Previous Next
Bağla

Rəqəmsal yayıma tam keçid niyə başa çatmayıb?

11-01-2016 13:52
Rəqəmsal yayıma tam keçid niyə başa çatmayıb?

Məlumat verdiyimiz kimi, uzun müddətdir ki, Milli Televiziya və Radio Şurası (MTRŞ) və Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən ölkədə rəqəmsal yayıma keçidlə bağlı müxtəlif tədbirlər görülür.

Bildirilmişdi ki, 2015-ci ilin sonuna kimi Azərbaycanda anoloq yayımın dayandırılacaq.

Verilən müddət başa çatsa da,  ölkədə hələlik rəqəmsal yayıma  tam keçid müşahidə olunmur. Analoq yayım dayandırılmayıb.

Görünür, bu istiqamətdə işlər hələ yekunlaşmayıb və hanısa səbəbə görə ləngiyir.

Xeberler.az məsələni araşdırıb ki, bu fəaliyyət hansı səbələrə görə gecikir?

Milli Televiziya və Radio Şurasından  (MTRŞ ) Xeberler.az-a verilən məlumata görə, analoq yayımın dayandırılması bir müddətlik təxirə salınıb.

Qeyd edilib ki,  bir müddət əvvəl analoq yayımın dayandırılması ilə bağlı qərar verilsə də, sonra  yayımın bir müddət də davam etdirilməsinə qərar verilib.

Qurumdan bildirilib ki, Azərbaycanın analoq yayımın dayandırılması ilə bağlı Beynəlxalq Telekommunikasiya İttifaqı qarşısında öhdəlik götürməyib və buna görə də hər iki yayım paralel rejimdə fəaliyyət göstərir və heç birinin də digərinə ziyanı yoxdur.

Məsələ ilə bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Teleradio İstehsalat Birliyindən verilən məlumatda isə Azərbaycanda tam olaraq rəqəmsal televiziya yayımına keçid və analoq yayımın dayandırılması üçün texniki cəhətdən heç bir problem olmadığı bildirilib.

Qeyd edilib ki, bununla bağlı yekun qərarı hökumət verməlidir. Ona görə də  hələ ki, heç bir yerdə analoq yayımı dayandırmaq üçün cihazları söndürülməyib.

Qeyd edək ki,  bu məsələ ilə bağlı ən böyük problem istifadədə olan televizorların bir qisminin rəqəmsal yayımı dəstəkləməyəcəyidir. Belə ki,  rəqəmsal yayımı dəstəkləmək üçün köhnə tip televizorda dekoder cihazı olmalıdır. Bu texnologiylar bu müasir televizorların bir çoxunda var. Lakin əvvəldən istifadə olunan televizorlar ki var, həmin televizorlarda rəqəmsal yayımı dəstəkləyəcək dekoderlər yoxdur. Analoq yayım bağlandığı zaman köhnə televizorlar yerli kanalları qəbul edə bilməyəcək. Əgər kimsə peyk antenasından istifadə edirsə,  kabel televiziyasından yayımı qəbul edirdisə, həmin vətəndaşlar yerli kanalların qəbulunda heç bir problemlə qarşılaşmayacaq. Lakin peyk antenası, kabel televiziyası olmadan əvvəlki analoq yayımla kanalları qəbul edən televizorlar rəqəmsal yayıma keçid zamanı bu prosesi dəstəkləməyəcək.

Dekoderin təxmini qiyməti 25 - 40 AZN arasında dəyişir.

Ekspertlər məsələ ilə bağlı bildirirlər ki, Milli Televiziya və Radio Şurası (MTRŞ) ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) rəqəmsal televiziyanı dəstəkləməyən televizorların sayını araşdırmalı və istifadəçilərin bir hissəsinə (aztəminatlı ailələrə) xüsusi güzəştlər təklif  etməlidir.

Belə nəticəyə gəlmək olar ki, hazırda Rabitə və Yüksək Texnologiylar Nazirliyində islahatlar aparıldığı üçün bu layihənin də fəaliyyəti dayandırılıb.

Hazırda ölkə büdcəsinin çox qənaətcil istifadə olunmasını nəzərə alaraq deyə bilərik ki, ölkədə rəqamsal yayıma keçid hələ real görünmür. Yəni, görünən odur ki, dövlət aztəminatlı ailələr üçün dekoder alınmasına da hələlik vəsait ayırmayacaq.

 Məsələni gündəmdə saxlayacağıq.

Məltəm Talıbzadə

 

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Teleradio yayımçıları rəqəmli yayıma keçidə hazırdır”

22-09-2016

“Rəqəmli yayıma tam keçid üçün müəyyən məsələlər həll olunmalıdır”

30-06-2016

Rəqəmsal yayımı kimlər qəbul edə bilməyəcək?

04-09-2015

Azərbaycanda rəqəmsal yayıma keçid uzanacaq

27-08-2015

Rəqəmsal yayım üçün cihazın satışa çıxarılacağı vaxt açıqlandı

06-01-2012

Ölkə rəqəmli televiziya yayımına keçid üçün tam hazırdır

16-12-2015

Rəqəmli yayıma keçid bu il başa çatdırılacaq

15-08-2015

Bəzi ərazilərdə analoq yayımın dayandırılması ləngiyə bilər

04-10-2016

“Analoq yayım dayandırılandan sonra əhali çətinliklə üzləşməyəcək”

13-10-2016

Rəqəmsal yayıma keçidlə bağlı təlimat hazırlanır

10-03-2012

TRT-nin yayımı dayandırıldı

01-11-2016

Azərbaycanda 90 faiz rəqəmsal yayıma keçid gerçəkləşəcək

27-09-2011

Belarusda analoq yayım dayandırılıb

15-05-2015

MTRŞ əhalini dekoderləri alarkən diqqətli olmağa çağırıb

01-11-2016

Space radionun bağlanması ilə bağlı rəsmi açıqlama

29-09-2016

Azərbaycanda analoq yayım davam etdiriləcək-Kabel televiziyalarda

10-10-2016

MTRŞ-dan dekoderlərin qiyməti ilə bağlı açıqlama

02-11-2016

Rəqəmsal yayıma keçid ilkin mərhələdə icbari olmayacaq

07-10-2011

Sabahdan 32 rayonda analoq yayım dayandırılır

09-12-2016

Azərbaycanda analoq yayım dayandırıldı-Rəsmi

20-12-2016

Daha 14 rayonda analoq yayım dayandırılır

20-12-2016

Azərbaycanda televizorların idxalına məhdudiyyət qoyulacaq

07-03-2011

“Artıq boş tezliklər var və yeni kanallar açıla bilər”

05-11-2016

Ölkədə rəqəmli yayıma keçidlə bağlı Qaynar xətt yaradılıb-Video

31-10-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə