Previous Next
Bağla

“Startap Günləri”nə rəsmi start verilib!

15-05-2026 20:08
“Startap Günləri”nə rəsmi start verilib!

Azərbaycan Texniki Universitetinin (AzTU) İnkubasiya Mərkəzində təşkil olunan “Startap Günləri” innovasiya tədbirinin ilk günü uğurla baş tutub. Tədbirdə Azərbaycan Texniki Universiteti ilə yanaşı Bakı Dövlət Universiteti (BDU) və Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) tələbələrindən ibarət komandalar iştirak ediblər.

Tədbirin açılış nitqini AzTU İnkubasiya Mərkəzinin koordinatoru Azad Musayev edərək “Startap Günləri”nin məqsədi, gedişatı və tələbələr üçün yaradılan imkanlar barədə ətraflı məlumat verib.

Daha sonra Azərbaycan Texniki Universitetinin rektorunun rəqəmsal məsələlər üzrə məsləhətçisi, Startap Azərbaycan platformasının rəhbəri Osman Gündüz çıxış edərək ölkədə startap ekosisteminin inkişafı, gənclərin innovativ təşəbbüslərə cəlb olunması və bu kimi tədbirlərin əhəmiyyəti barədə fikirlərini bölüşüb.

Tədbirin ilk günü çərçivəsində iştirakçılar tərəfindən ümumilikdə 22 innovativ ideya səsləndirilib. Aparılan qiymətləndirmə və səsvermə nəticəsində 7 ən perspektivli ideya seçilərək komandalar formalaşdırılıb.

Komandalar gün ərzində mentor və ekspert dəstəyi ilə layihələri üzərində işləməyə başlayıblar. Birinci gün ərzində mentor Orxan Əhmədov və Azərbaycan Texniki Universitetinin İTT fakültəsinin tələbəsi Nihad Əliyev iştirakçılara layihələrin inkişafı, komanda işi və təqdimat mərhələləri üzrə dəstək göstəriblər.

Tədbirin ikinci günündə komandalar hazırladıqları layihələri münsiflər heyətinə təqdim edəcək və ideyalar innovativlik, reallaşdırılma potensialı və biznes dəyəri meyarları üzrə qiymətləndiriləcək. Qalib komandalar isə qiymətli hədiyyələrlə mükafatlandırılacaq.

“Startap Günləri”nin əsas məqsədi ölkədə startap ekosisteminin inkişafına töhfə vermək, gənclərin ideya istehsalında və biznes quruculuğunda fəal iştirakını təşviq etmək və yeni startapların formalaşmasını stimullaşdırmaqdır.

 
 

 

 

 

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Startap Günləri”nin ilk günü start götürüb

24-01-2026

"Startap Azərbaycan"ın tərəfdaşlığı ilə “Startap Günləri” start götürüb

05-12-2025

AzTU -da “Startap Günləri” tədbirinin açılış mərasimi keçirilib

24-11-2025

Sabah qrupları üçün “Startap Günləri” infosessiyası keçirilib

25-11-2025

“Startap Günləri”nə həsr olunmuş infosessiya təşkil olunub

16-01-2026

Startap Günləri-nin qalibləri seçilib

24-11-2025

AzTU İnkubasiya Mərkəzində “Startap Günləri” keçiriləcək

20-01-2026

Startap Günləri-nin qalibləri seçilib

06-12-2025

AzTU İnkubasiya Mərkəzinin infosessiyası keçirilib

13-03-2026

AzTU İnkubasiya Mərkəzində “Startap Günləri” keçiriləcək

11-05-2026

AzTU-da Startap Günləri başa çatıb

13-04-2019

Azərbaycanda Startap Günləri keçiriləcək

08-10-2015

Qərbi Kaspi Universitetində Startap Günləri keçirilib

27-04-2019

AzTU-da Startap Günləri ilə bağlı toplantı keçirilib

12-03-2018

Startap Günlərinin ilk günü necə keçdi?-Foto

26-05-2018

“Bitget Hackaton – Startap” müsabiqəsinin finalı keçirilib

19-05-2025

Azərbaycan Texniki Universitetində növbəti Startap Günləri başlayıb

12-04-2019

"SmartSolutions Hackathon 2026" sabah start götürür

09-04-2026

AzTU komandası “Bitget Hackaton – Startap” müsabiqəsinin qalibi olub

19-05-2025

Startap Günlərinə hazırlıqla bağlı görüş keçirilib

26-06-2018

Bakıda Startap Günləri keçirilir-Foto

23-02-2018

Lənkəran Dövlət Universitetində Startap Günləri keçirilib

27-05-2019

Peşə Təhsil Mərkəzində Startap Günləri başladı

29-06-2018

Startap Günləri başa çatdı-Qaliblər açıqlandı

24-02-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə