Previous Next
Bağla

“Nar” uşaqlar üçün təhlükəsiz rəqəmsal mühitin yaradılmasına töhfə verir

20-11-2024 16:02
“Nar” uşaqlar üçün təhlükəsiz rəqəmsal mühitin yaradılmasına töhfə verir

Regionlarda sosial məsuliyyət təşəbbüsləri ilə seçilən “Nar” Regional İnkişaf İctimai Birliyi (RİİB) ilə birgə 20 Noyabr – Ümumdünya Uşaq Hüquqları Gününə həsr edilmiş yeni layihəyə start verib. Layihə çərçivəsində Naxçıvan, Bakı, Gəncə, Lənkəran və Qəbələdə bir ay ərzində uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin edilməsi ilə bağlı geniş maarifləndirmə tədbirləri həyata keçiriləcək.

İlkin mərhələdə “Uşaqların zərərli və təhlükəli məlumatlardan qorunması” mövzusunda onlayn görüş keçirilib. Bu tədbirdə Naxçıvan, Bakı, Gəncə, Lənkəran və Qəbələdəki 10 məktəbdən VII-XI sinif şagirdləri və müəllimlər iştirak ediblər. Dövlət rəsmiləri və mütəxəssislər görüş zamanı rəqəmsal resurslardan düzgün və təhlükəsiz istifadə qaydaları barədə ətraflı məlumat verib və iştirakçıların suallarını cavablandırıblar.

Qeyd edək ki, layihə Elm və Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası və ADA Universitetinin tərəfdaşlığı ilə həyata keçirilir.

“Nar” bu təşəbbüslə elm və təhsilə verdiyi dayanıqlı dəstəyin bir hissəsi olaraq, uşaq hüquqlarının qorunması və rəqəmsal mühitdə təhlükəsiz davranış qaydalarının öyrədilməsi işinə mühüm töhfə verir. Xüsusilə regionlarda həyata keçirilən bu layihə gələcək nəsillərin təhlükəsiz rəqəmsal mühitdə böyüməsi üçün vacib platforma yaradır.

Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən  “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Nar”ın dəstəyi ilə uşaq hüquqlarına həsr olunmuş debat forum keçirilib

28-12-2024

“Nar” Azərbaycanda uşaq hüquqlarının təşviqinə dəstək olur

21-11-2023

“Nar” uşaq hüquqları sahəsində maarifləndirməni gücləndirir

20-02-2026

“Nar” uşaqlar üçün maarifləndirici tədbirlərə dəstək verir

05-09-2025

“Nar” uşaqların hüquqlarına dair maarifləndirici kampaniyanın tərəfdaşı olub

02-06-2025

Uşaqların rəqəmsal təhlükəsizliyi üçün fərdi məlumatların qorunması vacibdir

04-06-2025

“Nar” 4G şəbəkəsi Naxçıvanda

09-02-2023

“Nar” Şərurda yeni mağazasını təqdim etdi

20-12-2023

“Nar” metroda şəbəkəsini gücləndirir

02-10-2023

“Nar” “Bilik günü”ndə Füzuli və Tərtərdəki məktəblərə dəstək olub

15-09-2023

“Nar” Laçın şəhərində ilk mağazasını açdı

25-11-2023

“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi

23-04-2024

“Nar” qəbul imtahanının bitməsi münasibəti ilə abituriyentləri təbrik edir

26-07-2023

“Nar” və Azərbaycan Gənclər Fondu “GəncVİZYON” layihəsinə start verir

04-02-2026

"Nar" qəbul imtahanlarının bitməsi münasibətilə abituriyentləri təbrik edir

17-07-2024

DİN: Uşaqların kibermühitdə müdafiəsi üçün valideyn nəzarəti şərtdir

04-06-2025

Nar Cəlilabad Festivalında iştirak etdi

23-05-2023

“Nar” “Stevie” mükafatına layiq görüldü

24-08-2023

“Nar” ən yüksək nəticə göstərən abituriyentləri mükafatlandıracaq

07-08-2025

“Nar” və “NETTY” ölkənin ən yaxşı internet təşəbbüslərini mükafatlandırdı

19-12-2023

Azercell “Təhlükəsiz internet” mövzusunda təlimlərini davam etdirir

18-01-2025

"Nar" NETTY 2022 milli internet mükafatının əsas tərəfdaşıdır

29-11-2022

“Nar” sığınacaqda yaşayan uşaqların yaradıcılıq təşəbbüsünə dəstək olub

17-02-2026

"Nar" SABAH Bilik yarışmasının keçirilməsinə dəstək oldu

03-11-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə