Previous Next
Bağla

“Nar” regionlarda peşəkar kadr hazırlığına dəstək olur

17-12-2025 16:23
“Nar” regionlarda peşəkar kadr hazırlığına dəstək olur

Regionlara diqqəti ilə seçilən sərfəli mobil operator “Nar” Gəncə şəhərində yerləşən Azərbaycan Texnologiya Universitetinin (ATU) tələbələri üçün növbəti karyera təlimini təşkil edib.

Universitetin rektoru, dosent Yaşar Ömərovun dəvəti ilə “Nar” rəhbərliyi Gəncə şəhərinə səfər edərək universitetin rəhbər heyətilə görüşdü. Görüş zamanı peşəkar kadr hazırlığı istiqamətində atılacaq növbəti addımlar müzakirə edildi. Daha sonra “Nar” baş icraçı direktoru Özgür Genc karyera təlimində iştirak edən tələbələrlə görüşərək öz təcrübəsini və tövsiyələrini bölüşüb.

Texniki ixtisaslar üzrə təhsil alan tələbələrin peşəkar bacarıqlarını inkişaf etdirmək və onları iş bazarına hazırlamaq məqsədi ilə təşkil olunan bu təlim “Nar”ın peşəkar heyəti tərəfindən hazırlanır və tədris olunur. İnteraktiv keçirilən təlim rabitə bazarında uğurlu karyera başlanğıcı etmək, əsas karyera hədəflərinin seçilməsi, iş müsahibələrinə hazırlıq və günümüzdə önəmli olan sosial media platformalarından səmərəli istifadə mövzularını əhatə edirdi.

Təlimlər “Nar”ın Korporativ Sosial Məsuliyyət strategiyasının təhsil istiqaməti üzrə və Azərbaycan Texnologiya Universiteti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. “Nar”ın məqsədi texniki ixtisaslar üzrə təhsil alan tələbələri əsl peşəkar kimi yetişdirərək Azərbaycanın telekommunikasiya bazarı üçün mütəxəssis hazırlamaq və ölkənin mobil rabitə sahəsinin inkişafına töhfə verməkdir. Qeyd edək ki, 2025-ci ildə “Nar”ın Füzuli və Salyan rayonlarında yeni mağaza açılışı tədbirləri zamanı da, paralel olaraq, bu rayonlarda yerləşən təhsil ocaqlarında maarifləndirici layihələr həyata keçirilmişdi.

“Nar”ın həyata keçirdiyi təhsilyönümlü sosial layihələr haqqında ətraflı məlumatı operatorun rəsmi saytından (nar.az) əldə edə bilərsiniz.

Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən “ Nar ” son 6 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında “Nar”ın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSim texnologiyası təqdim edir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Nar”ın dəstəyi ilə tələbələr üçün təlimlər keçirildi

01-05-2025

"Nar" peşəkar kadr hazırlığı istiqamətində təlimlərə başladı

12-03-2026

“Nar” və AzTU bu ilin əsas əməkdaşlıq istiqamətlərini müəyyənləşdirib

25-02-2026

“Nar” rabitə sahəsinin peşəkarlarını hazırlayır

30-04-2024

“Nar” yerli İT mütəxəssislərini yetişdirir

09-06-2023

Nar AzTU tələbələri üçün karyera inkişafı təlimi keçib

21-11-2025

“Nar” Gəncədə növbəti regional mağazasını təqdim edib

16-12-2025

“Nar”ın dəstəyi ilə “Breyn Rinq”in yeni mövsümünə start verilir

18-03-2026

“Nar” “İmkanlar hər kəs üçün” layihəsinin bağlanış mərasimində iştirak edib

18-05-2026

“Nar”a yeni baş icraçı direktor təyin olunub

27-10-2025

“Nar” yerli telekom peşəkarlarını yetişdirir

18-11-2023

“Nar” Azərbaycanın bölgələrində İKT peşəkarlarını hazırlayır

06-06-2024

“Nar” Azərbaycan Texnologiya Universiteti ilə əməkdaşlığa başladı

23-02-2024

“Nar”ın keçirdiyi “Mobil rabitənin əsasları” təlimi yekunlaşıb

17-11-2021

"Nar" yerli İT peşəkarlarının yetişməsinə dəstək olur

30-11-2022

“Nar” Laçın şəhərində ilk mağazasını açdı

25-11-2023

“Nar” və “Netty” ilin ən yaxşı rəqəmsal təşəbbüslərini mükafatlandırdılar

23-12-2025

Gənc İT mütəxəssisləri Nar şəbəkəsində təcrübə keçir

10-03-2023

Nar Cəlilabad Festivalında iştirak etdi

23-05-2023

“Nar” “Bilik günü”ndə Füzuli və Tərtərdəki məktəblərə dəstək olub

15-09-2023

“Nar” Ağdam və Füzuli məktəblərinə səfər edib 

15-09-2022

Nar rabitədə fərqlənən tələbələri mükafatlandırdı

29-07-2019

“Nar” yerli İKT peşəkarlarının yetişməsinə dəstək olur

30-10-2021

Nar-dan gənclərə karyera fürsəti

14-03-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə