Previous Next
Bağla

“INNOLAND” rezidentləri Beynəlxalq İnvestisiya Forumunda təmsil olunub

24-09-2025 14:15
“INNOLAND” rezidentləri  Beynəlxalq İnvestisiya Forumunda təmsil olunub
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin rezidentləri 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “ASAN xidmət” stendində iştirak ediblər.
 
Xeberler.az bildirir ki, "Gələcək üçün bacarıqlar” layihəsi müddətində universitetlərlə əməkdaşlıq çərçivəsində formalaşmış "Convitsa", "Dovotes" və Mərkəzin rezidenti olan "Enverson" startapları yerli və xarici ziyarətçilərə innovativ həlləri və layihələri barədə məlumat veriblər.
 
Yüksək səviyyəli qonaqlar və rəsmilər startapların təqdim etdiyi texnoloji yeniliklərlə yaxından tanış olub, onların beynəlxalq bazara çıxış imkanlarını yüksək qiymətləndiriblər. Həmçinin qonaqlar “ASAN xidmət”in fəaliyyəti, vətəndaşlara təqdim olunan innovativ xidmətlər, rəqəmsal həllər sahəsində əldə olunan nailiyyətlər və beynəlxalq əməkdaşlıq imkanları barədə məlumatlandırılıblar.
 
Qeyd edək ki, Azərbaycan Beynəlxalq İnvestisiya Forumu Şərq və Qərbin strateji qovşağında yerləşən ölkələrin iqtisadi və texnoloji potensialını nümayiş etdirmək, yeni qlobal rəqabətlilik paradiqmalarına dair bilik və təcrübə mübadiləsi aparmaq üçün mühüm platforma rolunu oynayır. Tədbirdə iştirak edən şirkətlər və startaplar üçün bu forum yüksək səviyyəli əlaqələr qurmaq, strateji sazişlər imzalamaq və yeni tərəfdaşlıqlar formalaşdırmaq baxımından unikal imkanlar yaradıb.
 
 
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“INNOLAND”ın rezidentləri “Web Summit 2025”də iştirak ediblər

17-11-2025

Bakıda 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilir

22-09-2025

“Alibaba Qrup”un nümayəndə heyəti “ASAN xidmət”də

28-02-2024

INNOLAND-in rezidentləri beynəlxalq proqrama qəbul edilib

03-10-2019

INNOLAND-in 5 startapı ITU Magnet Akselerasiya proqramından məzun olub

07-11-2019

Sudanlı nazir müavini “ASAN xidmət”də olub

13-01-2026

"ASAN xidmət" “Take Off İstanbul 2025” startap sammitində iştirak edib

15-12-2025

Vyetnam nümayəndə heyəti “ASAN xidmət”də olub

29-07-2025

Cibuti nümayəndə heyəti “ASAN xidmət”də olublar

09-09-2025

INNOLAND-in nümayəndə heyəti Tech Summit-də iştirak edib

08-11-2019

“Amazon”un sabiq vitse-prezidenti “ASAN xidmət”də

04-12-2023

ASAN AI Hub üzrə beynəlxalq tərəfdaşlıq genişlənir

03-12-2025

ASAN Viza-ya Radiant Launch mükafatı təqdim olunub

22-02-2019

“INNOLAND”də oyun tərtibatçıları üçün “Demo day” keçirilib

11-04-2022

“INNOLAND”in rezidentləri 600,000 manat yatırım cəlb ediblər

04-07-2019

WUF13-ün iştirakçıları “ASAN xidmət”də olublar

18-05-2026

“ASAN xidmət” təcrübəsi Qazaxıstanla paylaşılır

26-02-2025

Qlobal Cənub QHT Platformasının nümayəndə heyəti "ASAN xidmət”də

18-05-2026

Seneqallı nazir “ASAN xidmət”də olub

28-11-2025

DMZ-in nümayəndə heyəti INNOLAND-də olublar

05-09-2019

WUF13-ün suriyalı və ruandalı iştirakçıları “ASAN xidmət”də olublar

18-05-2026

Tacikistan səfiri "ASAN xidmət"də olub

23-01-2026

Xarici miqrasiya qurumlarının rəhbərləri “ASAN xidmət”də olublar

23-05-2025

Nepalın baş prokuroru “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub

01-10-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə