Previous Next
Bağla

“İnformasiya Cəmiyyətinin Jurnalisti” Layihəsinin yekunlarına həsr olunan Təqdimat mərasimi keçirilib.

28-05-2010 07:30
“İnformasiya Cəmiyyətinin Jurnalisti” Layihəsinin yekunlarına həsr olunan Təqdimat mərasimi keçirilib.

Bu gün (27 May) Multimedia Mərkəzinin gerçəkləşdirdiyi “İnformasiya cəmiyyətinin jurnalisti” layihəsinin yekunlarına həsr olunan mərasim keçirilib.

 

Tədbiri giriş sözüylə açan Azərbaycan İnternet Forumun (AİF) prezidenti Osman Gündüz təlimlərin  ölkənin İKT və media sahəsində ən tanınmış mütəxəssislər tərəfindən keçirildiyini qeyd edib.  Ölkədə informasiya  cəmiyyəti quruculuğu sahəsində layihənin  rolu haqqında danışıb. Ardınca Azercell  şirkətinin PR meneceri Ülviyyə Həsənzadə və  HP  şirkətinin nümayəndəsi Səbinə Pərvizi çıxış edərək  bu tip layihələrin ölkədə İnformasiya cəmiyyəti quruculuşuna təkan  verəcəyini bildiriblər.

 

Treninqləri uğurla başa vuran 19 nəfərə sertifikatlar təqdim olunub.

 

Ardınca isə “İnformasiya cəmiyyətinin ən yaxşı  jurnalisti” nominasiyası üzrə  qaliblər  elan edilib.

 

İnformasiya Cəmiyyətinin Jurnalisti ” nominasiyası üzrə 1-ci yeri  Fərəh Sabirqızı (Express qəzetində dərc olunan “Tələbələrimizin kompüter qayğıları” yazısı) qazanıb.

2-ci yeri iki jurnalist tutub : Vüqar Haqverdiyev ( Azərbaycan qəzetində dərc olunan “İnformasiya və inkişaf” yazısı)    Ülviyyə Şamilqızı ( Xalq Cəbhəsi qəzetində dərc olunan “İnternet Medianın problemləri”  yazısı) qazanıblar.

3-cü yeri 3 nəfər tutub: İsmayıl İsmayılov ( Mediaforum saytında  dərc olunan “İnternet media” yazısı),  Fuad Hüseynzadə  ( Paritet qəzetində dərc olunan “Azərbaycanda mobil texnologiyanın yeni mərhələsi” yazısı) və Cəvahir Səlimqızı ( Mərkəz qəzetində dərc olunan “Virtual aləmin real faciəsi” yazısı).

 

Qaliblərə və fərqlənənlərə  Diplomlar və Azercell , HP və ULTRA şirkətlərinin qiymətli hədiyyələri

( Netbook, çoxfunksiyalı printerlər, mobil telefon, rəqəmli fotoaparat, rəqəmli diktofon və s) təqdim olunub

 

Tədbirdə Mətbuat Şurasının sədri Əflatun Amaşov,  İTV Yayım Şurasının sədri, Münsiflər heyətinin üzvü  Cahangir Məmmədli, ekspert və münsif Azər Həsrət və digərləri çıxış edərək özəl sektor    ictimai qurum tərəfindən dəstəklənən bu tip

Layihələrin mühüm əhəmiyyət  kəsb etdiyini və İnformasiya Cəmiyyəti quruculuğuna  ciddi təkan verəcəyini, bu sahədə görülən işlərin davamlı olmasının zəruriliyini qeyd ediblər.

 

Layihə  Azercell,  HP və ULTRA şirkətləri tərəfindən dəstəklənib.

 

 

 

 

 

 

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“İnformasiya Cəmiyyətinin Jurnalisti” Layihəsinin yekunlarına həsr olunan Təqdimat mərasimi keçirilib.

29-02-2012

“İnformasiya Cəmiyyətinin Jurnalisti” Layihəsinin yekunlarına həsr olunan Təqdimat mərasimi keçirilib

19-02-2009

“İnformasiya cəmiyyətinin jurnalisti” layihəsinin yekunlarına həsr olunan mərasim keçiriləcək

27-05-2010

‎Elektron hökumət və media Layihəsinin yekunlarına həsr olunan Təqdimat mərasimi keçirilib.

06-03-2013

“İnformasiya Cəmiyyətinin ən yaxşı jurnalisti” müsabiqəsinin Qaliblərinin təqdimat mərasimi keçiriləcək

27-02-2012

“İnformasiya cəmiyyətinin Jurnalisti” layihəsinin yekunlarına həsr olunacaq tədbirin vaxtı bəlli oldu

12-02-2009

“İnformasiya Cəmiyyətinin Jurnalisti” Layihəsi çərçivəsində növbəti treninq keçirilib

04-11-2008

“İnformasiya cəmiyyətinin jurnalisti” layihəsi yekunlaşmaq üzrədir

11-02-2009

“İnformasiya Cəmiyyətinin Jurnalisti” 2011 Layihəsi çərçivəsində Jurnalistlər üçün keçirilən Treninqlər başa çatıb

29-12-2011

“Onlayn media 2014” müsabiqəsi başlayır

16-09-2014

“İnformasiya Cəmiyyətinin Jurnalisti” Layihəsi çərçivəsində növbəti treninq

01-12-2008

“İnformasiya Cəmiyyətinin Jurnalisti” Layihəsi çərçivəsində Treninqlər başa çatıb.

22-12-2008

“Jurnalistlerin İKT bacarıqlarına dəstək ” Layihəsinin yekunlarına həsr olunan Tədbir keçirildi

28-01-2009

“Onlayn Medianın inkişafına dəstək” Layihəsi fəaliyyətə başlayır

10-09-2013

Treninqlər davam edir

23-11-2008

“Jurnalistlərin İKT bacarıqlarının artırılmasına dəstək” Layihəsinin yekunlarına həsr olunan Təqdimat mərasimi keçiriləcək- Yenilənib

27-01-2009

“İnformasiya Cəmiyyətinin Jurnalisti” Layihəsi çərçivəsində növbəti Treninq keçirilib

27-10-2008

Treninqlər davam edir

09-12-2008

“İnformasiya Cəmiyyətinin Jurnalisti” Layihəsinin yekunlarına həsr olunan Təqdimat mərasimi keçiriləcək

16-02-2009

Növbəti treninq

15-12-2008

Növbəti treninq keçirilib

16-11-2008

“Onlayn Media” Müsabiqəsinin təqdimat mərasimi keçirilib

11-12-2013

Jurnalistlərin professional hazırlığına kömək məqsədilə Treninqlər başlayıb

20-10-2008

Onlayn Media Müsabiqəsinə yazıların təqdim olunmasına başlandı

16-09-2013





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə