Previous Next
Bağla

“Nar” qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş abituriyentləri mükafatlandırıb

30-09-2020 16:41
“Nar” qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş abituriyentləri mükafatlandırıb

Xeberler.az bildirir ki, “Nar” hər il olduğu kimi bu il də ali məktəblərə daxil olmaq üçün qəbul imtahanları zamanı ən yüksək nəticə göstərərək 700 bal toplamış abituriyentləri mükafatlandırdı. Builki qəbul imtahanında 700 bal toplamış Əziz Kərimli və Hüseyn Abdullayevə mobil operator tərəfindən müasir smartfonlar, “Nar” nömrəsi və zənglər üçün ödənişsiz balans təqdim edilib.

İlin ən uğurlu və ən zəkalı abituriyentlərinə hədiyyələri “Azerfon”un Baş icraçı direktoru Qunnar Panke təqdim edib. Cənab Q.Panke hər iki gənci təbrik edib və gələcək karyeralarında uğurlar arzulayıb: “Qəbul imtahanları zamanı 700 bal toplamış abituriyentləri mükafatlandırmaq “Nar” üçün artıq ənənəyə çevrilib. Bu il qəbul imtahanlarında iştirak etmiş minlərlə gənc arasında ən böyük uğuru yalnız ikinizin qazanması sizin üçün bir stimul olacaq. Düşünürəm ki, sizin kimi dəyərli, savadlı və zəhmətkeş gənclər gələcəkdə yaxşı mütəxəssis olacaq. Bundan sonrakı həyatınızada böyük uğurlar qazanacağınıza, eləcə də dünyagörüşünüzü və bacarıqlarınızı daha da inkişaf etdirməklə cəmiyyətə böyük fayda verəcəyinizə inanıram”.

Qeyd edək ki, ən yüksək nəticə göstərmiş abituriyentlərin mükafatlandırılması tədbirinə bu il də Modern.az İnformasiya Agentliyi informasiya dəstəyi verib. Xatırladaq ki, “Nar” 2017-ci ildə ali məktəblərə qəbul imtahanları zamanı ən yüksək nəticə göstərərək 700 bal toplamış 15, 2018-ci ildə isə 29 abituriyenti mükafatlandırmışdı.

Qeyd edək ki, təhsil, maariflənmənin inkişafı, gənclərdə oxumaq həvəsi oyatmaq “Nar”ın KSM strategiyasının ən vacib istiqamətlərindən biridir. Mobil operatorun həyata keçirdiyi layihələr haqqında ətraflı məlumatı nar.az səhifəsindən əldə etmək olar.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Nar” qəbul imtahanlarında ən yüksək bal toplamış abituriyentləri mükafatlandırıb

18-09-2021

Nar 700 bal toplamış abituriyentləri mükafatlandıracaq

20-06-2018

Nar abituriyentlərə xüsusi mükafatlar təqdim edib

10-08-2017

“Nar” qəbul imtahanlarında yüksək nəticə göstərmiş abituriyentləri mükafatlandırdı

14-08-2018

Ən yüksək nəticə göstərən abituriyentlər mükafatlandırıldı

24-08-2022

“Nar”dan təhsilə dəstək: Ən çox bal toplayan abituriyentlər mükafatlandırıldı

07-09-2023

“Nar” ən yüksək nəticə göstərən abituriyentləri mükafatlandıracaq

07-08-2025

“Nar” ən yüksək nəticə göstərən abituriyentləri mükafatlandıracaq

19-07-2022

"Nar" təhsilə dəstək göstərərək ən yüksək bal toplayan abituriyentləri mükafatlandırdı

05-09-2024

“Nar” qəbul imtahanının bitməsi münasibəti ilə abituriyentləri təbrik edir

26-07-2023

"Nar" qəbul imtahanlarının bitməsi münasibətilə abituriyentləri təbrik edir

17-07-2024

"Nar" Bakı Ali Neft Məktəbinin 4 tələbəsini mükafatlandırıb

13-09-2025

“Nar” ilin ən uğurlu abituriyentlərini mükafatlandırıb

08-09-2025

Qəbul imtahanında birinci olan Ləman bu ixtisası seçdi

03-09-2023

Nar ilin mobil operatoru seçilib

22-02-2018

“Nar” AzTU-nun ən yaxşı tələbələrini mükafatlandırdı

04-03-2020

“Nar” Azərbaycan çempionu tituluna sahib oldu

25-01-2022

Nar tələbələri mükafatlandırıb-Foto

07-02-2017

Nar-ın sosial layihələri bu il də davam edəcək

21-02-2019

“Nar” Laçın şəhərində ilk mağazasını açdı

25-11-2023

Nar-dan gənclərə karyera fürsəti

14-03-2019

“Nar” Ağdam və Füzuli məktəblərinə səfər edib 

15-09-2022

“Nar” bütün ölkə üzrə satış və xidmət şəbəkəsini genişləndirir

31-01-2024

"Nar"ın rəhbərliyində dəyişiklik olub

30-09-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə