Bakıda “TECHNOVATION: Davamlı İqtisadi Transformasiya üçün Elm və İnnovasiya” mövzusunda konfrans işinə başlayıb.
Xeberler.az məlumat verir ki, Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham Azərbaycan) təşkilatçılığı və “Philip Morris International” (PMI) şirkətinin dəstəyi ilə keçirilən tədbirdə dövlət qurumlarının, beynəlxalq təşkilatların, biznes dairələrinin və ekspert icmasının nümayəndələri iştirak edirlər.
Konfransın açılış mərasimində “AmCham Azərbaycan”ın prezidenti Dayanat Sadullayev, iqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov və PMI şirkətinin MDB ölkələri üzrə Xarici Əlaqələr Direktoru Aleksey Kim çıxış edirlər.
Tədbirdə elmin, innovasiyaların və müasir texnologiyaların iqtisadi inkişafda rolu, qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi, rəqəmsal transformasiya və dayanıqlı inkişaf məsələləri müzakirə olunur.
Konfrans çərçivəsində hökumət və sənaye nümayəndələrinin iştirakı ilə iqtisadi transformasiyaya dair panel sessiyalar keçiriləcək, eləcə də biznes sektorunda innovativ həllərin tətbiqi və korporativ transformasiya istiqamətində beynəlxalq təcrübə müzakirə ediləcək.

























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları