DOST Agentliyində “Könüllü DOST” proqramının “DigiDOST” və “TeleDOST” altproqramlarının təqdimatı keçirilib.
Xeberler.az məlumat verir ki, tədbirdə DOST Agentliyi haqqında, eləcə də DOST mərkəzində könüllülük fəaliyyəti barədə məlumat verilib, həmçinin bəzi statistik yeniliklər diqqətə çatdırılıb.
Agentliyin İnsan resurslarının idarə edilməsi departamentinin Könüllülərlə iş şöbəsinin müdiri Solmaz Həsənova yeni altproqramlar barədə təqdimatla çıxış edib. Bildirilib ki, hazırda “Könüllü DOST” proqramı çərçivəsində 5 altproqram (“Gənc DOST”, “Gümüşü DOST”, “Korporativ DOST”, “İnklüziv DOST”, “Distant DOST”) icra edilməkdədir. DOST Agentliyinin əhatə dairəsinin genişləndiyini və yeni istiqamətlər üzrə fəaliyyətlərin icra olunduğunu nəzərə alaraq, “Könüllü DOST” proqramı daxilində 2 yeni – “DigiDOST” və “TeleDOST” altproqramları yaradılıb.
Qeyd olunub ki, “DigiDOST” altproqramının iştirakçıları DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin fəaliyyət sahələrində uyğun sorğuların cavablandırılması, məlumat bazaları ilə iş, proseslərin təkmilləşdirilməsi, rəqəmsal savadlılığın artırılması və s. istiqamətlərdə fəaliyyət göstərəcəklər.
“TeleDOST” altproqramı çərçivəsində isə DOST TV-də xəbər xülasələrinin hazırlanması, müxtəlif veriliş və layihələrin təşkili, vətəndaş müraciətlərin araşdırılması və s. istiqamətlər üzrə könüllülərin cəlb edilməsi nəzərdə tutulur.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri