“Rəqəmsal məktəb” rəqəmsal mühitdə tədris, öyrənmə, ünsiyyət və əməkdaşlıq imkanlarını vahid platformada birləşdirən sistemdir. Hazırda platforma Bakı şəhərində fəaliyyət göstərən 354 dövlət ümumtəhsil məktəbində tətbiq edilir.
Xeberler.az bildirir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, platformadan 543 mindən çox şagird, 360 mindən artıq valideyn və 44 mindən çox pedaqoji heyət üzvü olmaqla ümumilikdə 900 mindən çox istifadəçi fəal şəkildə faydalanır.
Sistem vasitəsilə şagirdlər, müəllimlər, valideynlər və məktəb rəhbərliyi tədris prosesini daha səmərəli idarə edir, qarşılıqlı əlaqə və məlumat mübadiləsini operativ şəkildə həyata keçirirlər.
“Rəqəmsal məktəb” platformasının əsas məqsədi ümumtəhsil müəssisələrində tədris prosesinin elektron idarə olunmasını təmin etmək, müəllim-şagird-valideyn əməkdaşlığını gücləndirmək, habelə təhsil sistemində şəffaflığı artırmaqdır. Platformanın tətbiqi nəticəsində məktəblərdə kargüzarlıq işlərinin böyük hissəsi elektronlaşdırılıb, kağız jurnallardan istifadə isə mərhələli şəkildə dayandırılıb.
Növbəti tədris ilindən etibarən platformanın mərhələli şəkildə ölkənin digər regionlarında yerləşən dövlət ümumtəhsil məktəblərində də tətbiqi nəzərdə tutulur.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları