Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanovun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstan Respublikasının Almatı şəhərində səfərdə olub.
Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Qazaxıstan Respublikasının Rəqəmsal İnkişaf, İnnovasiyalar və Aerokosmik Sənaye Nazirliyinin dəvəti ilə keçirilən səfərin məqsədi Şanxay Əməkdaşlıq Təşkilatının “Sənaye X” mövzusunda “Rəqəmsal Almatı” Forumunda (“Digital Almaty”) iştirak etmək olub.
50 mindən çox ziyarətçinin qatıldığı tədbirdə 30-dan çox sessiya təşkil olunub.
Ceyhun Salmanov Qırğız Respublikasının rəqəmsal inkişaf naziri Nuriya Kutnayeva, Syerra-Leone Respublikasının rabitə, texnologiya və innovasiyalar naziri Salima Monorma Bah, Toqo Respublikasının rəqəmsal iqtisadiyyat və transformasiya naziri Sina Lovson, Qazaxıstan Respublikasının rəqəmsal inkişaf, innovasiyalar və aerokosmik sənaye nazirinin birinci müavini Kanış Tuleuşın ilə ikitərəfli görüşlər keçirib.
Bu çərçivədə ölkəmizin “ASAN xidmət” konseptinin rəqəmsallaşma, şəffaflıq və dövlət xidmətlərinin inkişafı yolunda önəmindən danışılıb. Azərbaycan brendi olan bu modelin müvafiq sahədə şəffaflığın artırılması və müasir texnologiyaların tətbiqi baxımından önəmi diqqətə çatdırılıb.
10 ildən çoxdur ki, fəaliyyət göstərən “ASAN xidmət”in beynəlxalq təşkilatlar tərəfindən ən yaxşı idarəetmə modeli kimi qəbul edildiyi və bir sıra dövlətlərdə uğurla tətbiqi diqqətə çatdırılıb.
Görüşlərdə ASAN təcrübəsinə böyük maraq ifadə edilib və həmin ölkələrdə tətbiqinə dair müzakirələr aparılıb.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri