“SpaceX” şirkəti “Starlink” rabitə peyklərinin orbitdən çıxarılma tezliyini artırıb. Hər gün dünyada bu qrupdan olan 3-4 peyk atmosfer qatında yanır.
Xeberler.az ABŞ-ın “PCMag” jurnalına istinadən məlumat verir ki, müşahidəçilər bu hadisənin 2024-cü ilin may ayından bəri aşkar hal aldığını bildirirlər. Ola bilər ki, “SpaceX” köhnə peykləri yenisi ilə əvəzləyir, lakin şirkət hər ay 100-ə yaxın peykin məhv edilməsinin səbəbini izah etməyə tələsmir.
Təbii amillər də buna təsir edə bilər. 2024-cü ilin may ayında Günəşdə Yerin atmosfer qatının genişlənməsinə və minlərlə peykin işində problem yaranmasına səbəb olmuş güclü partlayış müşahidə olunub. Yer orbitinə yaxın olan aparatlar yüksəkliyi itirərək geri qayıtmaq üçün resurslardan istifadə etməli olublar. Bundan başqa ionlaşmış şüa onların elektron avadanlıqlarına ziyan vurmuş ola bilər.
“SpaceX” bundan əvvəl bəyan edib ki, şirkətin siyasəti nasazlıqların aradan qaldırılması prinsipi üzərində qurulub.
“Starlink” peykləri elə yaradılıb ki, atmosferdə tamamilə yana bilir. Lakin, bu, alimlərin narahatçılığına səbəb olur. Yanan zaman havada on illərlə qalan yüngül hissəciklər yaranır, xüsusən də peykin korpusunun yaradıldığı oksid alüminium ciddi təhlükə mənbəyidir. Onun yüksək konsentrasiyası tədqiqatçıları ağac emalına alternativ variantlar axtarmağa məcbur edib.
2025-ci ilin yanvarında “SpaceX” 87 peyk yandırıb. Bununla yanaşı şirkət ayda 55 yeni aparat yaradır, 200-ə yaxın peyk buraxır.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri