Previous Next
Bağla

Pakistanda “ASAN xidmət” konsepsiyası tətbiq ediləcək

11-09-2025 11:09
Pakistanda “ASAN xidmət” konsepsiyası tətbiq ediləcək

Sentyabrın 8-dən 10-dək Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Pakistan Hökumətinin dəvəti əsasında İslamabad şəhərində səfərdə olub.

Xeberler.az bildirir ki, Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, səfər çərçivəsində Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərək “ASAN xidmət” mərkəzinin yaradılması ilə bağlı Pakistan Hökumətinin iclasını keçirib.

İclas zamanı Pakistanda yaradılacaq “ASAN xidmət” konsepsiyasının təqdimatı olub.

Pakistanın Baş naziri Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılmış “ASAN xidmət” mərkəzinin onda yüksək təəssürat yaratdığını bildirirək, analoji konsepsiyanın Pakistanda dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsində inqilabi addım olacağını bildirib. Baş nazir “ASAN xidmət” təşəbbüsünün Pakistan Hökumətinin “nağdsız iqtisadiyyat” siyasətini də inkişaf etdirəcəyini və paytaxt İslamabaddan sonra digər şəhər və vilayətlərdə tətbiq olunacağını diqqətə çatdırıb.

Pakistanda “ASAN xidmət” mərkəzinin yaradılması prosesində göstəriləcək dəstəyə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirən Baş nazir müvafiq layihənin iki ölkə arasında iqtisadi əməkdaşlığı daha da gücləndirəcəyini bildirib.

Görüşdən sonra Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Pakistan İslam Respublikasında “ASAN xidmət” təcrübəsinin tətbiqi istiqamətində əməkdaşlığa dair Saziş” imzalanıb.

Sazişin icrası çərçivəsində qısa müddətdə “ASAN xidmət” mərkəzinin Pakistanda fəaliyyətə başlaması nəzərdə tutulur.

Səfər proqramı çərçivəsində Dövlət Agentliyinin sədri ilə Pakistanın informasiya texnologiyaları və telekommunikasiya naziri arasında görüş olub. Həmçinin “ASAN xidmət” mərkəzinin fəaliyyət göstərməsi nəzərdə tutulan bina infrastrukturlarına baxış keçirilib.

Pakistana səfər zamanı Dövlət Agentliyinin sədri Azərbaycanın Pakistandakı səfirliyini ziyarət edib və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub.

Səfər zamanı keçirilən tədbir və görüşlərdə Azərbaycanın Pakistandakı fövqəladə və səlahiyyətli səfiri Xəzər Fərhadov da iştirak edib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“ASAN xidmət”in Pakistanda tətbiqi ilə bağlı işlər sürətlənləndirilir

18-11-2025

“ASAN xidmət”in Pakistanda tətbiqi müzakirə olunub

03-03-2025

Pakistanda ilk “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb

15-01-2026

Pakistanda “ASAN xidmət”in tətbiqi üzrə əməkdaşlığa dair Saziş təsdiqlənib

04-11-2025

"ASAN Xidmət" modelinin Pakistanda da həyata keçirilməsi müzakirə edilib

01-09-2025

Tacikistan səfiri "ASAN xidmət"də olub

23-01-2026

Pakistan "ASAN xidmət" modelinin tətbiqində maraqlıdır

09-09-2025

Pakistan Milli Assambleyasının sədri “ASAN xidmət”də olub

08-07-2025

"ASAN xidmət"in Rumıniyada tətbiqi ilə bağlı müzakirələr aparılıb

12-12-2025

“ASAN xidmət” modeli Ruandada tətbiq ediləcək

30-06-2025

Baş nazir: “ASAN xidmət”in yaradılması İlham Əliyevin dəstəyi ilə mümkün olub

15-01-2026

“ASAN xidmət” brendinin ixracı ilə bağlı növbəti müqavilə imzalanıb

03-06-2025

“ASAN xidmət” modeli Qvineyada tətbiq ediləcək

16-03-2026

Qvineya-Bisaunun Prezidenti “ASAN xidmət”də olub

27-02-2025

Liviyanın səfiri "ASAN xidmət"də olub

02-09-2025

“ASAN xidmət” İslam İnkişaf Bankı ilə əməkdaşlığı genişləndirir

08-10-2025

Prezident: İslamabadda "ASAN xidmət"in başlaması dövlətlərarası əməkdaşlığın praktiki nəticəsidir

23-03-2026

“Amazon”un sabiq vitse-prezidenti “ASAN xidmət”də

04-12-2023

Efiopiyada "ASAN xidmət" mərkəzi açılıb

21-06-2025

Efiopiya nümayəndə heyəti “ASAN xidmət”də olub

02-12-2024

Agentliyin nümayəndə heyəti "Dövlət Sektorunda İnnovasiya Forumu"nda iştirak edib

11-12-2025

Qvineya-Bisaunun naziri “ASAN xidmət”də olub

03-12-2024

ASAN AI Hub üzrə beynəlxalq tərəfdaşlıq genişlənir

03-12-2025

“ASAN xidmət”in nümayəndə heyəti Kamboca Krallığına səfər edib

05-12-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə