Previous Next
Bağla

“Rəqəmsal yayımda vətəndaşlar üçün pulsuz xüsusi sosial paket hazırlanmalıdır″

27-09-2011 23:52
“Rəqəmsal yayımda vətəndaşlar üçün pulsuz xüsusi sosial paket hazırlanmalıdır″

Bu gün Bakıda “Avropa” otelində Amerikanın İREX təşkilatı, Milli Televiziya və Radio Şurası (MRTŞ), Media Hüquqları İnstitutu və Media Mərkəz tərəfindən yayım standartlarına həsr olunan  beynəlxalq konfrans keçirilib. Konfransda Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli Azərbaycanda rəqəmsal yayıma keçidlə bağlı məlumat verib. Şura sədri sözügedən mövzu ilə bağlı Azərbaycanda görülən işlər və gələcək perspektivlərdən bəhs edib.

Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz vətəndaş cəmiyyəti nümayəndələrinin və hətta MRTŞ-nin tezliklər üzrə dövlət komissiyasında təmsil olunmamasını tənqidə məruz qoyub. Komissiyaya yalnız xüsusi xidmətlərin və güc qurumlarının əməkdaşları daxiuldir, buna görə onu “general” idarəsi adlandırırlar.

Osman Gündüz qeyd edib ki, rəqəmsal yayımda vətəndaşlar üçün xüsusi pulsuz sosial paket hazırlanmalıdır: "Bu paketə ictimai- sosial əhəmiyyətli kanallar daxil olmalıdır. Eyni zamanda rəqəmsal yayıma uyğun keyfiyyətli telekontent hazırlanmasına toxunub.

Bundan əlavə O.Gündüz bildirib ki, hökumət 2012-ci ilə qədər rəqəmsal yayıma keçidi yekunlaşdırmaq istəyir. Lakin bu proses problemlərin normal və konstruktiv həlli üçün Avropada olduğu kimi 2015-ci ilə qədər ardıcıl surətdə icra olunmalıdır. Azərbaycanda rəqəmsal yayıma keçidlə bağlı ən ciddi problem isə hazırda ölkədə  99.9% televizorların rəqəmsal yayım siqnalını qəbul edə bilməməsidir. Buna səbəb siqnalın qəbulu üçün nəzərdə tutulan dekoder qurğusunun olmamasıdır. Yalnız bu qurğunu televizorlarına qurşadırmaqla vətəndaşlar rəqəmsal yayım siqnalını televizorlarında qəbul edə biləcəklər: Bu qurğunu da vətəndaşlara baha qiymətə satmaq istəyirlər ki, buda yolverilməzdir. Yaxşı olardı ki, bu kimi neqativ halların qarşısını almaq üçün, bu qurğu pulsuz paylanılsın və yaxud da ən azından sosial təminatı zəif olan vətəndaşlar bu qurğuya heç bir ödəniş etmədən sahib olsunlar."

Lakin Məhərrəmli tezliklərin paylanmasında komissiyanın tərkibi ilə bağlı heç bir problem olmadığını qeyd edib. Tezliklər isə kifayət qədər çoxdur. Yayım üçün lisenziya verilməsində məhdudiyyətlərə gəlincə, bu, başqa məsələlərlə: reklam bazarının məhdud olması, yayım qurumlarının zəif maddi-tezniki bazası, kadr çatışmazlığı və Azərbaycanın kiçik ölkə olması, onun üçün 9 ümummilli telekanalın “kifayət qədər çox olması” ilə bağlıdır.

Konfransda Avropa İttifaqı ölkələrində teleradio yayımının tənzimlənməsi ilə bağlı təcrübələr bölüşdürülüb. Kristian Mititelu Rumıniya, Osko Georgiy isə Macarıstan Teleradio Yayım şuralarının fəaliyyəti və səlahiyyətləri iə bağlı məlumat veriblər. Gürcüstanın media eksperti Laşa Tuqusi yayım standartları ilə əlaqədar ölkəsinin təcrübəsindən danışıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Rəqəmsal yayım üçün cihazın satışa çıxarılacağı vaxt açıqlandı

06-01-2012

Analoq yayımdan rəqəmsal yayıma keçiddə tələsmək olmaz

19-04-2012

Azərbaycanda 90 faiz rəqəmsal yayıma keçid gerçəkləşəcək

27-09-2011

Rəqəmsal yayıma keçidlə bağlı təlimat hazırlanır

10-03-2012

Azərbaycan əhalisi onlarla telekanala pulsuz baxa biləcək

23-12-2010

Rəqəmsal yayıma keçid ilkin mərhələdə icbari olmayacaq

07-10-2011

Vətəndaşların xarici kanallara açıq paketdə baxması məhdudlaşdırılıb

09-01-2014

Azərbaycanda teleaparıcıların peşəkarlığı üçün akademiyanın yaradılmasına ehtiyac var

19-11-2009

Rəqəmsal yayıma keçidlə bağlı radio yayımçılarına subsidiyalar veriləcək

15-01-2025

Nuşirəvan Məhərrəmli “Azadlıq” radiosu haqda nə dedi?

03-12-2010

«Tezliklərin MTRŞ-in yox, Radiotezliklər İdarəsinin nəzarətində olması anlaşılmazdır»

22-04-2010

Azərbaycanda üç telekanal HD yayıma keçir

17-09-2015

Azərbaycanda rəqəmsal yayımın əhatə səviyyəsi 65 faizə çatacaq

24-11-2010

«XARİCİ RADİOSTANSİYALARA HEÇ BİR TEZLİKDƏ YAYIM LİSENZİYASI VERİLƏ BİLMƏZ»

09-01-2009

MTRŞ səlahiyyətlərinin artırılmasını istəyir

06-06-2009

“Teleradio yayımçıları rəqəmli yayıma keçidə hazırdır”

22-09-2016

İTV-nin yeni baş direktoru bəlli oldu

16-04-2009

Nuşirəvan Məhərrəmli: “FM tezliyini xarici radiostansiyalara qaytarmaq niyyətimiz yoxdur”

21-01-2009

Rəqəmsal yayıma tam keçid niyə başa çatmayıb?

11-01-2016

İTV Yayım Şurasında səlahiyyət müddəti bitmiş üzvlərin seçimi keçirilir

05-03-2009

“Artıq boş tezliklər var və yeni kanallar açıla bilər”

05-11-2016

Azərbaycanda rəqəmsal yayıma keçid uzanacaq

27-08-2015

Rəqəmsal yayımı kimlər qəbul edə bilməyəcək?

04-09-2015

MTRŞ Azərbaycanda ilk dəfə rəqəmli radio yayımı üçün diapazon ayırdı

13-05-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə