Previous Next
Bağla

Sənaye Tətbiqli İdarəetmə və Optimallaşdırma VIII beynəlxalq elmi konfransı (COIA-2022) keçirilib

31-08-2022 11:52
Sənaye Tətbiqli İdarəetmə və Optimallaşdırma VIII beynəlxalq elmi konfransı (COIA-2022) keçirilib

Bakıda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi, Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunun (ETİ) təşkilatçılığı ilə Bakı şəhərində Sənaye Tətbiqli İdarəetmə və Optimallaşdırma VIII beynəlxalq konfransı (COIA – 2022) keçirilib.

Xeberler.az bildirir ki, konfransın açılış mərasimində Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev öz siyasətində elm, təhsil, ixtisaslı kadrların hazırlığı istiqamətini mühüm hesab edir: “Bunun nəticəsidir ki, Azərbaycanda ölkənin davamlı iqtisadi-siyasi inkişafı üçün ixracyönümlü, rəqabətədavamlı, elmtutumlu məhsulların istehsalı əsas məsələlərdəndir”.

Nazir müavini əlavə edib ki, “Sənaye Tətbiqli İdarəetmə və Optimallaşdırma” beynəlxalq konfransı uzun illərdir uğurla təşkil olunur. Böyük nüfuz qazanmış tədbir elmi-texniki kadrların hazırlanması və səviyyəsinin yüksəldilməsi, beynəlxalq əlaqələrin və əməkdaşlığın yaradılması, birgə elmi tədqiqatların həyata keçirilməsi, təcrübə mübadiləsi kimi məqsədlərə xidmət edir.

R.Rüstəmov əlavə edib ki, ənənəvi olaraq təşkil olunan tədbir idarəetmə və optimallaşdırma sahəsində dünyanın müxtəlif ölkələrindən olan tədqiqatçı və praktikantlar üçün elmi nəticələri müzakirə etmək, fikir mübadiləsi aparmaq üçün faydalı platforma rolunu oynayır.

Nazir müavini beynəlxalq tədbirdə aparılacaq müzakirələrin ölkəmizdə rəqəmsal transformasiyanın həyata keçirilməsi işinə töhfə verəcəyinə, alimlərimizin konfransda dinləniləcək məruzələrdən istifadə edərək Azərbaycanda elmtutumlu tətbiqi işlər aparacağına, sənaye və iqtisadiyyatımızın inkişafına dəstək göstərəcəklərinə inandığını bildirib.

Daha sonra  BDU-nun rektoru Elçin Babayev çıxış edərək konfransın işinə uğurlar arzulayıb. Rektor Azərbaycanda dünya elminin tələblərinə cavab verən tədqiqatların aparılması, elmi-texniki potensialın inkişafı, eləcə də yüksəkixtisaslı kadrların hazırlanmasının dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, ölkəmizin davamlı inkişafı, iqtisadi, siyasi və hərbi qüdrəti təhsilin keyfiyyəti və səviyyəsi, həmçinin ölkənin elmi potensialı və bu sahələrdəki uğurları ilə bilavasitə bağlıdır.

Açılışda Rusiya Elmlər Akademiyasının akademiki, P.P.Şirşov adına Okeanologiya İnstitutunun elmi rəhbəri Robert Niqmatulin, İdarəetmə Sistemləri İnstitutunun baş direktoru, akademik Əli Abbasov çıxış ediblər. Çıxışlarda elmi nəticələrin sənaye və iqtisadiyyatda tətbiqi, optimallaşdırma və idarəetmənin aspektlərindən bəhs edilib, beynəlxalq konfransın əhəmiyyəti vurğulanıb.

Açılş mərasimindən sonra Tətbiqi-Riyaziyyat ETİ-nin direktoru, akademik Fikrət Əliyev sözü plenar  məruzə üçün Rusiya Elmlər Akademiyasının akademiki, P.P.Şirşov adına Okeanologiya İnstitutunun elmi rəhbəri Robert Niqmatulinə verib.

Plenar məruzədən sonra  beynəlxalq elmi konfransın bölmə iclasları BDU-da davam etdirilib. Konfrans üç gün davam edib.

Qeyd edək ki, COIA konfranslar silsiləsi 2005-ci ildə Azərbaycanda start götürüb, 2005, 2008, 2015, 2018 və 2020-ci illərdə Bakıda keçirilib. 2011-ci ildə Türkiyədə – Bilkənt Universitetində, 2013-cü ildə isə Bolqarıstanda – Sofiya Texniki Universitetində keçirilib. Beynəlxalq tədbir Bakıda 6-cı dəfədir təşkil olunur. “COVID-19” pandemiyası ilə əlaqədar olaraq builki konfrans hibrid formatda – onlayn və əyani şəkildə keçirilir. Tədbirdə 30-dək ölkənin tanınmış alimləri iştirak edirlər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Bakıda Sənaye Tətbiqli İdarəetmə və Optimallaşdırma VIII beynəlxalq konfransı keçirilir

Bakıda Sənaye Tətbiqli İdarəetmə və Optimallaşdırma VIII beynəlxalq konfransı keçirilir

24-08-2022
Bakıda sənaye həlləri mövzusunda beynəlxalq konfrans keçirilir

Bakıda sənaye həlləri mövzusunda beynəlxalq konfrans keçirilir

27-08-2015
NRYTN-in dəstəyi ilə “COIA-2020” beynəlxalq konfransı keçirilir

NRYTN-in dəstəyi ilə “COIA-2020” beynəlxalq konfransı keçirilir

26-08-2020
Bakıda “COIA-2015” beynəlxalq konfransı keçiriləcək

Bakıda “COIA-2015” beynəlxalq konfransı keçiriləcək

22-07-2015
Dünya alimləri Bakıya toplaşıb

Dünya alimləri Bakıya toplaşıb

11-07-2018
NRYTN Lütfi Zadənin 100 illiyinə həsr olunmuş konfrans keçirib

NRYTN Lütfi Zadənin 100 illiyinə həsr olunmuş konfrans keçirib

25-06-2021
Bakıda “İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqi” adlı beynəlxalq konfrans keçirilir

Bakıda “İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqi” adlı beynəlxalq konfrans keçirilir

12-10-2011
“Kibernetika və informatikanın problemləri” adlı konfrans keçirilir

“Kibernetika və informatikanın problemləri” adlı konfrans keçirilir

26-08-2025
BDU-da “Elsevier”in nümayəndəsi ilə görüş keçirilib

BDU-da “Elsevier”in nümayəndəsi ilə görüş keçirilib

21-08-2025
“İnfokommunikasiya sistemləri və süni intellekt texnologiyaları” mövzusunda beynəlxalq konfrans keçiriləcək

“İnfokommunikasiya sistemləri və süni intellekt texnologiyaları” mövzusunda beynəlxalq konfrans keçiriləcək

18-10-2024
ETİ-nin Təbiət və dəqiq elmlər şöbəsinin əməkdaşları beynəlxalq  konfransda iştirak ediblər

ETİ-nin Təbiət və dəqiq elmlər şöbəsinin əməkdaşları beynəlxalq konfransda iştirak ediblər

22-06-2022
Elm və təhsilin inteqrasiyasına dair Memorandum imzalanıb

Elm və təhsilin inteqrasiyasına dair Memorandum imzalanıb

25-01-2024
Bakıda “5-ci Şərq Tərəfdaşlığı E-infrastrukturlar Konfransı”nın açılış mərasimi keçirildi

Bakıda “5-ci Şərq Tərəfdaşlığı E-infrastrukturlar Konfransı”nın açılış mərasimi keçirildi

28-09-2022
AzMİU-da beynəlxalq konfrans keçirilib

AzMİU-da beynəlxalq konfrans keçirilib

23-04-2024
Nar AICT-2016  konfransına dəstək verib

Nar AICT-2016 konfransına dəstək verib

12-10-2016
“Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri” konfransı başa çatıb

“Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri” konfransı başa çatıb

10-06-2026
Əli Abbasov  beynəlxalq elmi jurnalın redaksiya heyətinin üzvü seçilib

Əli Abbasov beynəlxalq elmi jurnalın redaksiya heyətinin üzvü seçilib

04-11-2015
Növbəti beynəlxalq konfrans 38 ildən sonra yenidən Bakıda keçirilir

Növbəti beynəlxalq konfrans 38 ildən sonra yenidən Bakıda keçirilir

14-09-2018
"Süni intellekt və humanitar elmlər" mövzusunda elmi konfans keçirilib

"Süni intellekt və humanitar elmlər" mövzusunda elmi konfans keçirilib

21-11-2025
 Bakıda kosmos üzrə beynəlxalq məktəb işinə başlayıb

Bakıda kosmos üzrə beynəlxalq məktəb işinə başlayıb

08-10-2018
Elmi innovasiyalar üzrə konfrans keçirilib

Elmi innovasiyalar üzrə konfrans keçirilib

07-05-2018
Süni intellekt etikası üzrə beynəlxalq tədbir keçiriləcək

Süni intellekt etikası üzrə beynəlxalq tədbir keçiriləcək

13-08-2025
BDU-da “Elsevier” ilə əməkdaşlıq imkanları müzakirə olunub

BDU-da “Elsevier” ilə əməkdaşlıq imkanları müzakirə olunub

13-08-2025
“I Beynəlxalq Avrasiya Elmi Araşdırmalar və İnnovasiyalar" konfransı keçirilib

“I Beynəlxalq Avrasiya Elmi Araşdırmalar və İnnovasiyalar" konfransı keçirilib

23-11-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə