DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin əməkdaşı Ramiz Ömərov “Digital Almaty 2025” Beynəlxalq Rəqəmsal Forumunda iştirak edib.
Xeberler.az bildirir ki, Qazaxıstanın Almatı şəhərində keçirilən tədbirin məqsədi süni intellektin tətbiqi və şəbəkələşmə yolu ilə mövcud maneələri aşaraq transformasiya istiqamətində birgə inkişaf etməkdir. Dünyanın müxtəlif ölkələrindən 40 mindən çox iştirakçının qatıldığı forumda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST Agentliyi, DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi , İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nümayəndələri də təmsil olunub.
Forum çərçivəsində Avrasiya İqtisadi Birliyi ölkələrinin baş nazirlərinin iştirakı ilə plenar iclas, rəqəmsal həllərin sərgisi, ən yaxşı layihə uğrunda “Sənaye süni intellekti” beyin yarışması və digər formatlarda müzakirələr aparılıb, eləcə də ənənəvi “Digital Awards” (Rəqəmsal mükafatlar) 2025 müsabiqəsinin təltifetmə mərasimi keçirilib.
“Digital Almaty 2025” Forumu çərçivəsində rəqəmsal transformasiya, data təhlil, süni intellektlə idarə olunan dövlət texnologiyalarının yaradılması perspektivləri və s. istiqamətdə müzakirələr aparılıb.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri