Previous Next
Bağla

“Bitget Hackaton – Startap” müsabiqəsinin finalı keçirilib

19-05-2025 11:19
“Bitget Hackaton – Startap” müsabiqəsinin finalı keçirilib

Mayın 17-də Azərbaycan Texniki Universitetində (AzTU) texnologiya və innovasiya həvəskarlarının səbirsizliklə gözlədiyi “Bitget Hackaton – Startap” müsabiqəsinin yekun mərhələsi keçirilib.

Xeberler.az məlumat verir ki, müsabiqəyə AzTU, Bakı Mühəndislik Universiteti (BMU) və Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AMİU) tələbələrindən ibarət komandalar qatılaraq, “Blockchain”, “Kriptovalyuta”, “Süni İntellekt” və “Data Analitika” mövzuları üzrə 30-a yaxın startap layihəsi təqdim edilib. Onlardan 19 layihə final mərhələsinə keçərək geniş təqdimat formatında nümayiş etdirib.

Layihələr 5 əsas meyar – komanda və təqdimat bacarığı, ideya, texniki əsaslandırma, praktiki tətbiq imkanı, kommersiya potensialı üzrə peşəkar münsiflər heyəti tərəfindən qiymətləndirilib. Münsiflər heyətinin tərkibi: Osman Gündüz, Elnur Quliyev, Orxan Əhmədov və Aytən Mövsümova.

Gərgin rəqabət və yüksək səviyyəli təqdimatlar nəticəsində qalib komandalar müəyyənləşdirilib və ümumi 3.000 ABŞ dolları məbləğində mükafat (1-ci yer 1.500$, 2-ci yer 1.000$, 3-cü yer 500$) qaliblərə təqdim olunub. Bu hackathon, gənclərin texnoloji yaradıcılığını stimullaşdırmaqla yanaşı, ölkədə startap ekosisteminin inkişafına və rəqəmsal gələcəyin formalaşmasına mühüm töhfə oldu.

Tədbirin təşkilatçıları olan AzTu və Bitget platforması, bu hackathon vasitəsilə Azərbaycanda startap ekosistemi və rəqəmsal texnologiyaların inkişafına dəstəyini nümayiş etdirib. Bu cür təşəbbüslər gənclərin texnoloji biliklərini yalnız nəzəriyyədə deyil, real layihələr və biznes yönümlü məhsullara inteqrasiya edilməsinə imkan yaradır. Belə tədbirlər, gənclərin teorik biliklərini real texnoloji layihələrə çevirməsi, komanda ruhu formalaşdırması və qlobal texnologiya sektoruna çıxması üçün zəruri zəmin yaradır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

AzTU komandası “Bitget Hackaton – Startap” müsabiqəsinin qalibi olub

19-05-2025

Startap Günləri-nin qalibləri seçilib

24-11-2025

“Startap Günləri”nə rəsmi start verilib!

15-05-2026

Startap Günləri-nin qalibləri seçilib

06-12-2025

"SmartSolutions Hackathon 2026" sabah start götürür

09-04-2026

“Startap Günləri”nin ilk günü start götürüb

24-01-2026

“ConstructionTech Incubation” proqramının qalibləri müəyyənləşdirilib

12-01-2026

“Global Tech Hackathon 2026” yarışmasına hazırlıq mərhələsi başa çatıb

26-02-2026

Azercell “CyberCell Hackathon” müsabiqəsinin qaliblərini elan edib

31-10-2025

"Startap Günləri"nin 2-ci günü baş tutub

25-01-2026

Azercell və ADA-nın “İdeya İnkubasiyası Proqramı”nın finalı baş tutub

18-06-2025

"Startap Azərbaycan"ın tərəfdaşlığı ilə “Startap Günləri” start götürüb

05-12-2025

AzTU-da Startap Günləri başa çatıb

13-04-2019

AzTU İnkubasiya Mərkəzində “Startap Günləri” keçiriləcək

20-01-2026

İRİA tərəfindən Sumqayıt gənclərinə 10 min manat dəyərində mükafat

10-04-2025

AzTU -da “Startap Günləri” tədbirinin açılış mərasimi keçirilib

24-11-2025

Əvvəlki “Startap Günlərinin” iştirakçı komandaları ilə görüş keçirilib

05-03-2026

“Bizdən Biznesə” startap müsabiqəsinin yekun tədbiri keçirilib

24-12-2025

Azercell “CyberCell Hackathon”a start verir

18-10-2025

“Startap Günləri”nə həsr olunmuş infosessiya təşkil olunub

16-01-2026

Gəncədə keçirilən startap müsabiqəsinin qalibləri

17-10-2017

“Azercell Hackathon 2022” yarışması başa çatdı!

27-01-2022

AzTU-nun startap komandaları Bakutel-2018 sərgisində iştirak edəcəklər

01-11-2018

Startap yolunda ilk addım: Gənclər hakatonda bacarıqlarını nümayiş etdirir

13-05-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə