Previous Next
Bağla

Startap Günləri-nin qalibləri seçilib

06-12-2025 20:42
Startap Günləri-nin qalibləri seçilib

Azərbaycan Texniki Universitetinin İnkubasiya Mərkəzində keçirilən Startap Günlərinin ikinci günü — 6 dekabr tarixində — intensiv və məhsuldar fəaliyyətlə davam edib. Səhər saatlarından etibarən əvvəlki gün seçilmiş 8 komanda ekspert və mentorların dəstəyi ilə layihələri üzərində işləməyə başlayıblar.

Xeberler.az bildirir ki, bu mərhələdə mentorlar Orxan Əhmədov, Bəhruz Mustafayev, Azər Bayramov, Rasim Abdullayev və Rəşad Əliyev komandaların yanında olaraq layihələrin hazırlanması prosesində onlara məsləhətlər verib, düzgün istiqamətin seçilməsində yaxından dəstək olublar. Komandalara prototipin formalaşdırılması, komanda işi, təqdimatın strukturu və münsiflər qarşısında çıxış zamanı nəzərə alınmalı vacib məqamlarla bağlı ətraflı izahlar təqdim edilib.

Günün birinci yarısı layihələrin inkişafına, ikinci yarısı isə təqdimatların hazırlanmasına həsr olunub. Komandalar mentorların rəyləri əsasında layihələrinin təqdimat formatını təkmilləşdirib və çıxışlarını daha da dəqiqləşdiriblər.

Günün sonunda komandalar hazırladıqları layihələri münsiflər heyəti qarşısında 4–5 dəqiqəlik təqdimatlar şəklində nümayiş etdiriblər. Təqdimatlar zamanı layihələrin innovativliyi, aktuallığı, texniki əsaslandırılması, komanda işi və reallaşdırma potensialı qiymətləndirilib.

Münsiflər heyətində Orxan Əhmədov, Bəhruz Mustafayev, Azər Bayramov, Rasim Abdullayev və Rəşad Əliyev yer alıblar. Qiymətləndirmə nəticələrinə əsasən, 8 komanda arasından qaliblər müəyyən olunub:

1-ci yer – “Tibb-X”
2-ci yer – “Safe Her”
3-cü yer – “Work Finder”

Tədbirin sonunda Startap Günlərinin yekun təqdimat mərasimi keçirilib. Qalib komandaların üzvlərinə diplomlar və sertifikatlar Azərbaycan Texniki Universitetinin rəhbərliyi, Azərbaycan İnternet Forumunun prezidenti, AzTU İnkubasiya Mərkəzinin koordinatoru və mentorlar tərəfindən təqdim olunub.

Qeyd edək ki, Startap Günləri ölkədə milli startap infrastrukturunun gücləndirilməsi, gənclərin innovativ layihələrə yönləndirilməsi, yeni startapların formalaşmasına dəstək göstərilməsi və ekosistem daxilində əməkdaşlıqların artırılmasına xidmət edən mühüm təşəbbüslərdən biridir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Startap Günləri-nin qalibləri seçilib

Startap Günləri-nin qalibləri seçilib

24-11-2025
"Startap Günləri"nin 2-ci günü baş tutub

"Startap Günləri"nin 2-ci günü baş tutub

25-01-2026
AzTU-da Startap Günləri başa çatıb

AzTU-da Startap Günləri başa çatıb

13-04-2019
Qərbi Kaspi Universitetində Startap Günləri keçirilib

Qərbi Kaspi Universitetində Startap Günləri keçirilib

27-04-2019
Startap Günləri başa çatdı-Qaliblər açıqlandı

Startap Günləri başa çatdı-Qaliblər açıqlandı

24-02-2018
“Startap Günləri”nin ilk günü start götürüb

“Startap Günləri”nin ilk günü start götürüb

24-01-2026
“Startap Günləri”nin ikinci günü qaliblər müəyyənləşib

“Startap Günləri”nin ikinci günü qaliblər müəyyənləşib

16-05-2026
Bakıda Startap Günləri davam edir-Foto

Bakıda Startap Günləri davam edir-Foto

24-02-2018
"Startap Azərbaycan"ın tərəfdaşlığı ilə “Startap Günləri” start götürüb

"Startap Azərbaycan"ın tərəfdaşlığı ilə “Startap Günləri” start götürüb

05-12-2025
AzTU -da “Startap Günləri” tədbirinin açılış mərasimi keçirilib

AzTU -da “Startap Günləri” tədbirinin açılış mərasimi keçirilib

24-11-2025
“Startap Günləri”nə rəsmi start verilib!

“Startap Günləri”nə rəsmi start verilib!

15-05-2026
Startap Günləri bitdi-Qaliblər

Startap Günləri bitdi-Qaliblər

07-04-2018
AzTU komandası “Bitget Hackaton – Startap” müsabiqəsinin qalibi olub

AzTU komandası “Bitget Hackaton – Startap” müsabiqəsinin qalibi olub

19-05-2025
Peşə Təhsili Mərkəzində Startap Günləri keçirilib

Peşə Təhsili Mərkəzində Startap Günləri keçirilib

22-04-2019
Ekspertlər beynəlxalq təcrübələrini  komandalarla  bölüşür-Fotolar

Ekspertlər beynəlxalq təcrübələrini komandalarla bölüşür-Fotolar

07-11-2015
Startap Günləri davam edir-Foto

Startap Günləri davam edir-Foto

26-05-2018
Startap Günləri başa çatdı

Startap Günləri başa çatdı

30-06-2018
Lənkəran Dövlət Universitetində Startap Günləri keçirilib

Lənkəran Dövlət Universitetində Startap Günləri keçirilib

27-05-2019
Mentorlar tələbələrin layihəsini qiymətləndirib-Foto

Mentorlar tələbələrin layihəsini qiymətləndirib-Foto

26-05-2018
Startap Günləri davam edir-Foto

Startap Günləri davam edir-Foto

07-04-2018
“Bitget Hackaton – Startap” müsabiqəsinin finalı keçirilib

“Bitget Hackaton – Startap” müsabiqəsinin finalı keçirilib

19-05-2025
Bakıda Startap Günləri keçirilir-Foto

Bakıda Startap Günləri keçirilir-Foto

23-02-2018
Azərbaycanda Startap Günləri keçiriləcək

Azərbaycanda Startap Günləri keçiriləcək

08-10-2015
AzTU İnkubasiya Mərkəzində “Startap Günləri” keçiriləcək

AzTU İnkubasiya Mərkəzində “Startap Günləri” keçiriləcək

20-01-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə