Previous Next
Bağla

“Meta” şirkəti Trampa təzminat ödəməyə razı olub

30-01-2025 16:36
“Meta” şirkəti Trampa təzminat ödəməyə razı olub

“Meta” şirkəti 6 yanvar 2021-ci ildə Kapitoliyə hücumdan sonra hesablarını dayandırdığı Prezident Donald Trampın şirkətə qarşı açdığı məhkəmə iddiasını həll etmək üçün 25 milyon dollar təzminat ödəməyə razı olub. Bu barədə məsələ ilə yaxından tanış olan üç mənbə məlumat verib.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, bu, böyük korporasiyanın Prezidentlə hüquqi mübahisəni həll etməsi ilə bağlı ən son hadisədir, habelə “Meta” və onun baş direktoru Mark Zukerberqin ABŞ-ın yeni administrasiyasından dəstək almağa çalışan digər böyük texnologiya şirkətlərinə qoşulduğu bir vaxta təsadüf edir.

Müqavilənin şərtlərinə Trampın gələcək prezidentlik kitabxanası kimi xidmət edəcək qeyri-kommersiya təşkilatına veriləcək 22 milyon dollar daxildir. Qalan məbləğ hüquqi xidmətlərin ödənilməsinə və digər məhkəmə proseslərinə yönəldiləcək”, -deyə məlumatda bildirilir.

Keçən ay “ABC News” telekanalı 15 milyon dollar ödəməyə və Donald Trampın aparıcı Corc Stefanopulosa qarşı açdığı böhtan iddiasını həll etmək üçün ictimaiyyətdən üzr istəməyə razılaşıb.

Trampın “CBS News” telekanalına qarşı iddiası hələ də davam edir. Siyasətçi bu prosesdə Kamala Harrisin “60 Dəqiqə” verilişinə müsahibəsinin redaktəsi ilə bağlı seçkiyə müdaxilə iddiası ilə əlaqədar 10 milyard dollar tələb edir.

Mark Zukerberqin vəkili “tərəflər iddiaçıların fərdi iddialarını həll etmək və bu məsələnin nizamlanmasına nail olmaq üçün razılığa gəliblər” desə də, razılaşmanın təfərrüatlarını açıqlamayıb. 2021-ci ilin iyulunda Donald Tramp “Meta” (o vaxtlar “Facebook” kimi tanınırdı), “Twitter” (indiki “X” sosial şəbəkəsi) və “Google”a qarşı məhkəmə iddiası qaldırdı, çünki bu internet nəhəngləri onun platformalarında hesablarına girişi dayandırmışdı. Tramp bu cür hərəkətlərin Konstitusiyaya zidd olduğunu və Birinci Düzəliş hüquqlarını pozduğunu iddia etmişdi. Bu kontekstdə Birinci Düzəliş hökumətin söz azadlığına məhdudiyyətlərinin qarşısını alır və özəl biznesə şamil edilmir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Meta” Trampa 25 milyon dollar təzminat ödəyəcək

30-01-2025

“YouTube” Trampın hesabını bloklaladğına görə kompensasiya ödəyəcək

30-09-2025

Donald Tramp Mark Zukerberq ilə görüşüb

28-11-2024

Mark Zukerberqin sərvəti bu il 44 milyard dollar artıb

22-05-2023

“Meta” süni intellekt sahəsinə 60-65 milyard dollar sərmayə qoyacaq

25-01-2025

Apple şirkəti 533 dollar ödəməyə məhkum oldu

26-02-2015

Tramp ABŞ-da “TikTok” sosial şəbəkəsini saxlamağa çalışır

16-01-2025

Tramp kriptovalyuta ticarətindən 300 milyon dollardan çox vəsait əldə edib

21-05-2025

Donald Tramp “Google” şirkətini məhkəməyə verəcək

28-09-2024

Zukerberqin canı qurtardı

25-06-2011

“Meta” səhm bazarlarındakı üstünlüyünə görə birinci yerdədir

05-02-2025

Trampın tarifləri "Apple" şirkətinə 2 milyard dollara başa gələ bilər

01-08-2025

Aİ “Apple” və “Meta” şirkətlərini cərimələyib

23-04-2025

Tramp texnoloji şirkətləri Brüsselin sanksiyalarından qoruyacağına söz verib

18-10-2024

İlon Mask texnologiya nəhənglərinin rəhbərləri ilə görüşə dəvət olunmayıb

04-09-2025

"Meta"nın səhmləri zirvəyə yüksəlib

14-12-2024

“Apple” süni intellekti pirat kitablardan öyrətməkdə ittiham olunur

08-09-2025

ABŞ “TikTok” sövdələşməsinə görə 10 milyard dollar alacaq

14-03-2026

“Meta”nın gəliri 28,6 milyard dollar artıb

27-04-2023

Sosial şəbəkələr Donald Trampın hesablarını dondurdu

07-01-2021

Motorola Fujifilm-ə təzminat ödəyəcək

07-05-2015

“Meta” iri AI məlumat mərkəzlərinin tikintisinə milyardlara dollar ayırır

15-07-2025

Kinematoqrafçılar İlon Maskın təsirini məhdudlaşdırmağa çağırıblar

30-01-2025

“Twitter” Trampın hesabını birdəfəlik bloklayıb

09-01-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə