Previous Next
Bağla

AzTU İnkubasiya Mərkəzinin infosessiyası keçirilib

13-03-2026 19:58
AzTU İnkubasiya Mərkəzinin infosessiyası keçirilib

Azərbaycan Texniki Universitetinin (AzTU) İnkubasiya Mərkəzi tərəfindən tələbələr üçün infosessiya keçirilib. Tədbirdə mərkəzin fəaliyyəti, startap ekosisteminin inkişafı, inkubasiya proqramı, “Startap Günləri” və hackathonlar haqqında iştirakçılara məlumat verilib. Eyni zamanda tələbələrə AzTU İnkubasiya Mərkəzinin yenilənmiş rəsmi saytı təqdim olunub və sayt vasitəsilə mövcud imkanlar barədə məlumat əldə edə biləcəkləri bildirilib.

Xeberler.az bildirir ki, Azərbaycan Texniki Universitetinin (AzTU) İnkubasiya Mərkəzi tərəfindən tələbələr və innovasiya ilə maraqlanan gənclər üçün infosessiya təşkil olunub.

Tədbir çərçivəsində AzTU İnkubasiya Mərkəzinin fəaliyyəti, həyata keçirilən layihələr və mərkəzin əsas fəaliyyət istiqamətləri haqqında iştirakçılara geniş məlumat verilib. Infosessiyada startap ekosisteminin inkişafı, tələbələrin innovativ təşəbbüslərinin dəstəklənməsi və universitet daxilində innovasiya mühitinin formalaşdırılması istiqamətində görülən işlər təqdim olunub.

Görüş zamanı AzTU İnkubasiya Mərkəzinin əsas fəaliyyət istiqamətləri – inkubasiya proqramı, “Startap Günləri” təşəbbüsü, hackathonlar, startap yönümlü təlimlər və tələbələrin innovativ layihələrinin inkişafına göstərilən dəstək haqqında məlumat verilib. Tədbirin təşkilində AzTU-nun Tələbə Elmi Cəmiyyəti də fəal iştirak edib.

Eyni zamanda, mərkəzin fəaliyyəti çərçivəsində təşkil olunan təlim proqramları, mentor dəstəyi və startap komandalarının inkişaf mərhələləri barədə iştirakçılarla ətraflı müzakirələr aparılıb.

Tədbirdə həmçinin AzTU İnkubasiya Mərkəzinin təşkil etdiyi müxtəlif innovasiya müsabiqələri, “Startap Günləri” layihəsi və bu çərçivədə formalaşmış startap komandalarının uğurları haqqında məlumat təqdim olunub.

Infosessiya çərçivəsində tələbələrə AzTU İnkubasiya Mərkəzinin yenilənmiş rəsmi saytı da təqdim edilib. Sayt vasitəsilə tələbələr mərkəzin fəaliyyəti, inkubasiya proqramları, keçiriləcək hackathonlar və startap tədbirləri haqqında məlumat əldə edə, eləcə də innovasiya proqramlarına müraciət edə bilərlər.

Bildirilib ki, AzTU İnkubasiya Mərkəzinin əsas məqsədi tələbələrin ideyalarını real layihələrə və startaplara çevirməsinə dəstək göstərmək, texnoloji sahibkarlıq bacarıqlarını inkişaf etdirmək və universitet daxilində innovasiya yönümlü ekosistemin formalaşdırılmasına töhfə verməkdir.

Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb və tələbələr startap layihələrinin inkişafı üçün mövcud imkanlar barədə əlavə məlumat əldə ediblər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
AzTU İnkubasiya Mərkəzində “Startap Günləri” keçiriləcək

AzTU İnkubasiya Mərkəzində “Startap Günləri” keçiriləcək

20-01-2026
AzTU-da İnkubasiya Mərkəzinin açılışı olub

AzTU-da İnkubasiya Mərkəzinin açılışı olub

29-10-2025
“Startap Günləri”nə həsr olunmuş infosessiya təşkil olunub

“Startap Günləri”nə həsr olunmuş infosessiya təşkil olunub

16-01-2026
AzTu-da “Azercell” şirkətinin nümayəndələri ilə infosessiya keçirilib

AzTu-da “Azercell” şirkətinin nümayəndələri ilə infosessiya keçirilib

09-05-2026
AzTU İnkubasiya Mərkəzində “Startap Günləri” keçiriləcək

AzTU İnkubasiya Mərkəzində “Startap Günləri” keçiriləcək

11-05-2026
Sabah qrupları üçün “Startap Günləri” infosessiyası keçirilib

Sabah qrupları üçün “Startap Günləri” infosessiyası keçirilib

25-11-2025
AzTU-nun startap komandaları Bakutel-2018 sərgisində iştirak edəcəklər

AzTU-nun startap komandaları Bakutel-2018 sərgisində iştirak edəcəklər

01-11-2018
Əvvəlki “Startap Günlərinin” iştirakçı komandaları ilə görüş keçirilib

Əvvəlki “Startap Günlərinin” iştirakçı komandaları ilə görüş keçirilib

05-03-2026
KOBİA AzTU tələbələrinin startapına “Startap” şəhadətnaməsi verib

KOBİA AzTU tələbələrinin startapına “Startap” şəhadətnaməsi verib

27-04-2026
AzTU-da İT sahəsində çalışan tələbələrin I Forumu keçirilib

AzTU-da İT sahəsində çalışan tələbələrin I Forumu keçirilib

17-06-2026
AzTU İnkubasiya Mərkəzində “Startap Günləri” keçiriləcək!

AzTU İnkubasiya Mərkəzində “Startap Günləri” keçiriləcək!

28-11-2025
“Startap Günləri”nin ilk günü start götürüb

“Startap Günləri”nin ilk günü start götürüb

24-01-2026
AzTU İnkubasiya Mərkəzində Startap Günləri keçiriləcək

AzTU İnkubasiya Mərkəzində Startap Günləri keçiriləcək

20-11-2025
“Startap Günləri”nə rəsmi start verilib!

“Startap Günləri”nə rəsmi start verilib!

15-05-2026
AzTU -da “Startap Günləri” tədbirinin açılış mərasimi keçirilib

AzTU -da “Startap Günləri” tədbirinin açılış mərasimi keçirilib

24-11-2025
AzTU-da Startap Günlərinə hazırlıq davam edir

AzTU-da Startap Günlərinə hazırlıq davam edir

02-04-2018
ADA Universitetində Startap və İnkubasiya Mərkəzi yaradılır

ADA Universitetində Startap və İnkubasiya Mərkəzi yaradılır

09-06-2017
"Startap Azərbaycan"ın tərəfdaşlığı ilə “Startap Günləri” start götürüb

"Startap Azərbaycan"ın tərəfdaşlığı ilə “Startap Günləri” start götürüb

05-12-2025
ASAN xidmət yeni inkubasiya mərkəzi yaradır-Müsabiqə

ASAN xidmət yeni inkubasiya mərkəzi yaradır-Müsabiqə

16-05-2018
ABB İnnovasiya Mərkəzinin daha 10 startapı investorlara təqdim edildi

ABB İnnovasiya Mərkəzinin daha 10 startapı investorlara təqdim edildi

01-07-2022
AzTU-da Startap Günləri ilə bağlı toplantı keçirilib

AzTU-da Startap Günləri ilə bağlı toplantı keçirilib

12-03-2018
Sabah növbəti Startap Günləri başlayır

Sabah növbəti Startap Günləri başlayır

05-04-2018
“Startap və İnnovasiya” mövzusunda təlim keçirilib

“Startap və İnnovasiya” mövzusunda təlim keçirilib

16-12-2025
"INNOLAND" və "Nextstep”in birgə təşkilatçılığı ilə "Pre-inkubasiya" proqramı başlayır

"INNOLAND" və "Nextstep”in birgə təşkilatçılığı ilə "Pre-inkubasiya" proqramı başlayır

09-06-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə