Previous Next
Bağla

“Son istifadəçi təhlükəsizliyinin idarəedilməsi” mövzusunda konfrans keçirilib

08-06-2023 13:22
“Son istifadəçi təhlükəsizliyinin idarəedilməsi” mövzusunda konfrans keçirilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC Türkiyənin qabaqcıl texnologiya şirkətlərindən olan “Çekino Group”la birlikdə Bakıda “Son istifadəçi təhlükəsizliyinin idarəedilməsi” mövzusunda konfrans keçirib.

Dövlət qurumları və özəl şirkətlərin informasiya təhlükəsizliyi üzrə məsul şəxsləri və mütəxəssislərinin iştirak etdiyi konfrans son istifadəçi təhlükəsizliyi riskləri, risklərə qarşı preventiv və cavab tədbirlərinin görülməsi, ümumilikdə son istifadəçi təhlükəsizliyinin təmin olunması mövzularını əhatə edib.

Giriş sözü ilə çıxış edən “AzInTelecom”un Kommersiya departamentinin direktoru Fərrux Fərəcullayev bildirib ki, ölkənin bir sıra böyük şirkət və dövlət qurumlarının informasiya resurslarını etibar etdiyi “AzInTelecom”un fəaliyyət istiqamətləri Azərbaycan və xarici ölkələr arasında beynəlxalq səs trafiki mübadiləsinin təşkili, bulud xidmətləri, mərkəzləşdirilmiş informasiya sistemləri və biznes həllərdən ibarətdir.

"Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası" İctimai Birliyinin sədri Elvin Balacanov kibertəhlükəsizliyin artıq bütün şirkətlər üçün ən vacib nüanslardan birinə çevrildiyini və bu sahədə fəaliyyət göstərən qurumların kompakt əməkdaşlığının vacibliyini vurğulayıb.

“AzInTelecom”un İnformasiya təhlükəsizliyinin təşkili şöbəsinin müdiri Kamran Kərimli son istifadəçi təhlükəsizliyinin risklərinə daxil olan gündəlik fəaliyyət zamanı qarşılaşdığımız potensial təhlükələrdən danışıb.

“AzInTelecom”un İnformasiya təhlükəsizliyi üzrə məhsul sahibi Arzu Rəhimli qeyd edib ki, risklərə qarşı qabaqlayıcı və müdaxilə tədbirlərinin görülməsi aparıcı rol oynayır. Dövlət qurumları və özəl şirkətlərə informasiya təhlükəsizliyinin auditi, konsaltinqi, kibertəhlükəsizlik və Təhlükəsizlik Əməliyyat Mərkəzi (SOC) xidməti göstərən “AzInTelecom”un də bu sahədə davamlı işlər gördüyünü vurğulayan Arzu Rəhimli yerli və xarici şirkətlərlə mütəmadi olaraq məlumat mübadiləsi aparıldığını da vurğulayıb.

“Çekino Group”un baş direktorunun müavini Arzu Car iştirakçılara şirkət haqqında məlumat verib. Bildirib ki, “Çekino Group” informasiya texnologiyaları şirkəti olaraq, proaktiv və kontekst əsaslı texnologiyalar, məlumat mərkəzli inteqrasiya olunmuş həllər və uzunmüddətli təcrübəsi sayəsində aparıcı texnologiya şirkəti olmaq yolunda mühüm addımlar atmaqdadır.

“Çekino Group”un baş direktoru Erol Yılmaz konfrans zamanı sistem, son istifadəçi və təhlükəsizlik mövzusunda çıxış edərək şirkətin yaratdığı “Gardiyan” məhsulu barədə danışıb.

E.Yılmaz qeyd edib ki, bu məhsul böyük şəbəkələrdə bütün sistemin əvvəldən sona kimi təhlükəsiz monitorinqini və idarə olunmasını təmin edən, korporativ strategiyaya uyğun olaraq sistem idarəçilərinə məlumat verən və problemlərə qarşı sürətli şəkildə lazımi qabaqlayıcı tədbirlərin alınmasına imkan yaradan rəqəmsal həldir.

İstanbul Böyükşəhər Bələdiyyəsinin İnformasiya emalı şöbəsinin rəhbəri Erol Özgüner bələdiyyənin tərkibində 4 dövlət qurumunun olduğunu və ümumilikdə 53 mindən çox şəxsin çalışdığını diqqətə çatdırıb. Həmçinin “Gardiyan” məhsulu sayəsində şirkətdaxili şəbəkələrdə sistemin təhlükəsiz monitorinq və idarə olunduğunu, məhsul sayəsində risklərə qarşı qabaqlayıcı tədbirlərin görüldüyünü deyib.

Tədbir zamanı həvəsləndirici müsabiqə təşkil olunaraq fərqlənən 10 iştirakçı mükafatlandırılıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“AzInTelecom” Türkiyənin “Çekino Group” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

20-04-2023

“AzInTelecom” “CIDC-2023”də “Qızıl sponsor” kimi stendlə çıxış edir

26-10-2023

Mingəçevir Dövlət Universiteti “AzInTelecom” MMC-nin xidmətlərindən yararlanacaq

07-10-2022

“AzInTelecom” Türkiyənin “DNS Sense” şirkəti ilə əməkdaşlığa başlayıb

21-07-2023

“AzInTelecom” Elm və Təhsil Nazirliyinə İT audit və Kibertəhlükəsizlik üzrə konsultinq xidməti göstərib

31-01-2023

“AzInTelecom” informasiya təhlükəsizliyi ilə bağlı yeni xidmətlər təqdim edir

13-06-2022

“AzInTelecom” “CIDC-2025” konfransında iştirak edib

13-10-2025

“AzInTelecom” MMC İnformasiya təhlükəsizliyinin auditi və konsaltinqi xidmətini təqdim edir

07-07-2022

“Azerconnect Group” “Beynəlxalq Kibertəhlükəsizlik Günləri” konfransında iştirak edib

23-09-2024

Dövlət qurumlarının rəhbər nümayəndələri üçün kibertəhlükəsizlik seminarı keçirilib

17-06-2025

Azərbaycan Kredit Bürosu “AzInTelecom” MMC-nin Kibertəhlükəsizlik xidmətindən faydalandı  

22-09-2022

Dövlət qurumlarının informasiya sistemləri mütəmadi audit və monitorinq edilir

19-09-2024

İnformasiya təhlükəsizliyinin inkişaf istiqamətləri müzakirə edilib

19-05-2016

"120-dən artıq dövlət qurumu daxili informasiya təhlükəsizliyi təlimatını təsdiqləyib"

23-09-2023

Azərbaycanın informasiya məkanında təhlükəsizlik riskləri müəyyənləşdiriləcək

28-08-2023

SİMA vasitəsilə xarici vətəndaşlara da rəqəmsal imza veriləcək

14-04-2023

Azərbaycan Ordusunda kibertəhlükəsizliyə dair tədbirlər keçirilir

12-05-2025

İnformasiya təhlükəsizliyi mövzusunda konfrans keçiriləcək

13-05-2015

Bu şirkətlər kibertəhlükəsizlik sahəsində birgə fəaliyyət göstərəcək

02-05-2023

“AzInTelecom” lisenziyaların alınmasına 5 milyon manatdan artıq pul xərcləyəcək

22-08-2023

Bugünkü kibertəhlükəsizlik ilə bağlı konfrans başa çatdı

13-04-2015

Bakıda informasiya təhlükəsizliyi ilə bağlı konfrans keçirilib

08-06-2016

Dövlət Xidmətinin əməkdaşı Avstriyada beynəlxalq konfransda iştirak edib

14-05-2026

“AzInTelecom” “AI GITEX Kenya 2026” sərgisində təmsil olunub

21-05-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə