Bakı Mühəndislik Universitetində (BMU) tələbələr tərəfindən təşkil edilən “BoostCamp 8.0” tədris layihəsinin açılış mərasimi keçirilib.
Xeberler.az məlumat verir ki, tədbirdə çıxış edənlər artıq ənənə şəklini alan və hər il uğurla icra olunan “BoostCamp” layihəsi haqqında, eləcə də nəzərdə tutulan yeniliklərlə bağlı ətraflı məlumat veriblər. Bildirilib ki, layihə tələbələrin qış tətili vaxtının səmərəli keçirilməsi ilə yanaşı, onların qazandığı biliklərin möhkəmləndirilməsi, inkişaf etdirilməsi və əmək bazarının tələblərinə yönələn bacarıqlarının təkmilləşdirilməsi məqsədi daşıyır.
Layihəyə əsasən, informasiya texnologiyaları (IT) və elektronika ilə əlaqəli ixtisaslarda təhsil alan I və II kurs tələbələri üçün fevralın 14-nə kimi sürətləndirilmiş təlim dərsləri təşkil ediləcək. Müraciət edənlər arasından seçilən tələbələr 5 fərqli qrupda müxtəlif sahələr üzrə təcrübəli mentorların təlimlərində, eləcə də nüfuzlu şirkətlərdə çalışan peşəkarların seminarlarında iştirak edəcəklər.
Layihənin özəl cəhətlərindən biri ondan ibarətdir ki, universitetin son kursunda təhsil alan və ya məzun olan, habelə texniki və sosial bacarıqları üstünlük təşkil edən gənclər seçim əsasında mentor kimi layihəyə cəlb edilirlər. Adi dərslərdən fərqli olaraq “BoostCamp” əyləncəli və praktik formada baş tutur. Dərslərdə praktik tapşırıqlar işlənilir və layihə sonunda iştirakçılar mini-proyektləri təhvil verirlər. Dərslər və nahar fasiləsindən sonra iştirakçılar üçün sosial bacarıqları artırmaq və zehni yorğunluğu aradan qaldırmaq məqsədilə kiçik oyunlar təşkil olunur. Axşamlar və hər həftənin sonu isə sənayedə təcrübə toplamış IT mütəxəssisləri dəvət edilərək öz sahələri haqda məlumat verir, həmçinin birgə müzakirələr aparılır.
Sonda layihənin məzunlarına fəallıqlarına əsasən dərəcəli sertifikatlar veriləcək. Yeni məzunlar indiyə qədər layihədə uğurla iştirak etmiş və İKT laboratoriyasında fərqli fəaliyyətlər göstərmiş şəbəkənin qrupunda yer almaqla kiçik IT cəmiyyətinin bir parçası olacaq, habelə yeni layihələrin təşkilatçı və ya iştirakçısı kimi fəaliyyətlərə qatıla biləcəklər.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri