Previous Next
Bağla

“Elektron hökumət” analitik məqalə müsabiqəsi ilə bağlı tədbir keçirilib

05-09-2013 09:56
“Elektron hökumət” analitik məqalə müsabiqəsi ilə bağlı tədbir keçirilib
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Məlumat Hesablama Mərkəzində (MHM) "İKT ili" çərçivəsində "Respublikada "Elektron hökumət":  mövcud vəziyyət, problemlər, perspektiv və gözləntilər" mövzusunda elan edilən analitik məqalə müsabiqəsi ilə bağlı tədbir keçirilib.
 
Müsabiqənin 1-ci mərhələsinin qalibləri üçün təlim xarakterli təşkil olunan tədbirdə MHM-in direktoru Nail Mərdanov qarşıdakı mərhələnin şərtləri, təqdim ediləcək məqalələrə qarşı tələblər, yazıları qiymətləndirmə meyarlarına aydınlıq gətirib. Müsabiqə iştirakçılarının çoxsaylı suallarını  cavablandıran MHM direktoru növbəti mərhələnin də obyektiv dəyərləndiriləcəyini vurğulayaraq, iştirakçılara uğurlar arzulayıb.
 
Müsabiqənin əsas ekspertlərindən biri - "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz də "Elektron hökumət" portalının fəaliyyətində irəliləyişlərin olduğunu qeyd edərək, bildirib ki, dövlət qurumlarının portala təqdim etdikləri elektron xidmətlərin yaradılmasına sərf edilən vəsaitlərin nə dərəcədə effektiv xərclənməsi, "www.e-gov.az" üzərindən edilən müraciətlərin qəbulu və cavablandırılma müddəti, xidmətlərin keyfiyyəti və s. kimi mövzular növbəti mərhələnin əsas araşdırma obyekti ola bilər.
 
Digər ekspert Cahid İsmayıloğlu da müsabiqənin növbəti mərhələsi ilə bağlı tövsiyələrini səsləndirərək, "Vətəndaş "Elektron hökumət"dən nə gözləyir?" probleminin araşdırılmasını təklif edib.
 
Qeyd edək ki, ikinci mərhələyə təqdim ediləcək məqalələr qeyd olunan məsələlərin hər birini -  "Sahə üzrə qanunvericiliyin analizi və təkliflər", "Dövlət informasiya ehtiyatları və fərdi məlumatlar informasiya sistemləri ilə tanışlıq, təhlil və təkliflər. Hansı informasiya sistemlərini görmək istərdilər?", "Portal üzərindən xidmət göstərməyən qurumlar: səbəblərin araşdırılması", "Beynəlxalq təcrübə və müqayisə", "2013- 2015-ci illərdə dövlət orqanlarında elektron xidmətlərin genişləndirilməsi və "Elektron hökumət"in inkişafına dair Dövlət Proqramı"nın layihəsinə təkliflər", "Sosial tələblərdən irəli gələrək yeni elektron xidmətlərin yaradılması", "Portalın yeni funksionallıqları", "Elektron xidmətlərin təbliği, təşviqi, tədrisi və miqyaslanması", "Kadr hazırlığı"nı əhatə etməlidir. Məqalələr 16 sentyabra qədər elektron imza ilə təsdiq olunmuş formada Təşkilat Komitəsinə göndərilməli, təqdim olunduqdan sonra 10 gün ərzində KİV-də dərc olunmalıdır. KİV-də dərc olunmayan məqalələr müsabiqədə iştirak etməyəcək.(ictnews.az)
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Yeməkləriniz USB ilə isti qalsın!!!

06-12-2008

“Ağıllı” telefon sahibləri “Photoshop”dan istifadə edə biləcəklər

28-02-2013

“Google” ABŞ-da mağazalar şəbəkəsi açır

19-11-2013

“Elektron hökumət”: mövcud vəziyyət, problemlər, perspektiv və gözləntilər” analitik məqalə müsabiqəsinin 1-ci mərhələsinin qalibləri elan edilib

03-09-2013

İnternetdə ən populyar Azərbaycan sözünü tapan YUMROO istifadəçisi bəlli oldu!!!

02-03-2009

“E-qəbul sistemləri və digər e-hökumət alətləri” mövzusunda seminar təşkil ediləcək

27-02-2013

Nintendoda Disney Land

12-11-2008

Samsung şirkəti məhsul istehsalında daha keyfiyyətli və cızılmayan şüşələrdən istifadə edəcək

26-10-2013

Smartfonların hansı qüsurları var?

05-04-2012

Saytların sayı 650 milyona çatıb

03-04-2013

Ən təhlükəsiz brauzerlər məlum olub

16-03-2013

Azərbaycanda ilk dəfə sığorta polislərinin online satışı həyata keçirilir

01-05-2009

Ən çox istifadә olunan elektron xidmәtlәr hansılardır?

09-04-2013

Azərbaycan Prezidentinin rəsmi saytının “Android” əməliyyat sistemi üçün mobil əlavəsi istifadəyə verilib

23-04-2013

Ölkənin internet xidmətləri bazarında hansı provayder liderdir?

04-11-2013

Ən keyfiyyətli internet Yaponiyadadır

18-09-2008

Nəqliyyat Nazirliyinin ilk elektron xidmətləri istifadəyə verildi

27-03-2013

“GoldenPay” yaxın zamanda “Azərsu”nun smart-kartları üzrə ödənişlərin qəbuluna başlayacaq

12-04-2013

Yeni internet Forum!

10-12-2008

“Elektron hökumət” portalında iki yeni elektron xidmət yerləşdirilib

04-11-2013

"Elektron imza"nı artıq poçt şöbələrindən almaq mümkündür

29-03-2013

“Asan imza” “Elektron hökumət” portalına inteqrasiya ediləcək

19-06-2013

Gənclər yeni ideyalarını “Onlayn fikir bankı”nda yerləşdirə biləcəklər

27-11-2013

Opera Mobile 9.7 istifadəyə verildi

11-06-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə