Previous Next
Bağla

SİMA ilə taksi səfərləri daha etibarlı!

14-07-2025 10:00
SİMA ilə taksi səfərləri daha etibarlı!

SİMA-nın üztanıma texnologiyasının qeyri-qanuni taksi fəaliyyətinin qarşısının alınması məqsədilə “Bolt”, “Uber” və “Yango” mobil tətbiqlərində istifadəsinə başlanılıb.

Artıq qeyd edilən taksi operatorlarının sürücüləri şəxsiyyətlərini SİMA-nın KYC (Müştərini tanı) rəqəmsal həlli vasitəsilə təsdiq edərək fəaliyyət göstərəcəklər.

Rəqəmsal identifikasiya – üztanıma yoxlamasını uğurla keçən sürücülərin taksi fəaliyyəti ilə məşğul olmasına icazə veriləcək. Profil sahibinin fotosu ilə sürücünün siması eyniləşmədiyi təqdirdə həmin profil bloklanacaq. Bununla da uyğun olmayan şəxslərin sürücü kimi işləməsinin və qeyri-qanuni profil istifadəsinin qarşısı alınacaq.

Yeniliyin əsas məqsədləri:

- Üztanıma texnologiyası ilə nəzarət mexanizmini gücləndirmək;
- Uyğunluğu təsdiqlənmiş sürücülərin taksi fəaliyyətinə şərait yaratmaq;
- Sürücü profilinin digər şəxslərə ötürülməsinin qarşısını almaq;
- Sərnişinlərin təhlükəsizliyini təmin etmək və ictimai etimadı artırmaq.

İnteqrasiya nəticəsində “Bolt”, “Uber” və “Yango” sürücülərindən bir neçə mərhələdə və müxtəlif zaman aralığında üztanıma testindən keçməsi tələb oluna bilər. Həmin mərhələlər aşağıdakı kimidir:

- Tətbiqə ilkin qeydiyyat zamanı;
- Sistemə yenidən daxil olduqda;
- Sifariş tələbi gələn zaman (alqoritm əsasında).

Qeyd edək ki, taksi fəaliyyəti ilə bağlı bu yenilik “AzInTelecom” MMC və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin birgə əməkdaşlığı çərçivəsində tətbiq edilib.

“SİMA KYC” haqqında

“SİMA KYC” (Know Your Customer – Müştərini Tanı) rəqəmsal həlli AZCON Holding
şirkətlərindən olan “AzInTelecom” tərəfindən 2023-cü ildə yaradılıb. Bu həll üz cizgiləri əsasında biometrik identifikasiya apararaq istifadəçinin kimliyini müəyyən edir. “SİMA KYC” şəxsiyyətin təsdiqlənməsi üçün lazım olan bütün proseslərdə istifadə oluna bilər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“SİMA KYC” “Leobank”da

21-08-2025

Taksi sürücülərinin identifikasiyası üçün "SİMA"nın tətbiqinə başlanılıb

10-07-2025

SİMA ilə “Bakcell”in müştəri xidmətləri rəqəmsallaşdırıldı

02-03-2026

Sertifikatlaşdırma imtahanlarında müəllimlərin şəxsiyyəti SİMA ilə təsdiq edilib

09-07-2025

“Push30” hesabları SİMA KYC ilə daha etibarlı!

04-10-2024

“digital.login”də şəxsiyyətini “SİMA KYC” ilə təsdiqlə

13-06-2025

SİMA və “Yelo Bank”dan yeni rəqəmsal imkanlar

15-08-2025

“SİMA KYC” ilə hüquqi şəxs hesabını banka getmədən aç!

27-01-2026

“SİMA KYC Videoyazı” həlli istifadəyə verilib

21-04-2025

SİMA rəqəmsal imza Birbank-da!

26-05-2026

Daha 4 şirkət xidmətlərini SİMA vasitəsilə rəqəmsallaşdırıb

06-12-2024

Daha 3 maliyyə qurumu SİMA ilə tərəfdaş olub

28-01-2025

Məsafədən bank əməliyyatlarında yeni era: SİMA vahid rəqəmsal həll kimi

17-03-2026

SİMA ilə məsafədən bank hesabı açmaq mümkündür

24-06-2025

“AzInTelecom” “Fintex Summit 2025”də iştirak edib

26-06-2025

SİMA-nın yeni Videozəng həlli istifadəyə verildi

26-07-2024

“SİMA İmza”da FİN kod və seriya nömrəsi ilə qeydiyyat mümkün oldu

14-02-2024

“AccessBank” “SİMA İmza” ilə öz xidmətlərini rəqəmsallaşdırıb

20-12-2024

“SİMA İmza” və “Yelo Bank”dan yenilik

25-04-2025

“SİMA İmza” İnternet Vergi İdarəsi portalına inteqrasiya olunub

15-03-2024

Ipoteka krediti və kirayə mənzilləri “SİMA İmza” ilə də əldə etmək olacaq

05-02-2026

Taksi sifarişi operatoru fəaliyyətinə icazələrin verilməsinə başlanılıb

16-10-2023

“SİMA İmza”nı yükləyənlərin sayı 2 milyonu ötdü

13-09-2024

COP29 iştirakçıları üçün taksi xidməti tətbiqlərində yeni menyu yaradılıb

06-11-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə