Previous Next
Bağla

“AzInTelecom”un təcrübəsi Filip Kotlerin kitabında yer alacaq

24-10-2025 15:32
“AzInTelecom”un təcrübəsi Filip Kotlerin kitabında yer alacaq

AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC dünya marketinq elminin banilərindən sayılan Filip Kotlerin “Müasir marketinqin əsasları” adlı nəşrində təqdim ediləcək.

Nəşrdə “AzInTelecom”un uğurlu təcrübəsi kimi SİMA Rəqəmsal Həllər Platforması xüsusi yer alacaq. Kitabda biometriya texnologiyasına əsaslanaraq rəqəmsal imza, identifikasiya və ödəniş sistemlərini bir ekosistemdə birləşdirən platformanın ölkədə rəqəmsal xidmətlərə çıxışı asanlaşdırmasından bəhs olunur.

Filip Kotlerin kitabında “AzInTelecom”un yanaşması texnologiya ilə bərabər, həm də marketinq və istifadəçi təcrübəsinin uğurlu sintezi kimi dəyərləndirilir. Belə ki, şirkət rəqəmsal imzanın geniş istifadəsini təşviq etmək üçün sadə interfeys, biometrik identifikasiya və çoxkanallı kommunikasiya strategiyası tətbiq edir. Bu yanaşma nəticəsində “SİMA İmza” mobil tətbiqi 5 milyondan çox istifadəçi tərəfindən yüklənilib, 50 milyondan artıq tranzaksiya həyata keçirilib.

İstənilən vaxt və məkanda etibarlı, davamlı və innovativ xidmətlər təqdim etmək  məqsədilə yaradılmış SİMA ölkənin rəqəmsallaşma prosesini sürətləndirir. Platforma, həmçinin ekoloji dəyərlərə də töhfə verir – kağız sərfiyyatının azalması sayəsində meşələrin qorunmasına, enerji və su ehtiyatlarının qənaətinə şərait yaradır.

“AzInTelecom” SİMA Rəqəmsal Platforması ilə yanaşı, innovativ “bulud” həlləri, kibertəhlükəsizlik və sertifikatlaşdırma xidmətləri vasitəsilə rəqəmsal gələcəyin birgə formalaşdırılmasına da töhfə verir.

“Müasir marketinqin atası” kimi tanınan Filip Kotler 90-dan çox kitabın, o cümlədən dünyanın aparıcı tədris müəssisələrində öyrədilən “Marketing Management” əsərinin müəllifidir. Onun 60 ili əhatə edən karyerası marketinqin elmi və praktik əsaslarını formalaşdırıb. Kotlerin “Harvard Business Review”, “Journal of Marketing” kimi nüfuzlu jurnallarda 100-dən artıq məqaləsi dərc edilib, dünyanın müxtəlif ölkələrində şirkətlərə rəqabət qabiliyyətini artırmaq üçün effektiv marketinq prinsiplərini tətbiq etməyə dəstək olub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Bakcell” “Müasir Marketinqin Əsasları Azərbaycan Nəşri”nə qoşulub

12-03-2025

"Bakcell"in brend strategiyası nüfuzlu Filip Kotlerin nəşrində

21-06-2025

Azercell-in təcrübəsi Filip Kotlerin kitabında yer alacaq

13-05-2025

SİMA rəqəmsal imza Birbank-da!

26-05-2026

Filip Kotlerin kitabında “Aztelekom” təcrübəsindən bəhs olunacaq

21-05-2025

Ipoteka krediti və kirayə mənzilləri “SİMA İmza” ilə də əldə etmək olacaq

05-02-2026

“SİMA İmza” - vergi ödəyiciləri üçün ən sərfəlisi

23-04-2026

“SİMA İmza” və “Baku Electronics”dən yenilik

27-02-2026

SİMA və “Yelo Bank”dan yeni rəqəmsal imkanlar

15-08-2025

SİMA həlləri WUF13-də təqdim edilib

22-05-2026

“SİMA İmza” və “Yelo Bank”dan yenilik

25-04-2025

Məsafədən bank əməliyyatlarında yeni era: SİMA vahid rəqəmsal həll kimi

17-03-2026

“SİMA İmza” tətbiqinin yüklənmə sayı 3 milyonu ötüb

22-01-2025

Sertifikatlaşdırma imtahanlarında müəllimlərin şəxsiyyəti SİMA ilə təsdiq edilib

09-07-2025

“AzInTelecom”un dəstəyi ilə “Qarabağı yenidənqurma” sərgisi keçirilib

17-10-2025

Vahid vergi bəyannaməsinin “SİMA İmza” ilə verilməsi mümkün oldu

08-10-2025

“AccessBank” “SİMA İmza” ilə öz xidmətlərini rəqəmsallaşdırıb

20-12-2024

“SİMA İmza”nı yükləyənlərin sayı 2 milyonu ötdü

13-09-2024

Daha 3 maliyyə qurumu SİMA ilə tərəfdaş olub

28-01-2025

“SİMA KYC” “Leobank”da

21-08-2025

“SİMA İmza” “Dostbank” mobil tətbiqinə inteqrasiya edilib

10-04-2025

“AzInTelecom” “Baku Fintech Forum 2025”də iştirak edib

14-10-2025

SİMA vasitəsilə xarici vətəndaşlara da rəqəmsal imza veriləcək

14-04-2023

"SİMA İmza" İKZF-yə inteqrasiya edilib

04-02-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə