Previous Next
Bağla

Azexport regional e-ticarət platformasına qoşuldu

01-06-2017 14:00
Azexport regional e-ticarət platformasına qoşuldu

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Türkiyəyə səfər edib. Səfər çərçivəsində İstanbul şəhərində Dünya Kiçik və Orta sahibkarlar forumu (World SME Forum) ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Xeberler.az-ın məlumatına görə, əməkdaşlıq memorandumu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı və Dünya Kiçik və Orta sahibkarlar Forumu rəhbəri Tunc Uyanık imzalayıb.

Qeyd edək ki, Dünya Kiçik və Orta Sahibkarlar Forumunun nümayəndələri bir müddət öncə Bakı şəhərinə səfər edərək, Azexport portalının təcrübəsini öyrəniblər. Bu forum tərəfindən yeni yaradılan KOBİ.Market elektron ticarət portalında Azexport-un təcrübəsi də nəzərə alınıb. Bu gün imzalanan əməkdaşlıq sazişi həm də Azexport portalı ilə KOBİ.Market portalı arasında inteqrasiyaya xidmət edəcək.

Məlumat üçün əlavə edək ki, Dünya Kiçik və Orta Sahibkarlar Forumu tərəfindən yaradılan KOBİ.Market adlı elektron platforma kiçik və orta sahibkarların elektron ticarətin imkanlarından faydalanmasına, yeni bazarlara çıxmasına və bacarıqlarının artırılmasına xidmət edəcək. Portal ilk mərhələdə Azərbaycan, Gürcüstan və Türkiyəni əhatə edəcək. Kiçik və orta sahibkarlar bu elektron ticarət platformasına inteqrasiya olunaraq elektron ticarət imkanından faydalanacaqlar.

Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Türkiyənin Odalar və Borsalar birliyinin rəhbəri Rıfat Hisarcıklıoğlu və Gürcüstanın Ticarət və Sənaye Palatasının rəhbəri Kaxa Bainduraşvili əməkdaşlıq haqqında razılığa gələrək memorandum imzalayıblar.

İmzalanma mərasimində Türkiyə Gömrük və Ticarət naziri Bülent Tüfekçi və İqtisadiyyat nazirliyinin müstəşarı İbrahim Şenel də iştirak edib.

Türkiyənin Gömrük və Ticarət naziri Bülent Tüfekçi bildirib ki, kiçik və orta sahibkarların beynəlxalq müstəvidə rəqabət apara bilməsi üçün və virtual ortamda elektron ticarət zamanı görüşə bilmələri çox önəmlidir.

Günel

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Rəqəmsal Ticarət Qovşağı təqdim edilib-Foto

30-06-2017

Rəqəmsal Ticarət Qovşağı Brüsseldə təqdim olundu

18-05-2017

“Azexport” və “QazTrade” arasında Anlaşma Memorandumu imzalanıb

30-10-2025

Vüsal Qasımlı USAİD nümayəndə heyətini qəbul edib

29-11-2018

Azexport portalının Elektron ticarət üzrə təlimi yekunlaşıb

29-11-2018

Dünya Ticarət Mərkəzləri Assosiasiyası və Azexport arasında memorandum imzalandı

22-10-2018

Beynəlxalq Ticarət Mərkəzi Azexport.az-a dəstək verəcək

07-11-2017

Ötən il “Azexport” portalı ixracatçılara 61 ədəd sərbəst satış sertifikatı təqdim edib

22-01-2025

“Azexport” və “Tradexter Global” arasında memorandum imzalanıb

13-12-2024

“Azərpoçt” və “Azexport" elektron - Anlaşma Memorandumu İmzalayıb

01-06-2021

“Azexport”un nümayəndə heyəti Türkiyədə bir sıra görüşlər keçirib

06-10-2025

"Azərbaycan məhsullarının beynəlxalq onlayn platformalarda mövcudluğu 300 dəfə artıb"

28-11-2019

Rəqəmsal transformasiya və e-ticarət forumu keçirilib

21-06-2023

İsveçrənin Əməkdaşlıq İdarəsinin regional direktoru İİTKM-də olub

16-03-2021

İİTKM-də informasiya texnologiyaları şirkətlərinin rəhbərləri ilə görüş keçirilib

15-03-2021

İİTKM BP ilə anlaşma memorandumu imzaladı

15-10-2018

Azexport portalı Elektron ticarət və İxrac prosedurları üzrə təlimlər keçirəcək

17-11-2018

Azərbaycanda Rəqəmsal Ticarət Qovşağına aid ikinci beynəlxalq konfransı keçiriləcək

10-09-2018

“Azexport” təcrübəsinin Pakistanda tətbiqi müzakirə olunub

19-05-2026

Azərbaycan məhsulları ilk dəfə “Alibaba”da ilk üçlükdə yer alıb

26-08-2025

“Elektron ticarət: Azərbaycan və Rusiyanın ən yaxşı təcrübəsi” mövzusunda müzakirə keçirilib

24-07-2020

“Azexport.az” portalı və “Azərpoçt” MMC əməkdaşlığı genişləndirir

05-04-2021

Azexport Amazonla Qazan təlimini davam etdirir

19-02-2019

Azexport.az Bakutel sərgisində təmsil olunur

03-12-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə