Previous Next
Bağla

“Nar” abunəçiləri “Asan İmza” xidmətinin etibarlılıq müddətini SMS vasitəsilə uzada bilərlər

09-07-2021 16:56
“Nar” abunəçiləri “Asan İmza” xidmətinin etibarlılıq müddətini SMS  vasitəsilə uzada bilərlər

İyulun 9-dan başlayaraq “Asan İmza” xidmətini istifadə edən “Nar” abunəçiləri mövcud SIM kartı dəyişmədən xidmətinin etibarlılıq müddətini SMS vasitəsilə uzada bilərlər. Bunun üçün abunəçilər “8500” qısa nömrəsinə uyğun açar sözündən ibarət SMS göndərməlidir. Qeyd edək ki, “Asan İmza” xidmətli SİM kartın SMS vasitəsilə uzadılması kifayət etmir. Eyni zamanda “Asan İmza” sertifikatlarının müddətinin bitməsinə 30 gün qalmış istifadəçilərdən vergi ödəyicisinin e-taxes.gov.az vahid İnternet portalında onlayn şəkildə “Asan İmza” sertifikatlarını növbəti 3 il müddətinə uzatmaq tələb olunur. “Asan İmza” sertifikatının etibarlılıq müddəti bitdikdən sonra onun onlayn rejimdə uzadılması mümkün olmayacaq və istifadəçi sertifikatı yeniləmək üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti nəzdində Asan Sertifikat Xidmətləri Mərkəzinə (ASXM) fiziki olaraq müraciət etməli olacaqdır.

“Asan İmza” xidmətinin etibarlılıq müddəti haqqında məlumat əldə etmək üçün “8500” qısa nömrəsinə “status” açar sözünü SMS vasitəsilə göndərmək lazımdır. Abunəçi “Asan İmza” xidmətinə ilk dəfə qoşulmaq üçün “Nar” Xidmət Mərkəzinin təmsilçilərinə müraciət edərək, tələb olunan ödənişi həyata keçirməklə müvafiq xidmətə 3 il müddətinə qoşula bilər. Hər hansı səbəbdən Asan İmza xidmətini ləğv etmiş (o cümlədən müvafiq nömrə ilə bağlı münasibətlərə xitam verilmiş, nömrənin təkrar həmin və ya başqa abunəçinin istifadəsinə verilməsi halları da daxil olmaqla) abunəçilərə, SMS xidmətindən istifadə etməklə “Asan İmza” xidmətini növbəti müddətə aktiv etmək mümkün olmayacaq.

Daha ətraflı məlumatı https://www.nar.az/asanimza/ və https://asanimza.az/asan-imza-az/2020/asan-imza-sertifikatlarinin-onlayn-uzadilmasi/ səhifələrindən əldə etmək olar. Bu xidmətdən “Asan İmza” SİM kartını istifadə edən və həmin SİM kartda “Asan İmza” xidmətinin etibarlılıq müddəti bitən abunəçilər yararlana bilərlər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bakcell abunəçiləri üçün “Asan İmza”nı SMS vasitəsilə yeniləmək imkanı

02-12-2021

Artıq “ASAN imza” SİM kartını SMS vasitəsilə uzatmaq mümkündür

20-11-2020

"Asan İmza"nın müddətini SMS-lə uzatmaq mümkün olacaq

11-10-2021

Bakcell abunəçiləri “Vətəndaş” tipli “Asan İmza” xidmətindən pulsuz istifadə edəcək

02-07-2021

“Nar” abunəçiləri üçün "Vətəndaş” tipli “Asan İmza" xidmətinin aylıq abunə haqqı ləğv edilir

01-07-2021

“ASAN İmza”sı olan vergi ödəyicilərinin nəzərinə

28-10-2016

Azercell Asan İmza xidmətinin aktivləşdirilməsinə dəstək olmağa davam edir

03-03-2023

Sim-Sim abunəçiləri də “Asan İmza”dan istifadə edə biləcək

18-04-2016

Artıq Azercell-də “Asan İmza” sertifikatını yeniləmək mümkündür

15-07-2016

Azərbaycanda yanvarda 31 min yeni "ASAN İmza" sertifikatı verilib

16-02-2023

Bakcell ASAN İmza xidmətinə qoşulan abunəçilərini mükafatlandırdı

06-02-2015

Azərbaycanda 5 ayda 150 mindən çox "ASAN İmza" sertifikatı verilib

12-06-2023

Azərbaycanda 7 ayda 221 mindən çox "ASAN İmza" sertifikatı verilib

09-08-2023

Azercell-dən yenilik: eSIM “Asan İmza” – rahat və təhlükəsiz!

21-12-2023

Azərbaycanda bu il 256 mindən çox "ASAN İmza" sertifikatı verilib

13-09-2023

Şəxsi elektron kabinetlərdən istifadə yalnız gücləndirilmiş elektron imza vasitəsilə olacaq

25-05-2023

“Asan İmza” sertifikatlarını onlayn yeniləmək mümkündür

18-12-2020

“Asan İmza” yeni elektron xidmət istifadəyə verib

16-11-2020

Asan İmza xidməti artıq Bank BTB ASC–də

28-09-2018

Vergi ödəyiciləri üçün yeni nəsil rəqəmsal “Asan İmza” xidməti istifadəyə verilib

28-12-2023

Azərbaycanda I rübdə 87 mindən çox “ASAN İmza” sertifikatı verilib

11-04-2023

Bu il 560 mindən çox ASAN İmza sertifikatı verilib

12-12-2024

Yanvarda 49 minə yaxın "ASAN İmza" sertifikatı verilib

17-02-2026

“Asan İmza” indi “Azercell” tətbiqində!

24-11-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə