Bu ilin oktyabr ayında Xankəndi şəhərində "SocGov2026: Ağıllı idarəetmə üçün rəqəmsal təhlil" adlı beynəlxalq konfransın keçirilməsi planlaşdırılır.
Xeberler.az məlumat verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.
Qeyd edilib ki, nazirliyin tabeliyində DOST Agentliyinin təşkilatçılığı ilə keçiriləcək tədbir sosial idarəetmə, rəqəmsal transformasiya və innovativ həllər sahəsində beynəlxalq müzakirə və əməkdaşlıq platforması kimi nəzərdə tutulur.
Məqsəd sosial sahədə qlobal əməkdaşlığı və təcrübə mübadiləsini gücləndirmək, innovativ texnoloji həlləri təşviq etmək, inklüziv dəyərlərin möhkəmlənməsinə töhfə verməkdir.
Tədbirdə rəqəmsal təhlil, süni intellekt, etik idarəetmə və data əsaslı qərarvermə kimi mövzular müzakirə olunacaq.
Konfransda müxtəlif ölkələrin, beynəlxalq təşkilatların, innovasiya və texnologiya sahəsində fəaliyyət göstərən tərəflərin nümayəndələri, ekspertlər və tədqiqatçıların iştirakı nəzərdə tutulur.
Tədbir çərçivəsində "Sosial sahədə süni intellekt əsaslı rəqəmsal həllər", "Sosial könüllülük və vətəndaş təşəbbüsləri", "Sosial inkişafa elmi töhfə", "Regional sosial təşəbbüs" nominasiyaları üzrə müsabiqə keçiriləcək. Habelə "İlin gənc sosial innovatoru", "Sosial transformasiya lideri/təşəbbüskarı", "Sosial sahənin inkişafına davamlı töhfəyə görə" nominasiyaları üzrə fərdi mükafatlar veriləcək.
Xatırladaq ki, SocGov (sosial idarəetmə) brendi çərçivəsində ilk beynəlxalq konfrans ötən il beynəlxalq təşkilatlardan, 20-yə yaxın ölkədən 450 nəfərədək şəxsin iştirakı ilə Bakı şəhərində keçirilib.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları