Previous Next
Bağla

“Azexport” Azərbaycan məhsullarının Yaponiyaya ixracını genişləndirir

18-03-2026 13:33
“Azexport” Azərbaycan məhsullarının Yaponiyaya ixracını genişləndirir

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Azexport” portalı ilə Yaponiyanın 5000-dən artıq üzvü olan “Shinseikai” biznes platforması arasında Anlaşma Memorandumu imzalanıb. Əməkdaşlıq sənədi Azərbaycan məhsullarının Yaponiya bazarına çıxış imkanlarının genişləndirilməsi və iki ölkənin sahibkarları arasında birbaşa “B2B” əlaqələrin qurulmasını hədəfləyir.

Xeberler.az bildirir ki, imzalanma mərasimində “Azexport” portalının rəhbəri Ayxan Qədəşov və “Shinseikai” təşkilatının nümayəndəsi Hitoşi Usukura iştirak ediblər.

Memoranduma əsasən, tərəflər tekstil, kənd təsərrüfatı, qida sənayesi, logistika və digər strateji sektorları təmsil edən şirkətlər arasında davamlı ticarət əlaqələrinin inkişafı istiqamətində birgə fəaliyyət göstərəcəklər. Əsas diqqət ixrac prosesində qarşıya çıxan texniki standartlar, sertifikatlaşdırma tələbləri və logistik əməliyyatların birgə səylərlə təkmilləşdirilməsinə, məhsulların rəqəmsal mühitdə tanıdılmasına yönəldiləcək.

“Azexport” portalının rəhbəri Ayxan Qədəşov bu əməkdaşlığın qeyri-neft ixracı coğrafiyasının genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb. O bildirib ki, Yaponiya bazarı özünün yüksək keyfiyyət standartları və ənənələri ilə seçilir. “Shinseikai” platforması ilə imzalanan bu Memorandum yerli məhsullarımızın Yaponiyanın geniş ticarət şəbəkələrinə inteqrasiyası üçün mühüm bir körpü rolunu oynayacaq. “Azexport” portalının rəqəmsal sərgi zalı kimi innovativ həllər yaponiyalı alıcıların Azərbaycan məhsulları haqqında məsafədən, lakin vizual və dolğun məlumat əldə etməsinə birbaşa xidmət edəcək.

“Shinseikai” təşkilatının nümayəndəsi Hitoşi Usukura öz növbəsində təmsil etdiyi şəbəkə vasitəsilə Azərbaycan məhsullarının Yaponiyada tanıdılmasına tam dəstək verəcəklərini qeyd edib. O bildirib ki, “Azexport” tərəfindən yerli sahibkarlara göstərilən dəstək mexanizmləri və qlobal e-ticarət platformaları ilə inteqrasiya təcrübəsi Yapon işgüzar dairələrinin xüsusi marağına səbəb olub.

Razılaşmaya əsasən, yaxın gələcəkdə Memorandumun icrası çərçivəsində hər iki ölkə sahibkarlarının iştirakı ilə silsilə onlayn “B2B” görüşlərin və ixrac prosedurları üzrə maarifləndirici tədbirlərin keçirilməsi nəzərdə tutulur. Bu görüşlərdə iştirak etmək istəyən sahibkarlar “Azexport” portalına müraciət edə bilərlər.

Qeyd edək ki, “Azexport” portalının imkanlarından istifadə üçün xidmət haqqı və ya komissiya nəzərdə tutulmayıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Azexport” portalı vasitəsilə Yaponiyaya ixrac müzakirə olunub

17-02-2026

“Azexport” portalı ABŞ-nin Kaliforniya ştatından sifariş alıb

05-01-2026

“Azexport” və “Alibaba” tərəfdaşlığı yeni mərhələyə daxil olur

23-04-2025

“Azexport” və “Tradexter Global” arasında memorandum imzalanıb

13-12-2024

“Azexport” və “QazTrade” arasında Anlaşma Memorandumu imzalanıb

30-10-2025

“Azexport.az” portalı Türkiyənin rəqəmsal ticarət platforması ilə əməkdaşlığa başlayır

19-11-2021

USAID və Azexport əməkdaşlıq edir

08-02-2023

“Azexport” portalının dəstəyi ilə Efiopiyaya məhsul ixrac ediləcək

22-11-2024

“TurkicExport” portalının layihəsi təqdim edilib

19-02-2024

“Azexport” Qazaxıstanın rəqəmsal ixrac ekosisteminin qurulmasına dəstək verəcək

28-01-2026

"Azexport" "Hannover Impuls"la beynəlxalq ticarət imkanlarını müzakirə edib

10-10-2025

Azexport portalının dəstəyi ilə ixrac coğrafiyası genişlənir

22-11-2019

Azexport.az Dövlət İdarəçilik Akademiyasında e-ticarət təlimi keçirib

23-02-2019

“Azexport” Qazaxıstanın dövlət qurumları ilə layihələr keçirəcək

31-10-2025

Azərbaycan məhsulları ilk dəfə “Alibaba”da ilk üçlükdə yer alıb

26-08-2025

“Azexport” portalı Latviyanın “STC” şirkəti ilə əməkdaşlığa başlayır

25-09-2024

Azexport.az portalının rəqəmsal inzibati binası-Foto

05-01-2023

“Azərpoçt” və “Azexport" elektron - Anlaşma Memorandumu İmzalayıb

01-06-2021

“Elektron ticarət: Azərbaycan və Rusiyanın ən yaxşı təcrübəsi” mövzusunda müzakirə keçirilib

24-07-2020

“Azexport” Bolqarıstana ixrac üçün sərbəst satış sertifikatı təqdim edib

17-06-2025

“Azexport” təcrübəsinin Pakistanda tətbiqi müzakirə olunub

19-05-2026

Azexport.az Bakutel sərgisində təmsil olunur

03-12-2019

“Azexport.az” portalı və “Azərpoçt” MMC əməkdaşlığı genişləndirir

05-04-2021

"GS1 Azerbaijan" məlumat bazası "Azexport"a inteqrasiya olunub

16-09-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə