Previous Next
Bağla

Startap Günləri-nin qalibləri seçilib

24-11-2025 12:34
Startap Günləri-nin qalibləri seçilib

Azərbaycan Texniki Universitetinin İnkubasiya Mərkəzində keçirilən Startap Günlərinin ikinci günü 22 noyabr tarixində intensiv və məhsuldar fəaliyyətlə davam edib. Səhər saatlarından etibarən əvvəlki gün seçilmiş 6 komanda ekspert və mentorların dəstəyi ilə layihələri üzərində işləməyə başlayıblar.

Xeberler.az məlumat verir ki, bu mərhələdə mentorlar Orxan Əhmədov, Rəşad Əliyev, Fərid Kazımov, Aysel Sadıqova və Günel Məmmədli komandaların yanında olaraq onlara layihə hazırlanması prosesində məsləhətlər verib, düzgün istiqamət seçilməsində yaxından köməklik göstəriblər. Komandalar prototipin formalaşdırılması, komanda işi, təqdimatın strukturu və münsiflər qarşısında çıxış zamanı diqqət edilməli vacib nüanslar barədə ətraflı məlumatlandırılıblar.

Günün birinci yarısı layihələrin inkişafına, ikinci yarısı isə təqdimatların hazırlanmasına həsr olunub. Komandalar ekspertlərin rəylərini nəzərə alaraq layihələrinin təqdimat forması üzərində işləyib və çıxışlarını təkmilləşdiriblər.

Günün sonunda komandalar hazırladıqları layihələri münsiflər heyəti qarşısında 4–5 dəqiqəlik təqdimatlar şəklində nümayiş etdiriblər. Təqdimatlar zamanı layihələrin innovativliyi, aktuallığı, texniki əsaslandırılması, komanda işi və reallaşdırma potensialı dəyərləndirilib.

Münsiflər heyətində Orxan Əhmədov, Rəşad Əliyev, Fərid Kazımov, Günel Məmmədli və Aysel Sadıqova yer alıblar. Qiymətləndirmə nəticələrinə əsasən, 6 komanda arasından qaliblər müəyyən olunub:

1-ci yer – “Lingo AI”
2-ci yer – “Cyber Defence with AI”
3-cü yer – “Bridge to Abroad”

Tədbirin sonunda Startap Günlərinin yekun təqdimat mərasimi keçirilib. Qalib komandaların üzvlərinə diplomlar və sertifikatlar Azərbaycan Texniki Universitetinin rəhbərliyi, Azərbaycan İnternet Forumunun prezidenti, AzTU İnkubasiya Mərkəzinin koordinatoru və mentorlar tərəfindən təqdim olunub.

Startap Günləri ölkədə milli startap infrastrukturunun gücləndirilməsi, gənclərin innovativ layihələrə yönləndirilməsi, yeni startapların formalaşmasına dəstək göstərilməsi və startap ekosistemi daxilində əməkdaşlıqların artırılmasına xidmət edən mühüm tədbirlərdən biridir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Startap Günləri-nin qalibləri seçilib

06-12-2025

"Startap Günləri"nin 2-ci günü baş tutub

25-01-2026

AzTU-da Startap Günləri başa çatıb

13-04-2019

Qərbi Kaspi Universitetində Startap Günləri keçirilib

27-04-2019

AzTU -da “Startap Günləri” tədbirinin açılış mərasimi keçirilib

24-11-2025

“Startap Günləri”nin ikinci günü qaliblər müəyyənləşib

16-05-2026

Startap Günləri başa çatdı-Qaliblər açıqlandı

24-02-2018

“Startap Günləri”nə rəsmi start verilib!

15-05-2026

“Startap Günləri”nin ilk günü start götürüb

24-01-2026

"Startap Azərbaycan"ın tərəfdaşlığı ilə “Startap Günləri” start götürüb

05-12-2025

Ekspertlər beynəlxalq təcrübələrini komandalarla bölüşür-Fotolar

07-11-2015

AzTU komandası “Bitget Hackaton – Startap” müsabiqəsinin qalibi olub

19-05-2025

Startap Günləri başa çatdı

30-06-2018

Startap Günləri bitdi-Qaliblər

07-04-2018

Bakıda Startap Günləri davam edir-Foto

24-02-2018

Peşə Təhsili Mərkəzində Startap Günləri keçirilib

22-04-2019

Startap Günləri davam edir-Foto

26-05-2018

Startap Günləri davam edir-Foto

07-04-2018

Lənkəran Dövlət Universitetində Startap Günləri keçirilib

27-05-2019

“Bitget Hackaton – Startap” müsabiqəsinin finalı keçirilib

19-05-2025

Gəncədə Startap Günləri davam edir-Fotolar

27-11-2016

AzTU İnkubasiya Mərkəzində “Startap Günləri” keçiriləcək

20-01-2026

Azərbaycanda Startap Günləri keçiriləcək

08-10-2015

Bakıda Startap Günləri keçirilir-Foto

23-02-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə