşı təcrübəsi” mövzusunda müzakirə keçirilib

24-07-2020

İRİA ilə “Astana Hub” arasında anlaşma memorandumu imzalanıb

28-11-2025

“Azexport” təcrübəsinin Pakistanda tətbiqi müzakirə olunub

19-05-2026

Qazaxıstan–Azərbaycan Biznes Forumu keçirilib

22-10-2025

“Azexport.az” portalı və “Azərpoçt” MMC əməkdaşlığı genişləndirir

05-04-2021

“Azexport”un nümayəndə heyəti Türkiyədə bir sıra görüşlər keçirib

06-10-2025

Dünya Ticarət Mərkəzləri Assosiasiyası və Azexport arasında memorandum imzalandı

22-10-2018

BMT-nin hesabatı: Azexport və Rəqəmsal Ticarət Qovşağı ən yaxşı təcrübədir

15-10-2020

MEDİA ilə "Sinxua" agentliyi arasında Anlaşma Memorandumu imzalanıb

01-09-2025

Vüsal Qasımlı Özbəkistan nümayəndə heyətini qəbul edib

18-09-2024

Argentina şirkətləri Azexport portalı və Rəqəmsal Ticarət Qovşağı ilə əməkdaşlıq edəcək

30-11-2020

Bakıda rəqəmsal ticarət konfransı keçiriləcək

17-10-2017

Azexport portalı Rəqəmsal ödənişlərin inkişafı mövzusunda təlim keçirib

13-02-2019

Azərbaycan və Türkiyə rəqəmsal ticarətdə digər ölkələrin bazarlarına daxil olmaq istəyir

25-08-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə