Previous Next
Bağla

Ümumdünya Gömrük Təşkilatının İnformasiya Texnologiyaları konfransı və sərgisi keçirilir

09-06-2018 13:37
Ümumdünya Gömrük Təşkilatının İnformasiya Texnologiyaları konfransı və sərgisi keçirilir

Perunun paytaxtı Lima şəhərində 75 ölkəni təmsil edən 500-dən artıq nümayəndənin iştirakı ilə Ümumdünya Gömrük Təşkilatının (ÜGT) növbəti 2018-ci il İnformasiya Texnologiyaları konfransı və sərgisi öz işinə başlayıb.

Xeberler.az bildirir ki, konfrans Peru Gömrük və Vergilər Administrasiyasının ev sahibliyi etdiyi sayca 17-ci olan bu tədbir Koreya Gömrük Xidmətinin dəstəyi ilə təşkil edilib.

Tədbirdə Azərbaycanı DGK Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi İqbal Babayev və Xarici Əlaqələr İdarəsinin rəisi, gömrük xidməti polkovniki Dilavər Fərzəliyev təmsil edirlər.

Konfrans-sərginin birinci günündə Peru Gömrük və Vergilər Administrasiyasının milli katibi Victor Shiguiyama Kobashigava, Ümumdünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriya və Koreya Gömrük Xidmətinin İnformasiya və Beynəlxalq Əlaqələr Bürosunun direktoru Taeii Kanq açılış nitqi ilə çıxış ediblər.

ÜGT-nin İKT Konfrans və Sərgisi bu il "Transsərhəd ticarətin inkişafı üçün etibarlı rəqəmsal mühitin yaradılması" mövzusuna həsr olunub. Tədbir çərçivəsində ÜGT-yə üzv dövlətlərin nümayəndələri informasiya texnologiyalarını tətbiq etməklə biznes mühitin təhlükəsizliyinin, dayanıqlı iqtisadi artımın təmin edilməsi yolları barədə fikir mübadiləsi aparıblar. Eyni zamanda, tədbir çərçivəsində qanuni ticarətin asanlaşdırılması, yüksək riskli malların müəyyən edilməsi sahəsində qabaqcıl texnologiyaların yaratdığı imkanlar və yeni yanaşmalar təqdim edilib, bununla bağlı Süni İntellekt, Blokçeyn Texnologiyası və Əşyaların İnterneti kimi praktiki həllərin gömrük sistemində tətbiqi məsələləri öyrənilib.

Konfransda, həmçinin gömrük sistemində İKT sahəsində qadınların rolu, kiber təhlükəsizlik, Səlahiyyətli İqtisadi Operator institutu sahəsində İKT həllər kimi fərqli mövzular üzrə də fikir və təcrübə mübadiləsi aparılıb.

Sevindirici haldır ki, Ümumdünya Gömrük Təşkilatının İKT sahəsində ən böyük tədbiri olan İnformasiya Texnologiyaları Konfransı və Sərgisi 2019-cu ildə Azərbaycanda keçiriləcək. Bununla bağlı, iyunun 7-də Azərbaycan nümayəndə heyəti tərəfindən ÜGT üzvlərinə tədbir çərçivəsində müvafiq dəvət ünvanlanıb və Azərbaycan barədə qısa film nümayiş etdirilib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanda İKT sahəsində ən böyük tədbir keçirilə bilər

02-07-2018

Azərbaycan Tiflisdə İKT sərgisində təmsil edilir-Foto

07-06-2017

Gömrük xidməti informasiya texnologiyalarının tətbiqində ciddi uğurlar qazanıb

03-06-2015

Dövlət Gömrük Komitəsində elmi praktiki konfrans keçirilir

20-12-2018

Azərbaycan İnformasiya Cəmiyyəti üzrə Sammitdə təmsil olunur

09-04-2019

Huawei şirkəti Dövlət Gömrük Komitəsi ilə əməkdaşlıqda maraqlıdır

13-06-2019

Azərbaycan BTİ-nın Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransında təmsil olunur

08-06-2022

Azərbaycan beynəlxalq İKT konfransda iştirak edir

10-10-2017

Azərbaycanın nümayəndə heyəti Ümumdünya Radiorabitə Konfransında iştirak edib

18-12-2023

Bakıda Beynəlxalq Elektron Ticarət Forumu keçiriləcək

06-09-2018

Sabah Bakıda “Əşyaların İnterneti” ilə bağlı konfrans keçiriləcək

28-11-2016

İnformasiya texnologiyaları sahəsində ixtisaslaşan iş adamları ilə görüş keçirilib

12-09-2018

ITU Telecom World 2019 beynəlxalq sərgisi öz işinə başlayıb

10-09-2019

“Qlobal kibertəhlükəsizlik üzrə əməkdaşlıq: problemlər və perspektivlər” mövzusunda konfrans öz işinə başlayır

02-12-2013

Ümumdünya Radiorabitə Konfransı öz işini davam etdirir

21-11-2019

Azərbaycan Qlobal Standartlar Simpoziumu və Ümumdünya Standartlaşdırma Assambleyasında təmsil olunub

16-10-2024

Bakıda Regional Kinoloji Təlim Mərkəzi yaradıla bilər

02-05-2015

Bakıda ilk Beynəlxalq Elektron Ticarət Forumu keçirilir

24-09-2018

Azərbaycan nümayəndə heyəti “PostEurop” təşkilatının rəsmiləri ilə görüşüb

17-09-2025

“İnkişaf üçün İKT” konfransı başa çatdı

28-10-2015

“BakuTel-2010” sərgisində İKT yeniliklərinin naviqatoru

21-11-2010

Bakıda Bakutel 2008 sərgisi öz işinə başlayır

11-11-2008

Azərbaycan Ümumdünya Radiorabitə Konfransı-nda təmsil olunur

21-02-2019

Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransına dair brifinq keçirilib

29-10-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə