Previous Next
Bağla

Nar tələbələri mükafatlandırıb-Foto

07-02-2017 18:04
Nar tələbələri mükafatlandırıb-Foto

 Ötən il Azərbaycan Texniki Universitetində xüsusi avadanlıqlarla təchiz edilmiş Nar laboratoriyasının açılışını etmiş və layihə çərçivəsində tədris müəssisəsində müxtəlif maarifləndirici tədbirlər keçirmiş mobil operator AzTU ilə olan əlaqələrini müxtəlif istiqamətlərdə inkişaf etdirir.

Xeberler.az-ın məlumatına görə, bu gün AzTU-da təşkil edilən növbəti tədbirdə 2016-2017-ci dərs ilinin ilk tədris semestrində Radiotexnika və rabitə fakültəsinin elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi ixtisası üzrə təhsil alan və ən yaxşı nəticələri göstərən tələbələrinin mükafatlandırılması mərasimi keçirilib.

Qış imtahan sessiyasında göstərdikləri yüksək nəticələrə uyğun olaraq, 1-ci, 2-ci və 3-cü yerləri tutmuş tələbələr – Məmmədaslan Quliyev, Xəyalə Həsənli və Günay Abbasova mobil operatordan dəyərli hədiyyələr qazanıb.

Təhsil və maariflənmənin inkişafına xüsusi önəm verən Nar-ın bu təşəbbüsü tələbələrə dərslərində daha uğurlu olmaları üçün əlavə stimul verir. Mobil operatorun KSM strategiyası çərçivəsində artıq hər semestrdə ən yaxşı nəticələri göstərmiş 3 AzTU tələbəsi Nar tərəfindən xüsusi hədiyyələrlə təltif edilir.

Xatırladaq ki, Azərbaycan Texniki Universiteti ilə imzalanmış tərəfdaşlıq müqaviləsi çərçivəsində universitetdə Nar GSM laboratoriyası yaradılmış, tələbələr GSM sahəsi üzrə müxtəlif nəzəri biliklər və təcrübə əldə etmək fürsəti qazanmışlar. Nar-ın müasir telekommunikasiya avadanlığının quraşdırıldığı xüsusi laboratoriyada peşəkar texniki işçi heyəti tərəfindən tələbələr üçün təlim və seminarlar keçirilir.

Proqram çərçivəsində praktiki biliklərini inkişaf etdirən bir qrup gənc ixtisaslı kadr kimi yetişmək üçün mobil operatorda ilk addımlarını atmışdır. Universitetdəki laboratoriyanın təchizatı və tələbələr üçün nəzərdə tutulmuş təcrübə proqramı Nar-ın gənclər və təhsilə yönəlmiş KSM strategiyası çərçivəsində həyata keçirilir.

Nar KSM strategiyası haqqında daha ətraflı məlumatı nar.az saytından öyrənmək olar.  

Günel

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Nar tələbələr üçün xüsusi mükafat təsis edib

13-10-2016

Nar ən yaxşı tələbələri mükafatlandırıb

26-02-2018

Nar tələbələri mükafatlandırıb

07-07-2017

Nar AzTU-da tələbələr üçün mobil rabitə təlimi təşkil etdi

01-11-2018

Nar tələbələr üçün təlim təşkil edib-Foto

19-05-2017

Nar fərqlənən tələbələri mükafatlandırdı

28-02-2019

AzTU-nun fərqlənən tələbələri Nar tərəfindən mükafatlandırıldı.

11-07-2018

Nar 700 bal toplamış abituriyentləri mükafatlandıracaq

20-06-2018

Nar rabitədə fərqlənən tələbələri mükafatlandırdı

29-07-2019

Nar-dan tələbələrə təqaüd proqramı

22-09-2018

“Nar”ın keçirdiyi “Mobil rabitənin əsasları” təlimi yekunlaşıb

17-11-2021

Gənc İT mütəxəssisləri Nar şəbəkəsində təcrübə keçir

10-03-2023

Nar tələbələr üçün yeni iş imkanları təklif edir

17-12-2018

“Nar” yerli telekom peşəkarlarını yetişdirir

18-11-2023

Nar-dan ADA Universitetinin Təqaüd Proqramına dəstək

13-11-2018

“Nar” yerli İT mütəxəssislərini yetişdirir

09-06-2023

“Nar” AzTU-nun ən yaxşı tələbələrini mükafatlandırdı

04-03-2020

"Nar" yerli İT peşəkarlarının yetişməsinə dəstək olur

30-11-2022

“Nar” yerli İKT peşəkarlarının yetişməsinə dəstək olur

30-10-2021

“Nar” gələcəyin İT peşəkarlarını yetişdirməyə davam edir

01-12-2021

5 tələbə Nar-dan təqaüd alacaq

12-10-2018

“Nar” Ağdam və Füzuli məktəblərinə səfər edib 

15-09-2022

“Nar” Azərbaycan Texnologiya Universiteti ilə əməkdaşlığa başladı

23-02-2024

Nar tələbələr üçün təqaüd proqramı elan edir

23-09-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə