Previous Next
Bağla

Bakıda innovasiya və texnologiya üzrə regional seminar keçirilir

05-07-2018 12:25
Bakıda innovasiya və texnologiya üzrə regional seminar keçirilir

Bakıda Birləşmiş Millətlər Təşkilatının (BMT) Biliklərə əsaslanan inkişaf üzrə İşçi Qrupunun 10-cu iclası və “Dayanıqlı İnkişaf Məqsədləri üzrə innovasiya siyasətləri, texnologiya tətbiqləri və infrastrukturu” mövzusunda potensialın artırılması üzrə regional seminar öz işinə başlayıb.

Xeberler.az bildirir ki, iki gün davam edəcək tədbir Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN), BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) və BMT-nin Avropa üçün İqtisadi Komissiyasının (UNECE) dəstəyi ilə keçirilir.

Tədbirdə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində innovasiya siyasətinin, texnoloji yeniliklərin tətbiqi, infrastrukturun genişləndirilməsi sahəsində bilik və faydalı təcrübə mübadiləsinin aparılması, regional əməkdaşlığın təşviqi məsələləri müzakirə edilir. Bu məqsədlə tədbirdə Mərkəzi Asiya İqtisadiyyatları üzrə İşçi Qrupunun (SPECA) üzv-dövlətlərinin rəsmiləri, BMT-nin qurumlarının nümayəndələri iştirak edirlər.

Tədbiri giriş sözü ilə Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə açıb. Nazir müavini qeyd edib ki, müasir dünyada davamlı inkişaf məqsədlərinə çatmaq üçün innovativ fəaliyyət mühüm əhəmiyyət kəsb edir. E.Vəlizadə bildirib ki, inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da innovasiyalar ölkənin davamlı və dayanıqlı inkişafının təmin edilməsi, intellektual potensialının gücləndirilməsi, biznesin irəliləməsi, yoxsulluq və işsizliyin azaldılması, cəmiyyətdə şəffaflığın və demokratiyanın inkişaf etdirilməsi üçün prioritet vasitə hesab edilir.

“Azərbaycan Respublikasının Prezidenti bu ilin yanvarında Davos İqtisadi Forumunda çıxışında qeyd etmişdir ki, ölkənin gələcək inkişafı innovasiya, texnologiya, yaxşı idarəçilik, şəffaflıq və sahibkarlığa dövlət dəstəyindən asılı olacaqdır.

Bu baxımdan Azərbaycanda innovativ fəaliyyətin inkişafı üçün tədbirlər həyata keçirilir. Burada təbii olaraq sosial sferada yüksək innovasiyaların tətbiq olunmasını təmin edən dövlətin innovasiya siyasəti ilk sırada durur. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında innovasiya fəaliyyətinin keyfiyyətcə yeni müstəvidə genişlənməsi, innovativ yeniliklərin yayılması, onların istehsal sahəsində tətbiqi məsələləri öz əksini tapıb”.

E.Vəlizadə yaxın gələcəkdə innovasiya fəaliyyətinin genişləndirilməsi və tətbiqinin sürətləndirilməsi məqsədilə müvafiq tədbirlərin işlənib hazırlanacağını bildirib.

Nazirliyin İnformasiya cəmiyyətinin və elektron idarəçiliyin innovativ inkişafı şöbəsinin müdiri Rəşad Əzizov Azərbaycanda davamlı inkişaf üçün innovasiya siyasəti və strategiyası mövzusunda təqdimatla çıxış edib. Çıxışda Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyası üçün innovasiya siyasətinin əsas məqsədləri, "biliklər iqtisadiyyatı"nın təhlili, ölkədə innovasiyaların tətbiqi üçün mümkün ssenarilər haqqında məlumat verilib.

İclasda hazırda işlənilməkdə olan SPECA İnnovasiya Strategiyasının layihəsinin təqdimatı və müzakirəsi aparılıb, BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının Şimali və Mərkəzi Asiya üzrə subregional ofisinin rəhbəri Hirohito Toda, BMT-nin Avropa İqtisadi Komissiyasının İnnovativ Siyasətin İnkişafı bölməsinin rəhbəri Anders Conson çıxış edib.

Tədbirdə qeyd edilib ki, seminar 2009-cu ildən etibarən BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial, eləcə də, Avropa İqtisadi komissiyaları tərəfindən təşkil olunur. Sonuncu iclas 2017-ci ildə Bişkek şəhərində keçirilib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
“ASAN xidmət”in nümayəndəsi BMT-nin sessiyasında iştirak edib

“ASAN xidmət”in nümayəndəsi BMT-nin sessiyasında iştirak edib

06-09-2022
Azərbaycan SPECA İqtisadi Forumunda təmsil olunub

Azərbaycan SPECA İqtisadi Forumunda təmsil olunub

22-01-2026
Azərbaycan innovasiya siyasəti indeksinə dair əlaqələndirici şəxslərin görüşündə təmsil olunub

Azərbaycan innovasiya siyasəti indeksinə dair əlaqələndirici şəxslərin görüşündə təmsil olunub

07-03-2019
Azərbaycan BMT komissiyasının sessiyasına sədrlik edib

Azərbaycan BMT komissiyasının sessiyasına sədrlik edib

28-08-2019
Azərbaycan-İsrail arasında İnnovasiya üzrə dəyirmi masa keçirilib

Azərbaycan-İsrail arasında İnnovasiya üzrə dəyirmi masa keçirilib

06-12-2018
Azərbaycan nümayəndəsi UNESCAP-ın İdarəetmə Komitəsinin iclasında iştirak edib

Azərbaycan nümayəndəsi UNESCAP-ın İdarəetmə Komitəsinin iclasında iştirak edib

14-08-2020
İnnovasiya ekosisteminə siyasi baxış mövzusunda dəyirmi masa keçirilib

İnnovasiya ekosisteminə siyasi baxış mövzusunda dəyirmi masa keçirilib

23-10-2019
RİTN nümayəndəsi UNESCAP-ın tədbirində iştirak edəcək

RİTN nümayəndəsi UNESCAP-ın tədbirində iştirak edəcək

17-11-2008
UNESCAP-ın İKT komitəsinin iclası başlayır

UNESCAP-ın İKT komitəsinin iclası başlayır

20-11-2008
Azərbaycan UNESCAP-ın Nəqliyyat üzrə IV Nazirlər Konfransında təmsil edilib

Azərbaycan UNESCAP-ın Nəqliyyat üzrə IV Nazirlər Konfransında təmsil edilib

17-12-2021
BMT tədbirində “ASAN xidmət”in qlobal əhəmiyyəti vurğulanıb

BMT tədbirində “ASAN xidmət”in qlobal əhəmiyyəti vurğulanıb

01-06-2023
“ASAN xidmət” UNESCAP sessiyasında diqqət mərkəzində olub

“ASAN xidmət” UNESCAP sessiyasında diqqət mərkəzində olub

22-04-2026
“ASAN xidmət”in nümayəndə heyəti Qazaxıstanda

“ASAN xidmət”in nümayəndə heyəti Qazaxıstanda

25-07-2022
Dövlət Agentliyi BMT-nin ekspert toplantısında təmsil olunub

Dövlət Agentliyi BMT-nin ekspert toplantısında təmsil olunub

23-09-2020
İnnovasiyalar həftəsində ölkəmizdə innovasiyaların inkişafı üzrə layihələr təqdim edilib

İnnovasiyalar həftəsində ölkəmizdə innovasiyaların inkişafı üzrə layihələr təqdim edilib

26-10-2018
Azərbaycanda İKT-nin inkişafı ilə bağlı birgə layihə reallaşdırılır

Azərbaycanda İKT-nin inkişafı ilə bağlı birgə layihə reallaşdırılır

08-11-2016
Rəşad Nəbiyev SPECA ilə bağlı  konfransda iştirak edib

Rəşad Nəbiyev SPECA ilə bağlı konfransda iştirak edib

31-10-2022
Vüsal Qasımlı UNESCAP-ın koordinatoru təyin olundu

Vüsal Qasımlı UNESCAP-ın koordinatoru təyin olundu

30-06-2021
Rəqəmsal Ticarət Qovşağı BMT-nin iclasında təqdim edilib

Rəqəmsal Ticarət Qovşağı BMT-nin iclasında təqdim edilib

18-01-2020
KOBİA BMT-nin Baş Qərargahında beynəlxalq KOB gününə həsr olunmuş tədbirdə təmsil olunub

KOBİA BMT-nin Baş Qərargahında beynəlxalq KOB gününə həsr olunmuş tədbirdə təmsil olunub

27-06-2022
Azərbaycan İKT-nin fövqəladə hallar zamanı tətbiqinə həsr olunmuş iclasda iştirak edəcək

Azərbaycan İKT-nin fövqəladə hallar zamanı tətbiqinə həsr olunmuş iclasda iştirak edəcək

23-02-2009
İntellektual nəqliyyat texnologiyalarına dair regional seminar keçirilir

İntellektual nəqliyyat texnologiyalarına dair regional seminar keçirilir

01-10-2019
Elektron Hökumətin İnkişafı Mərkəzi Tailandda təmsil olunub

Elektron Hökumətin İnkişafı Mərkəzi Tailandda təmsil olunub

24-07-2019
İnformasiya Cəmiyyətinin İnkişafı üzrə İşçi Qrupunun iclası keçirilib

İnformasiya Cəmiyyətinin İnkişafı üzrə İşçi Qrupunun iclası keçirilib

17-04-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə