Previous Next
Bağla

“digital.login”də şəxsiyyətini “SİMA KYC” ilə təsdiqlə

13-06-2025 10:48
“digital.login”də şəxsiyyətini “SİMA KYC” ilə təsdiqlə

AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC tərəfindən yaradılmış “SİMA KYC” rəqəmsal həlli İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin rəqəmsal məhsulu olan “digital.login” vahid giriş sisteminə inteqrasiya edilib.

Xeberler.az bildirir ki, artıq digital.login-də qeydiyyatdan keçən yeni istifadəçilərin müraciətləri SİMA KYC tərəfindən anında təsdiqlənəcək. Belə ki, digital.login.gov.az saytında identifikasiya nömrəsi ilə qeydiyyat zamanı vətəndaş ilkin olaraq şəxsiyyət vəsiqəsinin FİN kod və seriya nömrəsini daxil edir, ardınca vətəndaşın üzünün video qeydiyyatı aparılır, daha sonra şəxsiyyət vəsiqəsinin şəkli yüklənilir. Bundan sonra müraciət “SİMA KYC” rəqəmsal həlli ilə verifikasiya (üztanıma testi) aparılır.

Bununla da “digital.login”də videoqeydiyyat prosesində “SİMA KYC”nin süni intellekt texnologiyası tətbiq olunmaqla, vətəndaş müraciətlərinin anında cavablandırılması təmin edilir.

Qeyd edək ki, inteqrasiyanın məqsədi “digital.login” sistemində vətəndaşların şəxsi kabinetlərinin təhlükəsizliyinin artırılması, eləcə də vətəndaş məmnuniyyətinin təmin edilməsidir.

“SİMA KYC” qurumlar və istifadəçilər arasında rəqəmsal körpü rolunu oynamaqla şəxsin identifikasiyasını real vaxt rejimində əldə etmək imkanı yaradır. Bu həll vətəndaşın şəxsiyyətini təsdiqləmək üçün lazım olan bütün proseslərdə tətbiq oluna bilər. “SİMA KYC” ilə bağlı daha ətraflı məlumatı sima.az saytından və “157” Zəng mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.

Xatırladaq ki, əlavə olaraq “digital.login” vahid giriş sisteminə SİMA yeni nəsil rəqəmsal imza ilə də daxil olmaq mümkündür. Bunun üçün “SİMA İmza” tətbiqini smartfona yükləmək və qeydiyyatdan keçmək kifayətdir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Push30” hesabları SİMA KYC ilə daha etibarlı!

04-10-2024

Sertifikatlaşdırma imtahanlarında müəllimlərin şəxsiyyəti SİMA ilə təsdiq edilib

09-07-2025

SİMA və “Yelo Bank”dan yeni rəqəmsal imkanlar

15-08-2025

Daha 4 şirkət xidmətlərini SİMA vasitəsilə rəqəmsallaşdırıb

06-12-2024

“SİMA KYC Videoyazı” həlli istifadəyə verilib

21-04-2025

“SİMA KYC” “Leobank”da

21-08-2025

“AzInTelecom” “Fintex Summit 2025”də iştirak edib

26-06-2025

Daha 3 maliyyə qurumu SİMA ilə tərəfdaş olub

28-01-2025

SİMA ilə “Bakcell”in müştəri xidmətləri rəqəmsallaşdırıldı

02-03-2026

“SİMA İmza” ilə elektron səhiyyə xidmətləri daha əlçatan oldu

21-06-2025

“SİMA KYC” ilə hüquqi şəxs hesabını banka getmədən aç!

27-01-2026

“SİMA İmza” ilə “digital.login”ə girişlərin həcmi 118 dəfə artıb

29-04-2025

“SİMA İmza”da FİN kod və seriya nömrəsi ilə qeydiyyat mümkün oldu

14-02-2024

“SİMA İmza” tətbiqinin yüklənmə sayı 3 milyonu ötüb

22-01-2025

“Rəqəmsal məktəb” platformasına “SİMA İmza” ilə giriş təmin edilib

07-04-2025

“digital.login” yeni inteqrasiya sayəsində daha da təkmilləşdirilib

24-06-2025

“mygov”da bütün sənədləri “SİMA İmza” ilə əldə etmək mümkündür!

23-09-2024

“SİMA İmza” herrac.gov.az portalına inteqrasiya edilib

04-02-2025

“AccessBank” “SİMA İmza” ilə öz xidmətlərini rəqəmsallaşdırıb

20-12-2024

Məsafədən bank əməliyyatlarında yeni era: SİMA vahid rəqəmsal həll kimi

17-03-2026

“digital.login” iki faktorlu autentifikasiya ilə gücləndirilib

08-05-2025

Vahid vergi bəyannaməsinin “SİMA İmza” ilə verilməsi mümkün oldu

08-10-2025

SİMA ilə taksi səfərləri daha etibarlı!

14-07-2025

ABB biznes proseslərində “SİMA İmza”nın geniş tətbiqinə başlayıb

09-01-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə