Previous Next
Bağla

“Uşaqların internet təhlükəsizliyi” mövzusunda tədbirlər keçirilib

17-11-2025 14:13
“Uşaqların internet təhlükəsizliyi” mövzusunda tədbirlər keçirilib

Paytaxt məktəblərində “Uşaqların internet təhlükəsizliyi” mövzusunda maarifləndirici tədbirlər keçirilib.

Xeberler.az bildirir ki, Elm və Təhsil Nazirliyi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə əməkdaşlığı çərçivəsində uşaq hüquqlarının müdafiəsi sahəsində məktəblilərin rəqəmsal savadlılığının artırılması məqsədilə təşkil olunmuş maarifləndirici tədbirlər 286, 64 nömrəli tam orta məktəblərdə və Bakı Slavyan Universitetinin nəzdindəki məktəb-lisey kompleksində baş tutub.

Tədbirlərdə ümumilikdə 700-ə yaxın şagird iştirak edib. 6-8-ci sinif şagirdlərinin iştirakı ilə keçirilən görüşlərdə uşaqlara internetdən düzgün və təhlükəsiz istifadə qaydaları, zərərli informasiyadan qorunma üsulları, sosial platformalarda davranış mədəniyyəti və texnologiyalardan səmərəli istifadə vərdişləri, kibertəhlükələrə qarşı müdafiə üsulları barədə geniş məlumat verilib.

Maarifləndirici tədbirlər zamanı videoçarxlar nümayiş etdirilib, maarifləndirici çap vəsaitləri paylanılıb.

Sonda şagirdlərin sualları cavablandırılıb, mövzu ətrafında interaktiv müzakirələr aparılıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

ETX məktəblilərin maarifləndirilməsini davam etdirir

31-03-2026

Uşaqların rəqəmsal təhlükəsizliyi üçün fərdi məlumatların qorunması vacibdir

04-06-2025

"Azneft"in əməkdaşları üçün maarifləndirmə tədbiri keçirilib

21-05-2026

Uşaqların kibermühitdə müdafiəsi mövzusunda dəyirmi masa keçirilib

04-06-2025

Informatika müəllimləri üçün təlim keçirilib

18-01-2020

Azərbaycan məktəblərində Təhlükəsiz İnternet günü ilə əlaqədar açıq dərslər keçirilib

13-02-2020

“Uşaqlara kiberqayğı 2” çərçivəsində növbəti maarifləndirici təlim keçirilib

21-05-2026

Xüsusi internat məktəbində maarifləndirici təlim keçirilib

26-09-2025

“İnternetdən təhlükəsiz istifadə bacarıqları” layihəsinə başlanılır

16-10-2025

“İnternetdə olan imkanlar və təhlükələr” mövzusunda seminar keçirilib

04-10-2019

“Uşaqlara kiberqayğı 2” layihəsinə başlanılıb

18-05-2026

“Uşaqlara kiberqayğı” layihəsinin icrasına başlanılıb

18-07-2025

DİN: Uşaqların kibermühitdə müdafiəsi üçün valideyn nəzarəti şərtdir

04-06-2025

Azərbaycan Ordusunda kibertəhlükəsizliyə dair tədbirlər keçirilir

12-05-2025

ETX ADA Universitetində maarifləndirici tədbir keçirib

05-05-2026

“Nar” uşaqlar üçün təhlükəsiz rəqəmsal mühitin yaradılmasına töhfə verir

20-11-2024

“Uşaqlara kiberqayğı 2” çərçivəsində daha bir maarifləndirici təlim keçirilib

26-05-2026

“Uşaqlara kiberqayğı” qrant layihəsi yekunlaşıb

01-10-2025

Bakcell uşaqlara İnternetdən təhlükəsiz istifadəni öyrədir

11-06-2019

“Məktəb ətrafında olan İnternet klublar nəzarətə götürülüb”

08-07-2015

"Aviasiya Akademiya"sının tələbələri üçün maarifləndirici təlim keçirilib

04-05-2026

Uşaqların internetdə təhlükəsizliyi müzakirə olunub

10-11-2015

Cenevrədə Azərbaycanın rəqəmsal hüquqlar təcrübəsi təqdim olunub

02-04-2026

İnternetdən təhlükəsiz istifadənin təlimi keçirilib

20-11-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə