Previous Next
Bağla

Azərbaycan və ABŞ arasında yeni rəqəmsal platforma yaradılır

12-03-2026 08:15
Azərbaycan və ABŞ arasında yeni rəqəmsal platforma yaradılır

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev ABŞ-yə səfər çərçivəsində Vaşinqtonda ABŞ-Azərbaycan ticarət və biznes konfransında iştirak edib.

Xeberler.az İqtisadiyyat Nazirliyinə istinadən məlumat verir ki, ABŞ dövlət qurumlarının və şirkətlərinin nümayəndələri ilə keçirilən görüşlərdə iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, investisiya imkanları və yeni əməkdaşlıq istiqamətləri müzakirə olunub.

Vaşinqton şəhərində ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) yaranmasının 30-cu ildönümünə həsr olunan ABŞ-Azərbaycan ticarət və biznes konfransı keçirilib. Tədbirdə dövlət rəsmiləri ilə yanaşı, hər iki ölkədən enerji, maliyyə, İKT və digər sahələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak ediblər.

Tədbirin açılış mərasimində USACC-nin icraçı direktoru Natiq Baxışov, palatanın Direktorlar Şurasının sədri Reza Vəziri və Azərbaycanın ABŞ-də səfiri Xəzər İbrahim çıxış ediblər. Bildirilib ki, USACC 30 illik fəaliyyəti dövründə iki ölkənin biznes dairələri arasında etibarlı dialoqun formalaşmasında və qarşılıqlı investisiyaların təşviqində mühüm rol oynayıb. Azərbaycanla ABŞ arasında münasibətlər artıq təkcə enerji sektoru ilə məhdudlaşmır, ticarət, nəqliyyat, sənaye, innovasiya və rəqəmsal transformasiya kimi istiqamətlər üzrə də əməkdaşlıq genişlənir.

Konfransın “İkitərəfli ticarət və strateji əməkdaşlığın gücləndirilməsi” mövzusunda əsas sessiyasında çıxış edən iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev vurğulayıb ki, Azərbaycan və ABŞ arasında dialoqun institusionallaşdırılması, iqtisadi əməkdaşlıq üçün çərçivənin yaradılması və birgə investisiya modelinin formalaşdırılması tərəfdaşlığın möhkəmlənməsində önəm daşıyır. Qeyd olunub ki, ötən ilin avqustunda Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-yə səfəri çərçivəsində imzalanmış sazişlər, həmçinin ABŞ-nin Vitse-prezidenti Cey. Di. Vensin fevral ayında ölkəmizə səfəri zamanı imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası ikitərəfli münasibətlərdə yeni mərhələ açıb. ABŞ Prezidentinin iştirakı ilə Azərbaycan və Ermənistan liderlərinin imzaladığı Sülh üzrə Birgə Bəyannamə çərçivəsində nəzərdə tutulan “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” ticarət və investisiyaların genişlənməsinə töhfə verəcək.

Çıxışda Azərbaycanın əlverişli işgüzar mühiti, Qarabağ və Şərqi Zəngəzurun iqtisadi potensialı, həmçinin tranzit-logistik imkanları və əlavə dəyər yaradan fəaliyyətlərin mərkəzi kimi nəzərdə tutulan Ələt Azad İqtisadi Zonası barədə məlumat verilib.

Energetika nazirinin müavini Orxan Zeynalov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və SOCAR-ın prezidenti Rövşən Nəcəf enerji və nəqliyyat-logistika sahələrində birgə fəaliyyətin gücləndirilməsi perspektivlərindən bəhs ediblər. Qeyd edilib ki, Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi regional və qlobal enerji təhlükəsizliyinə verdiyi töhfə, eləcə də təşəbbüskarı olduğu regional nəqliyyat layihələri ikitərəfli və çoxtərəfli tərəfdaşlıq potensialını artırır.

ABŞ Ticarət Nazirliyinin sənaye və təhlükəsizlik üzrə katibinin müavini Cefri Kesler və ABŞ Dövlət Departamentinin enerji və kritik minerallar üzrə katibinin köməkçisinin müavini Reci Sinqh iki ölkə arasında işgüzar əlaqələrin genişləndirilməsinin və qarşılıqlı maraq doğuran sahələr üzrə birgə fəaliyyətin təşviqinin əhəmiyyətini vurğulayıblar.

Konfransda texnologiya və innovasiya, rəqəmsallaşma, enerji infrastrukturu, maliyyə və bankçılıq sahələrini əhatə edən panel sessiyaları keçirilib, müzakirələr aparılıb.

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev “HAIMAKER.AI Inc.” şirkətinin baş icraçı direktoru və həmtəsisçisi Su Le ilə görüşüb. Görüşdə rəqəmsal transformasiya, süni intellekt texnologiyalarının tətbiqi və innovativ rəqəmsal həllər sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin ABŞ rəsmiləri ilə keçirdiyi görüşlərdə iqtisadi əməkdaşlığın və işgüzar əlaqələrin gücləndirilməsi müzakirə olunub.

ABŞ Ticarət Nazirliyinin sənaye və təhlil üzrə köməkçi katib vəzifəsini icra edən Bill Gidera ilə görüşdə Azərbaycanla ABŞ arasında iqtisadi əməkdaşlığın inkişaf etdiyi qeyd olunub, investisiya, enerji, nəqliyyat və logistika, rəqəmsal iqtisadiyyat və süni intellekt sahələrində birgə fəaliyyət imkanları müzakirə edilib. Həmçinin regional bağlantı layihələri və “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” təşəbbüsünün yaratdığı potensial barədə fikir mübadiləsi aparılıb.

ABŞ-nin Ticarət və İnkişaf Agentliyinin (USTDA) regional direktoru Karl Kress ilə görüşdə USTDA-nın fəaliyyət istiqamətləri çərçivəsində Azərbaycanda mövcud əməkdaşlıq potensialı, xüsusilə infrastruktur, enerji, logistika və texnologiya sahələrində həyata keçirilə biləcək layihələr müzakirə olunub.

ABŞ Dövlət Departamentinin nümayəndələri – İqtisadi, Enerji və Biznes Məsələləri Bürosunun baş müavininin köməkçisi Hugo Yon və Ticarət Siyasəti və Danışıqlar Ofisinin müavinin katibi Tserinq Donqtoq ilə görüşdə ABŞ ilə iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub, ticarət, investisiya, enerji, nəqliyyat və rəqəmsal iqtisadiyyat sahələrində işbirliyinin genişləndirilməsi haqqında fikir mübadiləsi aparılıb. ABŞ şirkətlərinin ölkəmizdə fəaliyyətinin genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi perspektivləri diqqət mərkəzində olub.

ABŞ-nin Ticarət Nümayəndəliyi Ofisinin (USTR) Avropa və Yaxın Şərq üzrə müavini Ceff Gettman ilə görüşdə Azərbaycan-ABŞ iqtisadi-ticarət əməkdaşlığının mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub, qarşılıqlı ticarətin və investisiyaların artırılması imkanları barədə fikir mübadiləsi aparılıb. Həmçinin ticarət siyasəti, təchizat zəncirlərinin şaxələndirilməsi və ABŞ şirkətlərinin ölkəmizdə fəaliyyətinin genişləndirilməsi müzakirə edilib.

ABŞ İxrac–İdxal Bankının vitse-prezidenti Benjamin Todd və ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının (DFC) idarəedici direktoru Kennet Angel, VİSA şirkətinin vitse-prezidenti Kaitlin Makdonnel, “Tetra Tech” şirkətinin tərəfdaşı Endi Qrimincer ilə görüşlərdə rəqəmsal transformasiya, bulud texnologiyalarının tətbiqi, dövlət xidmətlərinin rəqəmsallaşdırılması və məlumat infrastrukturlarının inkişafı istiqamətində əməkdaşlıq imkanları müzakirə olunub. Həmçinin Azərbaycanda həyata keçirilən iqtisadi layihələrdə maliyyə alətlərinin tətbiqi, enerji, logistika, sənaye və innovasiya sahələrində potensial layihələr və investisiya əməkdaşlığının perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində İqtisadiyyat Nazirliyi ilə “HAIMAKER.AI Inc” şirkəti arasında Azərbaycanda yeni nəsil rəqəmsal platforma və ekosisteminin yaradılması üçün potensial tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

RİNN-də ABŞ nümayəndə heyəti ilə görüş keçirilib

18-04-2026

RİNN-də ABŞ nümayəndə heyəti ilə görüş keçirilib

12-01-2026

Nazir ABŞ Ticarət Departamenti katibinin müavinləri ilə görüşüb

10-12-2025

Azərbaycan ABŞ ilə süni intellekt sahəsində əməkdaşlığı müzakirə edib

10-02-2026

Azərbaycan SPECA İqtisadi Forumunda təmsil olunub

22-01-2026

Macarıstanın İT şirkəti Azərbaycana investisiya yatıra bilər

03-06-2025

Azərbaycanla Özbəkistan sənaye parkları sahəsində əməkdaşlıq edə bilər

22-08-2023

"Ağıllı şəhər", "ağıllı kənd" layihələrində Çex şirkətləri ilə əməkdaşlıq edilə bilər

12-01-2023

Azərbaycan "Microsoft"la Rəqəmsal Bacarıq Mərkəzinin yaradılmasını müzakirə edib

11-02-2026

İqtisadi Zonaların İnkişafı Agentliyi Tatarıstanın texnoparkı ilə memorandum imzalayıb

29-04-2023

Qazaxıstan–Azərbaycan Biznes Forumu keçirilib

22-10-2025

Şuşada 6-cı ECO biznes forumu keçirilib

02-07-2025

Azərbaycan və Koreya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın ikinci iclası keçirilib

07-02-2020

Nazir “Ağ Ev”in Elm və Texnologiya Siyasəti Ofisinin rəhbəri ilə görüşüb

09-12-2025

Vyanada Hökumətlərarası Komissiyanın 11-ci iclası keçirilib

12-06-2025

“Azərbaycan “yaşıl” enerji ölkəsinə çevrilməsini qarşısına hədəf qoyub”

26-05-2023

Nazir Rəşad Nəbiyev Misirin beynəlxalq əməkdaşlıq naziri ilə görüşüb

25-02-2022

Nazir ABŞ Nəqliyyat Departamenti katibinin köməkçisi ilə görüşüb

09-12-2025

Rəşad Nəbiyev “Global Infrastructure Partners”in rəhbərliyi ilə görüşüb

11-12-2025

RİNN-də “Caspian Policy Center”in nümayəndələri ilə görüş keçirilib

08-10-2025

Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb

12-12-2025

Nazirlikdə ABŞ-Azərbaycan Ticarət Palatasının həmsədrləri ilə görüş keçirilib

19-11-2015

Mikayıl Cabbarov “iSoftStone” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb

11-03-2026

EnterpriseAzerbaijan.com portalı beynəlxalq görüşdə təmsil olunub

01-07-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə