Previous Next
Bağla

“AzInTelecom” “CIDC-2025” konfransında iştirak edib

13-10-2025 11:14
“AzInTelecom” “CIDC-2025” konfransında iştirak edib

“AzInTelecom” MMC kibertəhlükəsizlik sahəsində regionun ən mühüm tədbirlərindən biri hesab olunan “CIDC 2025” 2-ci kibertəhlükəsizlik konfransında tərəfdaş qismində iştirak edib.

Xeberler.az bildirir ki, 9-10 oktyabr tarixlərində Bakı Konqres Mərkəzində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Xidməti və Dövlət Təhlükəsizlik Xidmətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə “AzInTelecom”un Məhsul və xidmətlər şöbəsinin müdiri Tamerlan Məşədihəsənli “Ağıllı infrastrukturların mühafizəsində beynəlxalq təcrübə” panelində çıxış edib. “Təhlükəsiz rəqəmsal transformasiya üçün “AzInTelecom” həlləri” mövzusunda təqdimat edən T.Məşədihəsənli “bulud” və biometriya texnologiyalarının rəqəmsal mühitdə risklərin azaldılmasında, eləcə də xidmətlərin dayanıqlığının təmin edilməsində mühüm amil olduğunu diqqətə çatdırıb.

Tədbirin ikinci günündə “AzInTelecom”un İnformasiya təhlükəsizliyi departamentinin direktoru Ruslan Dadayev “Səni tanıyan şəhər: biometrik nəzarət, toplanan data, insan hüquqları, mühafizə yolları – hansı daha vacibdir?” panelində çıxış edərək “bulud” infrastrukturunda kibertəhlükəsizlik baxımından həssas məlumatların, o cümlədən biometrik dataların qorunması üçün hansı texnoloji və təhlükəsizlik tədbirlərinin həyata keçirildiyindən danışıb. O, “bulud” mühitində biometrik və digər həssas məlumatların qorunması məqsədilə tətbiq olunan şifrləmə və autentifikasiya texnologiyalarının effektivliyini diqqətə çatdırıb.

Qeyd edək ki, 24/7 rejimdə fəaliyyət göstərən Təhlükəsizlik Əməliyyatları Mərkəzi vasitəsilə müştərilərinə etibarlı və dayanıqlı təhlükəsizlik xidmətləri təqdim edən “AzInTelecom” tədbirin gümüş sponsoru qismində çıxış edib. Kibertəhlükəsizlik sahəsində peşəkar kadrların hazırlanmasına xüsusi önəm verən şirkətin əsas məqsədi ölkədə kibertəhlükəsizlik ekosisteminin inkişafına dəstək göstərmək və informasiya təhlükəsizliyinin möhkəmləndirilməsinə töhfə verməkdir.

“AzInTelecom” haqqında

AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC rəqəmsal dünyada keyfiyyətə üstünlük verənlərə təhlükəsiz, etibarlı və rahat adaptasiya edilən xidmətlər təqdim edir. Şirkətin xidmətləri arasında güclü və təhlükəsiz “bulud” həlləri, yeni nəsil rəqəmsal imza və identifikasiya xidmətləri, biznesin idarə edilməsində effektivlik təmin edən rəqəmsal platformalar və kibertəhlükəsizlik həlləri xüsusi yer tutur. Bu xidmətlər vasitəsilə “AzInTelecom” müştərilərinə rəqəmsal transformasiya sahəsində ən müasir texnologiyaları təqdim etməklə iş dünyasında innovasiyalara liderlik edir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
“AzInTelecom” “INMerge” İnnovasiya Sammiti”ndə iştirak edir

“AzInTelecom” “INMerge” İnnovasiya Sammiti”ndə iştirak edir

30-09-2025
“AzInTelecom” Astanada “Digital Bridge 2025” forumunda iştirak edib

“AzInTelecom” Astanada “Digital Bridge 2025” forumunda iştirak edib

10-10-2025
“AzInTelecom” “Baku Fintech Forum 2025”də iştirak edib

“AzInTelecom” “Baku Fintech Forum 2025”də iştirak edib

14-10-2025
“AzInTelecom” iki beynəlxalq nüfuzlu sertifikasiyadan keçib

“AzInTelecom” iki beynəlxalq nüfuzlu sertifikasiyadan keçib

07-11-2025
Azercell “CIDC 2025: 2-ci Kibertəhlükəsizlik Konfransı”nın sponsorudur

Azercell “CIDC 2025: 2-ci Kibertəhlükəsizlik Konfransı”nın sponsorudur

06-10-2025
“AzInTelecom”un dəstəyi ilə “Qarabağı yenidənqurma” sərgisi keçirilib

“AzInTelecom”un dəstəyi ilə “Qarabağı yenidənqurma” sərgisi keçirilib

17-10-2025
AzInTelecom IV Milli Kibertəhlükəsizlik Forumunda

AzInTelecom IV Milli Kibertəhlükəsizlik Forumunda

08-06-2026
“AzInTelecom” kibermüharibə yarışının qalibi olub

“AzInTelecom” kibermüharibə yarışının qalibi olub

11-10-2025
“AzInTelecom” “CIDC-2023”də “Qızıl sponsor” kimi stendlə çıxış edir

“AzInTelecom” “CIDC-2023”də “Qızıl sponsor” kimi stendlə çıxış edir

26-10-2023
“AzInTelecom” “AI GITEX Kenya 2026” sərgisində təmsil olunub

“AzInTelecom” “AI GITEX Kenya 2026” sərgisində təmsil olunub

21-05-2026
Mingəçevir Dövlət Universiteti “AzInTelecom” MMC-nin xidmətlərindən yararlanacaq

Mingəçevir Dövlət Universiteti “AzInTelecom” MMC-nin xidmətlərindən yararlanacaq

07-10-2022
Bu şirkətlər kibertəhlükəsizlik sahəsində birgə fəaliyyət göstərəcək

Bu şirkətlər kibertəhlükəsizlik sahəsində birgə fəaliyyət göstərəcək

02-05-2023
“AzInTelecom” Türkiyənin “Çekino Group” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

“AzInTelecom” Türkiyənin “Çekino Group” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

20-04-2023
SİMA həlləri Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində

SİMA həlləri Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində

10-06-2026
Bulud xidmətləri üzrə yeni məhsullar təqdim edilib

Bulud xidmətləri üzrə yeni məhsullar təqdim edilib

12-03-2019
“AzInTelecom” Elm və Təhsil Nazirliyinə İT audit və Kibertəhlükəsizlik üzrə konsultinq xidməti göstərib

“AzInTelecom” Elm və Təhsil Nazirliyinə İT audit və Kibertəhlükəsizlik üzrə konsultinq xidməti göstərib

31-01-2023
“AzInTelecom” Türkiyənin “DNS Sense” şirkəti ilə əməkdaşlığa başlayıb

“AzInTelecom” Türkiyənin “DNS Sense” şirkəti ilə əməkdaşlığa başlayıb

21-07-2023
CIDC-2025 tədbirinin rəsmiləri kibertəhlükəsizlik sərgisi ilə tanış olublar

CIDC-2025 tədbirinin rəsmiləri kibertəhlükəsizlik sərgisi ilə tanış olublar

11-10-2025
“Son istifadəçi təhlükəsizliyinin idarəedilməsi” mövzusunda konfrans keçirilib

“Son istifadəçi təhlükəsizliyinin idarəedilməsi” mövzusunda konfrans keçirilib

08-06-2023
“AzInTelecom” “AzInCloud” platformasını istifadəyə verib

“AzInTelecom” “AzInCloud” platformasını istifadəyə verib

29-11-2024
Bakıda "Təhlükəsiz Hökumət Buludu" tədbiri baş tutub

Bakıda "Təhlükəsiz Hökumət Buludu" tədbiri baş tutub

03-03-2020
“AzInTelecom” informasiya təhlükəsizliyi ilə bağlı yeni xidmətlər təqdim edir

“AzInTelecom” informasiya təhlükəsizliyi ilə bağlı yeni xidmətlər təqdim edir

13-06-2022
Azərbaycan Kredit Bürosu “AzInTelecom” MMC-nin Kibertəhlükəsizlik xidmətindən faydalandı   

Azərbaycan Kredit Bürosu “AzInTelecom” MMC-nin Kibertəhlükəsizlik xidmətindən faydalandı  

22-09-2022
IV Milli Kibertəhlükəsizlik Forumu Azercell-in dəstəyi ilə keçəcək

IV Milli Kibertəhlükəsizlik Forumu Azercell-in dəstəyi ilə keçəcək

02-06-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə